Əsas instinkt (ing. Basic instinct) — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl DuqlasŞeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır.

Əsas instinkt
ing. Basic Instinct
"Əsas instinkt" filmi
"Əsas instinkt" filmi
Janr cinayət filmi, müəmma filmi[3][4][…], erotik film, triller filmi[5][3][…], dram filmi, LGBT mövzulu film[d]
Rejissor Pol Verhoven
Prodüserlər Mario Kassar
Alan Marşal
Əsərin müəllifi Co Esterxaz
Ssenari müəllifi Cefferi Nakmanoff
Baş rollarda Şeron Stoun
Maykl Duqlas
Bəstəkar Cerri Qoldşmit
İstehsalçı TriStar Pictures
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 20 mart 1992
Müddət 128 dəq[1]
Büdcə 49,000,000 dollar
Gəlir 352,927,224[2] dollar
Ölkələr ABŞ ABŞ
Fransa Fransa
Dil İngiliscə
İl 1992
Sonrakı film Əsas İnstinkt 2
Rəng rəngli[d]
Çəkiliş yeri San-Fransisko
IMDb ID0103772
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi.[6]

Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur.[7] Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi.

Məzmunu

redaktə

Rok ulduzu Conni Bozun seks zamanı sirli sarışın qadın tərəfindən buzqıran bıçaqla qətlə yetirilməsindən sonra, detektiv Nik Kurran cinayətin təhqiqinə cəlb edilir. Cinayətin yeganə şübhəlisi və rok ulduzunu sonuncu görən şəxs, detektiv romanlar müəllifi olan yazıçı xanım Ketrin Tremmeldir. Nik və onun partnyoru Qas Moran Pasifik Hayts, San Fransiskoda yerləşən mülkə getsələr də, burada yalnız Ketrinin lezbiyan sevgilisi Roksini tapırlar, o isə detektivləri Ketrinin Stinson Biçdəki mülkünə göndərir. Ketrini tapan detektivlər ondan Bozla hansı münasibətlərinin olduğunu soruşduqda, Ketrin Bozun ölməsinin təsdiqini tələb edən bir sual verir. Nik və Qas öyrənirlər ki, Ketrin rok ulduzu olan Conni Bozun öldürüldüyü üsulla (buzqıran bıçaqla) öldürülməsi haqqında bir roman yazıb. Dindirilmə zamanı Ketrin detektivlərə provokativ cavablar verir, detektivlər onun alt paltarı geyinmədiyini görürlər.

Kokainin təsiri altında, iki turistə atəş açan Nik, bu hadisədən sonra polis psixoloq Dr. Bet Qarnerin yanında müalicə olunur və bir müddət sonra onlar arasında münasibətlər yaranır. Dindirilmədən sonra, Nik iş yoldaşları ilə birgə polislərin toplaşdığı bara gedir, burada polis leytenantı Marti Nilsenin onu ələ salması Niki çox qəzəbləndirir, onlar arasında qalmaqal baş verir. Bet bara gəlir və onlar birgə barı tərk edirlər. Onlar Betin mənzilinə gəlirlər və burada sekslə məşğul olurlar.

Nik öyrənir ki, Ketrinlə bağlı hadisələr heç də düşündükləri kimi sadə deyil: Ketrinin zəngin valideynləri onun yeniyetməlik illərində gəmi qəzasında vəfat ediblər, lakin bu hadisədən əvvəl Ketrin valideynlərinin ölümünü olduğu kimi özünün ilk romanında təsvir edib. Berkli Kaliforniya Universitetində onun kollec məsləhətçilərindən biri olan Noy Qoldşteyn buzqıran bıçaqla öldürülüb, nişanlısı olan boksçu Menni Vaskez isə Atlantik Sitidə final yarışması zamanı ölüb. O, eyni zamanda müəyyən edir ki, Ketrin, heç bir səbəb olmadan əri və uşaqlarını bıçaqlayan Heyzel Dobkins kimi qatillərlə yoldaşlıq etməyi sevir.

