Əhməd Kəsrəvi
Əhməd Kəsrəvi (fars. احمد کسروی) — İran tarixçisi, publisisti və hüquqşünası.
Əhməd Kəsrəvi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Tehran |
Vəfat səbəbi | qətlə yetirilmişdir |
Vətəndaşlığı | İran |
Atası | Hacı Mir Qasım[1] |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, dilçi, tarixçi, jurnalist, filosof, ilahiyyatçı, hüquqşünas, hakim |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏhməd Kəsrəvi 29 sentyabr 1890-cı ildə Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olmuşdur.[1] Milliyyətcə azərbaycanlı idi.[2][3]
Elmi yaradıcılığı
redaktəMüasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycanlıların ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905–1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür[4].
Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etdirmişdi. Müəllif bu əsərində azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür. Kəsrəviyə görə Azərbaycan dili türk dil ailəsinə mənsub deyildir. Azəri dili İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar.
Əhməd Kəsrəvi Şimali Azərbaycanın əslində Qafqaz Albaniyası olduğunu qeyd edir. Kəsrəviyə görə Araz çayından şimaldakı ölkə tarixin heç bir dövründə Azərbaycan adlanmamışdır. Bu ölkəyə Azərbaycan adı Məhəmməd Əmin Rəsulzadə tərəfindən verilmişdir. Müəllifə görə əsl Azərbaycan İranın tərkibindəki Cənubi Azərbaycandır və tarix boyu məhz bu ərazi Azərbaycan adlanmışdır.[5]
Əhməd Kəsrəvi həm də "təmiz dil" siyasəti fikrini, fars dilinin başda ərəbcə olmaq üzrə əcnəbi dildə olan sözlərdən təmizləmə, həm də "təmiz din" (dinin xurafatdan ayrılması) fikirlərini irəli sürmüşdür. Kəsrəvi İranın ən böyük probleminin dil, din və etnik müxtəliflik olduğunu təsbit etmişdir. İrandakı və bütün şərqdəki geriliyin əsas səbəbi cəmiyyətdəki müxtəliflikdir. Kəsrəviyə görə böyük islahatların nəticəsinin qalmasının əsas səbəbi cəmiyyətdəki müxtəliflik və bölünmüşlükdür. O deyirdi: "Firqələşməni ləğv etməliyik. Din, dil və regional fərqlilikləri aradan qaldırmalıyıq. Bu ancaq milli şüurun meydana gəlməsi ilə mümkündür. İran milli şüurunu yaymalıyıq"[6]
Əhməd Kəsrəvi 1946-cı ilin mart ayının 11-də "İslam fədailəri cəmiyyəti"nin üzvləri tərəfindən öldürülmüşdür.[7]
İstinadlar
redaktə- ↑ 1 2 Encyclopaedia İranica: Kasravi, Ahmad. Work and Life Arxivləşdirilib 2012-06-19 at the Wayback Machine. Originally Published: may 1, 2012. Last Updated: may 4, 2012.
- ↑ M. Reza Ghods Iran in the twentieth century: a political history. — Lynne Rienner, 1989. — S. 170. — ISBN 0744900239, 9780744900231
- ↑ V. Minorsky Mongol Place-Names in Mukri Kurdistan (Mongolica, 4). Bulletin of the School of Oriental and African Studies, University of London. — Cambridge University Press, 1957. — T. 19, No. 1. — S. 66.
- ↑ "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". A. M. Babayev, Bakı, "Maarif", 1993, səh. 87.
- ↑ Əhməd Kəsrəvi, Azəri ya Zəban Bastane Azərbaycan, Tehran 1304
- ↑ Əhməd Kəsrəvi, Tarix-i Moxtəsər, Pərçəm jurnalı, Tehran, 10 Əstən 1321
- ↑ "Kasravi, Ahmad: life and work". 2012-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-08.