Əklil çubuqlucası
Əklil çubuqlucası (lat. Philadelphus coronarius) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
Əklil çubuqlucası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Əklil çubuqlucası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəQərbi Avropanın cənubunda yabanı halda yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 3 m, çətirinin diametri 1,5-2 m olan koldur. Çətiri şaxələnmiş, orta sıxlıqdadır. Zoğları çılpaq və ya cavan vaxtı tüklə örtülmüş olur. Qabığı qəhvəyi-qonur rəngli olub, çatlayandır. Yarpaqları yumurtavari və ya uzunsov - yumurtavari, uzunluğu 4-8 sm, eni isə 1,5-5 sm-dir. Uc tərəfdən sivri, bünövrəsi enli, pazvari və ya dairəvi, kənarları seyrək dişli, üst tərəfdən çılpaq, alt tərəfdən isə tüklüdür. May ayında çiçəkləyir. Çiçəkləmə müddəti 20 gündür. Çiçəkləri ağ, çox ətirli, 2,5-3,5 sm diametrindədir. Ləçəkləri yumurtavari, 5-9 ədəd çiçəkləri salxımvari çiçək qrupunda toplanmışdır. Çiçək saplağı və yarpaqları çılpaq və ya tüklüdür. Sütuncuqlarının 2/3 hissəsi bitişik olur. Meyvəsi iyul ayının axırında yetişir. Meyvəsinin 1-7 ədədi birlikdə yarımçətirlərdə toplanmış, dördkünc qutucuqdur. Çox vaxt yaza qədər budaqların üzərində qalır. Toxumları çox xırda, narıncı-qırmızı rəngdədir. Həyat müddəti 30-50 ildir.
Ekologiyası
redaktəTorpağa tələbkar deyil, çox rütubəti sevmir. Tez zoğ əmələgətirmə qabiliyyətinə malik olduğundan sıx kollanır, ona görə vaxtaşırı kolları seyrəldilməli, meyvə verən gövdələr və 5-6 yaşlı budaqları kəsilməlidir. Sərt keçən qış zamanı zoğları şaxtadan donur, meyvə vermir. Kölgəyə və soyuğa davamlıdır.
Azərbaycanda yayılması
redaktəAzərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəGözəlliyinə, çiçəklərinin ətrinə görə bağ və parklarda, tək-tək və ya qrup əkinlərində, canlı hasarların salınmasında istifadə edilir. Uzun illər boyu (XVI əsrin ortalarından) becərilmə prosesində çoxlu miqdarda müxtəlif bağ formaları alınmışdır.
Ədəbiyyat
redaktə- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 470.