Ketrinin evində olanda Nik onun haqqında məxfi olan məlumatların yazıçı xanıma bəlli olduğunu öyrənir. Polis psixoloqu kimi, bu məlumatlar yalnız Bet üçün əlçatan idi. Nik Beti sıxışdırır və öyrənir ki, Bet Nikin dosyesini polis leytenantı olan Marti Nilsenə verib. Bundan əsəbləşən Nik Marti Nilsenin ofisinə hücum edərək Marti Nilsenə vurur və məxfi məlumatları Ketrinə verməkdə ittiham edir. Bundan sonra Nik evə gedərək gecəni içərək keçirir. Gecə Bet ona baş çəkmək üçün Nikin evinə gəlsə də orada çox qalmır. Səhər Nilsenin cəsədi avtomobilindən tapılır, o, başına 38 kalibrli revolverdən atəş açılaraq öldürülmüşdü. Beləcə aralarında bir gün əvvəl baş vermiş mübahisə səbəbiylə Nik cinayətin əsas şübhəlisinə çevrilir.

Nik və Ketrin arasındakı münasibətlər ilkin mərhələdə it-pişik münasibətlərini xatırladırdı. Lakin sonra Ketrin növbəti romanının qəhrəmanı ilə üz-üzə olduğunu kəşf edir. Tezliklə Nik Ketrinə sevgisini elan edir. Ketrini qısqanan lezbiyan sevgilisi Roksi avtomobili ilə Niki öldürməyə cəhd edir, lakin özü qəzaya düşərək ölür. Ölümündən sonra məlum olur ki, Roksi də kriminal keçmişə malikdir – Roksi yeniyetmə ikən iki qardaşını öldürmüşdür. Roksinin ölümündən kədərlənən Ketrin böyük acı içində depressiyaya düşür, Nik onun bu ölümdə əlinin olmasından şübhələnir. Ketrin daha sonra bildirir ki, ilk lezbiyan tanışı onun gözəlliyindən kollec dövründə təsirlənmiş Liza Hoberman olmuşdur. Nik müəyyən edir ki, Liza Hoberman onun Bet Qarner kimi tanıdığı qadındır, lakin əslində Ketrin Betdən təsirlənmişdir. O, eyni zamanda öyrənir ki, Betin həyat yoldaşı da, 38 kalibrli revolverdən açılan atəş nəticəsində öz maşınında öldürülmüşdür.

Nik yenidən Ketrinin evinə dönür. Ketrin otağa gələnə kimi Nik Ketrinin yeni tamamladığı romanın son səhifələrinə göz gəzdirir. Burada detektiv obrazının öz partnyorunu liftdə ölü tapması təsvir edilmişdi. Ketrin otağa daxil olaraq kitabı tamamladığını söyləyir və soyuqqanlılıqla Niklə olan münasibətlərinin də artıq başa çatdığını bildirir. Qürub vaxtı Nik Bet və Ketrin arasında əslində hansı münasibətlərin olduğunu müəyyənləşdirmək üçün otelə gələrək Ketrinin kollec dövrü otaq yoldaşı ilə tanış olan Qasla görüşmək üçün otelin qabağına gəlir. Nikin maşında gözlədiyi müddətdə Qas otelin liftinə daxil olur. Lakin liftə daxil olan kimi, qara geyimli biri arxadan yaxınlaşaraq Qasın boğazına buzqıranla zərbə endirir. Qasın boğazından qan axmağa başlayır. Dostunun yubandığını görən Nik onun arxasınca otelə daxil olur və Qasın cəsədini liftin qapıları arasında tapır. Bu zaman döşəmənin cırıltısını eşidən Nik qatilin hələ də hadisə yerində olmasını güman edərək, silahını hazır vəziyyətə gətirir, lakin dəhlizin ortasında Beti tapır. Bet Qasın ona burada görüşmək haqqında mesaj verdiyini bildirir. Nik düşünür ki, Bet Qasın qatilidir və indi əlini paltosunun cibindən çıxararaq ona da atəş açacaq. Nik onu qabaqlamaq üçün atəş açıq və Bet yerə yıxılır. O, son nəfəsində Niki sevdiyini bildirir. Betin cibinə baxan Nik, orada silah əvəzinə evin açarlarını tapır. Hadisə yerinə gələn polis pilləkənlərdə qan ləkəsi görür, liftdə Qasın cəsədini və qətlin törədildiyi buzqıran bıçağı tapır, Betin cəsədini gördükdə isə onun Niki tələyə salmaq istədiyini düşünürlər. Betin evində aparılan axtarışlar, onun Boz, Qas, Nilsen və öz həyat yoldaşının qatili olduğunu sübut edən dəlilləri ortaya çıxarır. Polis idarəsində bütün detektivlər qatilin müəyyən edildiyinə əmin olurlar. Lakin Ketrinin Qasın öldürülmə səhnəsini əvvəlcədən bilməsi və öz əsərində təsvir etməsi Nikin şübhələrinə son qoymur, Nik öz tədqiqatlarını davam etdirir. Nik qatilin Ketrin olması və Betin tələyə salınması ehtimalını düşünür.

