Ənsar (Ərəb dilində: أنـــــصــــار) — ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir.

Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir.

İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar.

Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.

İstinadlar

redaktə
  NODES