Əfqanıstanizm – yerli məsələləri iqnor etməklə dünyanın digər və uzaq hissələrində olan problemlər üzərində diqqəti cəmləmək deməkdir.[1][2] Digər kontekstlərdə isə termin "ümidsiz gizli və lazımsız təqaüd",[3] "ekzotika ilə doğlu cazibə, uzaq torpaqlar",[4] və ya "Gözə görünməz və sənin mövcudluğundan heç xəbəri belə olmayan rəqibin üzərinə yumruq silkələmək və qışqırmaq, hansı ki sənin qəzəbindən xeyli kiçikdir."[5] mənalarında işlənir.

Əfqanıstan, Yer kürəsində Şimali Amerikadan əks tərəfdə yerləşmişdir

Konsepsiyanın bir neçə tətbiqi var.[6] Bir tərəfdən o Şimali Amerika jurnalistikasında uzaq yerlərdə baş vermiş və yerli oxuculara maraqlı olmayan hadisələrlə bağlı qəzet məqalələrinə aid edilib. Digər tərəfdən isə bəzi yazarlar deyir ki, "Əfqanıstanizm" – bir çox redaktorların çətin lokal xəbərlərdən yayınaraq uzaq yerlərdə baş vermiş hadisələr barəsində fikir yazması tendensiyası idi.[7]

Nyu York Taymz (ing. New York Times) yazarı Ceyms Reston jurnalistlər haqqında demişdir ki, "Vaşinqtondakı rəsmilər kimi biz də Əfqanıstanizmdən əziyyət çəkirik. Əgər uzaqdadırsa, xəbərdirsə, lakin bizə daha yaxındırsa, bu sosiologiyadır."[8]

İcmalçı Cou Kleyn Taym (ing. Time) jurnalında 2010-cu ildə yazırdı ki, bu termin XIX əsrdə, "Britaniya mətbuatı Əfqanıstanizm terminini daxili prioritetləri nəzərə almadan xarici müharibələrə hədsiz çox pul xərclənməsi kimi adlandırdığı zaman yaranıb" və əlavə edir ki, "Əfqanıstanizm ABŞ-da milli debata çevrilməyə başlayıb: Əfqanıstanda yolların və polis məntəqələrinin tikilməsi eyni şeyləri özümüzdə etməkdən daha əhəmiyyətlidirmi?"[9]

Daha əvvəl, pedaqoq Robert Hutçinz bu ifadəni Kaliforniya Texnologiya İnstitutunda 1955-ci ildə çıxışında işlədib:

Əfqanıstanizm, bildiyiniz kimi, yaxınlıqda həll olunmalı məsələ vacib olduğu halda, uzaq ölkə, yer, şəxs və ya problemə diqqəti yönəltmək təcrübəsidir. Siz professordan burada soruşursunuz ki, "Bəs tüstü hardandır?" və o cavab verir ki, "Siz Əfqanıstandakı böhran barədə eşitmisiniz?"[10]

1973-cü ildə konsepsiya envayronmentalizmə də uyğunlaşdırıldı, jurnalist tədqiqatçılar Stiven Hungerford və Ceyms Lemert bunu "yerli problemlər olduğu halda uzaq cəmiyyətlərdəki ətraf mühitlə bağlı problemlərlə məşğul olmaq" adlandırdılar.[11] Bu müşahidə 2004-cü ildə B.A. Talebin fikri ilə əks-səda saldı: o, bunu "ətraf mühitlə bağlı problemlərin yerini öz cəmiyyətində mövcudluğunu iqnor edərək onların yerini uzaqlara dəyişmək" adlandırdı[12]

Dünya Ticarət Mərkəzinə 11 sentyabr terror aktlarıından sonra konsepsiya yeniləndi, bəzi yazarlar qeyd etdi ki, o artıq müasir hadisələrə tətbiq edilmir.[13][14] Məsələn, Stuart Luri, Missuri Universiteti Jurnalistika Məktəbinin Müstəqil-Mətbuat Tətdqiqatlarının sədri 1 dekabr 2001-ci ildə yazır:

Xəbər biznesinin başlıca missiyası uzaqdan gələn problem barədə ictimaiyyətə və həmin problemlə əlaqəli şəxslərə xəbərdarlıq siqnalı rolunu oynamaqdır. O inandırıcı yolla işləməlidir, bu da o deməkdir ki, xəbər təşkilatları jurnalistləri hazırlamalı və maarifləndirməlidir ki, onlar dünyanın müxtəlif hissələri ilə savadlı şəkildə işləyə bilsinlər.[15]

İstinadlar

redaktə
  1. "afghanistanism." Webster's Third New International Dictionary, Unabridged. Merriam-Webster, 2002. Arxivləşdirilib 2020-05-26 at the Wayback Machine Bu keçidə giriş qeydiyyat tələb edir.
  2. "The term is similarly defined in the Double-Tongued Dictionary website". 2012-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-23.
  3. John G. Cross and Edie N. Goldenberg. Off-Track Profs: Nontenured Teachers in Higher Education. MIT Press. 2009. ISBN 978-0-262-01291-1. səhifə 99
  4. Estate of Rhea Talley Stewart, Fire in Afghanistan 1914–1929: The First Opening to the West Undone by Tribal Ferocity Years Before the Taliban iUniverse, 2000 page viii Arxivləşdirilib 2020-03-13 at the Wayback Machine ISBN 978-0-595-09319-9
  5. John Livingston, The John A. Livingston Reader: The Fallacy of Wildlife Conservation and One Cosmic Instant: A Natural History of Human Arrogance, page 3. McClelland & Stewart, 2007 Arxivləşdirilib 2020-05-11 at the Wayback Machine ISBN 978-0-7710-5326-9
  6. "Barbara L. Fredricksen, " 'Afghanistanism' not an academic joke anymore," St. Petersburg Times, December 5, 2009". October 10, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 23, 2011.
  7. "Bob Greene, "A few words about a word now useless," Jewish World Review, December 6, 2001". March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2011.
  8. James Reston, quoted in And I Quote (Revised Edition): The Definitive Collection of Quotes, Sayings, and Jokes for the Contemporary Speechmaker, Thomas Dunne Books Arxivləşdirilib 2020-03-13 at the Wayback Machine ISBN 978-0-312-30744-8
  9. "December 27, 2010–January 3, 2011, pages 96 and 99". August 26, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 23, 2011.
  10. ""The Sources of National Strength," Engineering and Science, May 1955, page 20" (PDF). 2010-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-09-23.
  11. "Hungerford, Steven E., and Lemert, James B., "Covering the Environment: A New 'Afghanistanism'?" Journalism Quarterly, February 1973". 2018-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-23.
  12. B.A. Taleb, The Bewildered Herd: Media Coverage of International Conflicts & Public Opinion, iUniverse, 2004, page 386 Arxivləşdirilib 2020-03-13 at the Wayback Machine ISBN 978-0-595-32686-0.
  13. "Robert Finn, "Ghost Wars," bookreporter.com, undated. A review of the book of that name by Steve Coll". 2010-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-23.
  14. Michael Kinsley, Please Don't Remain Calm:Provocations and Commentaries, W.W. Norton, 2008, page 119 Arxivləşdirilib 2019-12-16 at the Wayback Machine ISBN 0-393-06654-1
  15. "Stuart H. Loory, "Afghanistanism Comes Home," Global Journalist, December 1, 2001". March 1, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 23, 2011.

Digər ədəbiyyatlar

redaktə

  NODES
COMMUNITY 1
INTERN 2
Note 1
Project 1