Rollarda

redaktə
 
Şeron Stoun filmin çəkilişlərinə başlanıldığı 1991-ci ildə, Paris.

İstehsalı

redaktə

1980-ci illərdə yazılmış ssenrai rejissorların diqqətini çəkmək üçün kifayət qədər məşhur olmuş, nəhayət, Carolco Pictures tərəfindən $3 milyona alınmışdır.[9][10] Filmin ssenarisini işləmək Qari Qoldmanın yerinə, daha əvvəl “İşıqlar altında rəqslər” (1983) və “Küt ülgüc” (1985) kimi filmlərin də ssenarisini işləmiş Co Esterhasa həvalə edilmiş və o da ssenarini 13 günə işləmişdi.[11] İnfilyasiya olmasına baxmayaraq filmin büdcəsi 49,000,000 dollar məbləğində müəyyənləşdirilmişdir.

Filmdə təhlükəli avtomobil səhnələrini aktyor Maykl Duqlas özü oynamışdır. Çəkilişlərə hazırlıq ərəfəsində Duqlas San Fransiskodakı Kirni küçəsində dörd gecə məşq etmişdir. Duqlas Ketrin Tramell rolunu canlandırmaq üçün Kim Besinceri təklif etsə də, aktrisa bu roldan imtina etmişdi. Qreta Skakki[12]Meq Rayandan[13] sonra, Mişel Pfayfer, Cina Devis, Ketlin Törner, Ellen BarkinMariel HeminqueyKetrin Tramell rolunu oynamaqdan imtina etmişdi.[9] Verhoven Demi Murun da bur rolu oynamaq ehtimalını düşünmüşdü.[14] Nəhayət Şeron Stoun Ketrin Tramell rolu üçün seçilmiş və aktrisanın bu filmə gətirəcəyi böyük uğurdan xəbərsiz olan Verhoven Stoun üçün filmin büdcəsindən minimal məbləğ — cəmi 500.000 dollar ayırmışdı.

San Fransiskoda aparılan çəkilişlər, geylezbiyanların hüquqlarını müdafiə edən aktivistlər tərəfindən hücumlara məruz qalmış, bundan sonra San Fransisko Polis Departamenti çəkilişlərin həyata keçirildiyi bütün məkanları ciddi mühafizəsi altına almış,[15] şəhərin istənilən yerində ən kiçik toplantılara belə mane olmuşdu.

Duqlas və Triplhornun seks səhnəsi sadəcə olaraq ssenari üzrə məşq edən aktyorlardan xəbərsiz şəkildə çəkilmişdi. Çəkilişlər zamanı heyətin münasibəti filmin finalında olduğu kimi çox istiləşmiş və Verhoven aktyorların ifasından o qədər razı qalmışdı ki, final səhnələrində özü də iştirak etmişdi. Verhoven əvvəlcə lezbiyan sevgisi səhnəsinin film üçün əvəzedilməz olduğunu düşünən Co Esterhasla mübarizə aparırdı. Lakin nəhayət Esterhazla razılaşmış və belə bir səhnənin filmə daxil edilməsinə razılıq vermişdi. Əsas İnstinktin qazandığı böyük uğurdan sonra Esterhas və Verhoven birgə “Şouqızları” filmi üzərində də işləmişlər.

