Əl-Əqsa məscidi

Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) (ərəb. المسجد الأقصى‎), İslam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir. Qüds şəhərində yerləşir.

islam
Əl-Əqsa məscidi
Xəritə
Ölkə
Üslubu islam memarlığı
Eni 55 m
Uzunluğu
  • 80 m
Hündürlüyü 37 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlrə bəzədilmişdir. Quranda deyilən İsra hadisəsi burada cərəyan etmiştir. Başqa bir adı Həram-uş-şərif (Əll-Həram əl-Qudsi əş-Şərif).

İsra surəsinin birinci ayəsində adı çəkilir.

Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.

Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı.[1]

Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır.[2]

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. https://quran.com/al-isra
  2. Dome of the Rock Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine  (ing.)

Xarici keçidlər

redaktə
  NODES