Film musiqisi

redaktə
Əsas instinkt
 
Cerri Qoldsmit tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 17 mart
Janr film musiqisi
Müddət 57:12
Leybl Capitol Records
Cerri Qoldsmit albomlarının xronologiyası
"Əsas instinkt"
(1992)
"Əsas instinkt 2"
 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
Filmtracks       link

Filmin ssenarisinə uyğun olaraq rəsmi satışa çıxarılmış film musiqisi, əslində filmdə mühüm rol oynamamışdır. Filmin əsas musiqili səhnəsi Kurran, Trammel və Roksinin San Fransisko gecə klublarından birində əylənməsi səhnəsidir. Burada Çikaqo ifaçısı “LaTour”un “Blue” və “Channel X” qrupunun "Rave the Rhythm" mahnıları səslənir. Eyni zamanda Cef Barri və Cenet DuBoisin ifa etdiyi "Movin' on Up" mahnısından da istifadə edilmişdir. Film musiqisinə eyni zamanda dindirilmə səhnəsi zamanı istifadə edilmiş musiqi də daxil edilmişdir.

Film musiqiləri albom şəklində 17 mart 1992-ci ildə satışa çıxarılmışdır. Cerri Qoldsmitin yazdığı musiqi genişləndirilmələr və əlavələrlə birgə 2004-cü ildə Prometheus Records tərəfindən satışa çıxrılmışdır.

“Əsas İnstinkt” filminə yazdığı müusiqiyə görə Qoldsmitə Qızıl Qlobus mükafatı.[16] verilmiş, Oskar mükafatına nominant göstərilmişdir. Qoldsmit qeyd edirdi ki, bu onun var gücü ilə özünü göstəməyə çalışdığı işlərindən biri olmuşdur. Daha sonra isə bildirirdi ki, “Əsas İnstink bu vaxta kimi götürdüyüm ən mürəkkəb iş idi. Burada əslində real olmayan qatilin sirrini göstərmək lazım idi. Çox qeyri-adi, sirli obrazları ilə bu hekayə qarışıq və mürəkkəb bir hadisəni anladır. Rejissor Pol Verhovenin qadının necə olması ilə bağlı çox aydın fikirlıri var idi və mənim bunu musiqi ilə təsvir etmək üçün çox vaxtım yox idi. Çünki, Pol tez-tez mənə bildirirdi ki, mənim yazdığım ən yaxşı film musiqilərindən biri olacağına inanır. Bu doğrudan da belə oldu.” [17]

MPAA qiymətləndirməsi

redaktə

“Güclü şiddət, hissiyyatlılıq, psixatrop maddələrin istifadəsi və kobud nitq dialoqlarının yer alması” səbəbiylə “Əsas İnstinkt” R dərəcəsinə layiq görülmüşdür. MPAA əvvəl filmə NC-17 dərəcəsi vermiş, lakin TriStarın təzyiqlərindən sonra Verhoven filmin 35-40 saniyəlik bəzi hissələrini kəsmiş və film R dərəcəsini ala bilmişdir.[9] Verhoven dəyişikləri 1992-ci ilin martında yazdığı məqaləsində belə təsvir edirdi:

“Əslində, mən çox şey kəsməmişəm, lakin bəzi səhnələrin yerini dəyişərək, fikirləri daha elliptik, mənaaltı formaya salmışam.”[9]

Daha sonra filmin kəsilməmiş versiyası DVD formatda yenidən satışa çıxarılmışdı.

Tənqidçilərin mövqeyi

redaktə
 
Filmin rejissor, prodüser və ulduzları — Şeron Stoun, Ceyn Triplhorn və Maykl Duqlas 1992-ci il Kann Film Festivalında.

Film mediaya ilk dəfə 1992-ci ilin Kann Festivalında təqdim edilmişdi.[18] Filmə münasibətlər müxtəlif olmuş, bəziləri onu ciddi tənqid atəşinə tutsalar da, bəziləri tərifləmişdir. “The New York Times”dan Cenet Maslin qeyd edir ki, “”Əsas İnstinkt” Mr. Verhovenin ekş üzrə formalaşmış yüksək bacarığını Hiçkokvari intriqaya yönləndirə bilmiş və nəticədə buna o qədər cəhd edilmədiyi hallarda belə, yüksək hissiyyatlı səhnələr alınmışdır.”[19]Rolling Stone”dan Peter Travers filmi “cinayətkarlığın zövq verdiyi film" adlandıraraq yüksək dəyərləndirir və “xüsusilə Şeron Stounun əda ilə gəzdiyi səhnələrdə rejissor öz yaradıcılıq arzularını gerçəkləşdirmişdir” deyərək Verhovenin yüksək peşəkarlığını qeyd edir. Şeron Stoun daha əvvəl Verhovenin “Hər şeyi xatırlama” filmində də rol almışdı. Lakin çəkildiyi bir neçə uğursuz film (He Said, She Said; Irreconcilable Differences) onun karyerasını zəiflətmişdi. Buna baxmayaraq “Əsas İnstinkt” filmi Stounun 1990-cı illərin sürpriz sima kimi yenidən diqqət mərkəzinə gəlməsinə, həmçinin aktrisanın gülümsəyərək insanda şübhə oyandıra bilmək qabiliyyətini göstərməsinə imkan verdi.” [20]

Lakin filmi pisləyənlər də olmuşdur.[21]The Chicago Sun-Times”dan Rocer Ebert filmə dörd ulduz səviyyəsindən iki ulduz verir və qeyd edir ki, filmin son yarım saatını vaxt itkisi olduğunu nəzərə almasaq yaxşı sənət nümunəsidir: “Film krossvord pazla oxşayır. Film, hadisələrin əsas mahiyyətinin dərk edilməsinə kimi izləyicinin diqqətini özündə saxlayır. Daha sonra isə, dəyərsiz bir şey kimi gözdən düşür.” [22]

Beynəlxalq tənqidçilər isə, film haqqında əsasən müsbət fikirlər söyləmişlər. Avstraliyalı tənqidçi Şenon J. Hervi “Sunday Times”da qeyd edir ki, “film 1990-cı illərin ən yaxşı istehsallarından biri olmaqla, qadın hüquqları sahəsində istənilən feminist təşkilatından daha çox iş görmüşdü. Stoun isə onu ulduz edən oyunu ilə, əlində təhlükəli buzqıran bıçaq olmasına baxmayaraq, çox cazibəli və seksual obraz yaratmağa nail olmuşdu.” [23]

Film iki nominasiyada Oskar mükafatınaQızıl Qlobus Mükafatına namizəd göstərilmişdir. Filmə bəstələdiyi musiqiyə görə Cerri Qoldsmit hər iki mükafatın nominantı olmuşdur. O, eyni zamanda, Edqar Mükafatına da namizəd göstərilmişdir.[21] Frenk Urioste Ən yaxşı montajçı nominasiyasında Oskar mükafatına, Şeron Stoun isə Ketrin Tramell obrazına görə Ən yaxşı aktrisa nominasiyasında Qızıl Qlobus Mükafatına namizəd göstərilmişdir. Film eyni zamanda üç nominasiyada — Ən pis aktyor (Duqlas), Ən pis ikinci dərəcəli aktrisa (Triplhorn) və Ən pis yeni ulduz (Sharon Stone's "Tribute to Theodore Cleaver", AKA her vagina) — Qızıl Moruq Mükafatına da namizəd olmuşdur.

Siqaretdən istifadənin qlamurlaşdırılmasına görə film ciddi tənqidlərə məruz qalmışdır. Ssenari müəllifi Co Esterhasa filmin təqdim edilməsindən bir müddət sonra boğaz xərçəngi diaqnozu qoyulmuş və onun filmlərində siqaret çəkmənin qlamurlaşdırılmasına cəhd edildiyi bildirilmişdi.[24]

Ketrin Tramell (Şeron Stoun tərəfindən canlandırılıb) Amerika Film İnstitutununAFI-nin 100 ili...100 Qəhrəman və Pis adam” siyahısının nominantlarından biri olmuşdur.[25]

Satış göstəriciləri

redaktə

29 mart 1992-ci ildə ABŞ kinoteatrlarında vizyona girən “Əsas İnstinkt” filmi 1992-ci ilin ın çox gəlir gətirən filmlərindən biri olmuşdur. Açılış həftəsində film 15 milyon dollar gəlir gətirmişdir. 1992-ci ilin doqquzuncu ən çox gəlir gətirən filmi olan “Əsas İnstinkt” infilyasiyaya baxmayaraq 352,927,224 dollar gəlir əldə etmişdir.[26]

Çıxarılması və versiyaları

redaktə

Teatr versiyasının çıxarılmasından sonra, 1992-ci ildə film video formatda kəsilməmiş versiyada satışa çıxarılmışdır. Film 1997-ci ildə DVD versiyada satışa çıxarılmışdır. Filmin "Collector's Edition" versiyası DVD formatda 2001-ci ildə satışa çıxarılmışdır. Xüsusi buraxılış versiyasına Kamille Paglianın şərhləri əlavə edilmişdi. Filmin bu versiyası 127 dəqiqə davam edir və iki dəfə — 20032006-cı illərdə təkrar yayımlanmışdır.

2006-cı ildə filmin dərəcələndirilməmiş rejissor kəsimi versiyası DVD formatda "Ultimate Edition" leyblı ilə satışa çıxarılmışdır. 2007-ci ildə film Blue-ray disk formatında "Director's Cut" leyblı ilə satışa çıxarılmışdır. Hər üç “director's cut” versiyası 128 dəqiqə davam edir.

Filmin NC-17 dərəcəsi almasının qarşısını almaq üçün 1992-ci ildə təqdim edilmiş teatral versiyasının 35-40 saniyəlik cinsəllik və şiddət görüntülərini əks etdirən hissələri kəsilmişdi[9]:

  • Sonradan DVD versiyada satışa çıxarılmış, lakin teatral versiyada kəsilmiş hissələr, açılışda Conni Boz və Tramellin seks səhnələrinin bir hissəsi və Tramellin Bozun sinəsinə, gözünə və burnuna zərbələr endirməsi səhnələri idi.
  • Nik və Betin seks səhnəsinin bir hissəsj ABŞ teatral versiyasında kəsilmişdi. Nikin Betin paltarını cırması hissəsində kəsilən film, hər iki obrazın döşəmədə uzanması səhnəsindən davam edir. Kəsilməmiş versiyada isə onların sekslə məşğul olması göstərilir.
  • Kəsilməmiş versiyada Nik və Ketrinin seks səhnəsi də xeyli uzundur. Burada Şeron Stoun orqazm vəziyyətində olan Maykl Duqlasın ayaqları arasında tam çılpaq vəziyyətdə görünür.
  • Nikin partnyoru olan Qasın liftdəki ölüm səhnəsi çox ətraflı təsvir olunub. ABŞ versiyasında Qasın silahından açılan güllə ayağına dəyir və qan kameraya sıçrayır.

Mübahisə və qalmaqallar

redaktə

Seksual səhnələri və açıq şiddət təsvirinə görə film bəzi mübahisələrin yaranmasına səbəb olmuşdur. Filmin çəkilişlərinin davam etdiyi müddətdə geylərin hüquqlarının müdafiəçilərinin daimi etiraz aksiyaları ilə müşaiət olunmuşdu.[27] Lezbiyan və biseksual aktivistlətin qrupu olan LABIA filmin açılış gecəsində böyük bir etiraz aksiyası təşkil etmişdi. Başqaları da həmçinin insanları bu film üçün kinoteatrlara getməməyə çağıraraq, “Mənim buzqıranımı öp”, “Hollivud anti-gey şiddəti təbliğ edir”, “Ketrin bunu etdi”/Öz pulunu qoru – Biseksuallar bunu etdi!” kimi şüarlar səsləndirirdilər.[28] Verhoven özü qrupların etiraz etmək hüququnumüdafiə etsə də, Faşizm sənin səsini ucaltmır, faşizm yox qəbul etmir” deyərək aktivistləri tənqid də etmişdir.[29] GLAAD qrupu film istehsalçılarını homofobik stereotipləri əbədiləşdirməkdə günahlandıran bəyannamə ilə çıxış etmiş, biseksuallar da bu tənqidə qoşulmuşlar.

Film tənqidçisi Rocer Ebert öz məqaləsində film ətrafında yaranmış qalmaqallara da toxunaraq, qeyd edir ki, “filmdə qəddar homoseksual obrazının yaradıldığı iddia edilir: Filmə etiraz edənlər nəzərə almalıdılar ki, filmin heteroseksual obrazları da həmçinin qəddarlıqları ilə seçilirlər. Həmçinin nəzərə almaq lazımdır ki, Hollivudun homoseksualları – xüsusilə lezbiyanları – qəddar və şeytani obrazlar kimi təsvir etmək ənənəsi də yoxdur.”[30] Kamilla Paglia gey akstivistlər və feministlərin etirazlarının əsassız olduğunu bildirərək, Şeron Stounun yaratdığı obrazı “qadınlar tərəfindən ekranda canlandırılmış ən böyük obrazlardan biri” adlandırır.[31]

Maraqlı faktlar

redaktə
  • Filmin ssenarisini yazdığına görə Co Esterhas 3 milyon dollar almışdı.
  • Şeron Stouna Ketrin Tramell rolu Arnold Şvartseneggerlə birgə çikildiyi "Hər şeyi xatırlama" filmində canlandırdığı uğurlu rola görə verilmişdi.
  • Şeron Stoun aralarında Kim Bessencer, Meq Rayan, Mişel Pfayfer kimi ulduzların da olduğu on dörd aktrisanın imtina etməsindən sonra, Ketrin Tramell rolunu canlandırmağa razılaşmışdı.
  • Filmin çəkilməsi başa çatdıqdan sonra Maykl Duqlas psixiatrın yanında müalicə olunmağa başlamışdı.
  • Keçmiş yarış sürücüsü olan Maykl Duqlas filmdəki avtotryukların əksəriyyətini özü həyata keçirmişdir.
  • "Əsas İnstinkt" filmində canlandırdığı Nik roluna görə Maykl Duqlas 1992-ci ildə "Ən pis aktyor" nominasiyasında Qızıl Moruq Mükafatına namizəd göstərilmişdir.
  • Nikin Ketrinə "Jack Daniels" viskisini təklif etməsi səhnəsinə görə viskini istehsal edən şirkət bir milyon dollar ödəmişdi. Lakin əslində ("Əsas İnstinkt" kitabında) Nikin əlində bu içkini görən Ketrin daha yaxşı bir şeyin olub-olmamasını soruşur. Filmdəki bu reklam səhnəsindən sonra bütün dünyada "Jackd Daniels" viskilərinin satış həcmi bir neçə dəfə artmışdı.
  • Filmin senzura komissiyasından normal dərəcə alması üçün Verhoven filmin açılışındakı seks səhnəsini 14 dəfə montaj etməli olmuşdu.

Davamı

redaktə

2005-ci ildə Metro-Goldwyn-Mayer şirkəti Maykl Keynon-Consun rejissorluğu ilə "Əsas İnstinkt 2" filminin çəkilişlərinə başladığını elan etmişdi. "Əsas İnstinkt" filminin davamı kimi çəkilən film ABŞ, BK, Almaniyaİspaniya film şirkətlərinin distribütorluğu ilə çəkilmişdir. Baş rollarını Şeron Stoun (Ketrin Tramell) və Devid Morrissinin (Dr. Maykl Qlass) canlandırdığı film 2000-ci illərin ən uğursuz filmlərindən biri olmuşdur. Yeddi nominasiyada "Qızıl Moruq mükafatı"na namizəd göstərilən film dörd nominasiyada mükafatı qazanmışdır.[32]

Maddi baxımdan da film böyük uğursuzluqla üzləşmiş və gəlir itkisinə səbəb olmuşdu. Belə ki, 70 milyon[33] dollar büdcəsi olan film, cəmi 38,629,478 milyon[34] dollar gəlir gətirmişdi. "Əsas İnstinkt 2" filminin gəlirləri çox az olduğundan triologiyanın üçüncü hissəsinin çəkilişləri naməlum müddətə təxirə salınmış və Şeron Stoun sonuncu filmdə rol almayacağını elan etmişdir.[35]

Sənədli film

redaktə

Filmin tarixçəsi və çəkilişlərindən bəhs edən ""Əsas İnstinkt"in içində" (ing. Inside Basic Instinct) adlı sənədli film çəkilmişdir.

İstinadlar

redaktə
  1. "BASIC INSTINCT (18)". British Board of Film Classification. 1992-03-18. 2013-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-19.
  2. Box Office Mojo Arxivləşdirilib 2017-03-21 at the Wayback Machine. Retrieved May 30, 2013.
  3. 1 2 http://www.imdb.com/title/tt0103772/.
  4. http://www.metacritic.com/movie/basic-instinct.
  5. http://www.filmaffinity.com/es/film621244.html.
  6. "Censored Films and Television II". University of Virginia. 2013-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  7. Basic Instinct at Box Office Mojo Arxivləşdirilib 2017-03-21 at the Wayback Machine. Retrieved 30 May, 2013.
  8. "Ashly Gere biography". 2013-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-02.
  9. 1 2 3 4 5 Weinraub, Bernard. "'Basic Instinct': The Suspect Is Attractive, and May Be Fatal". The New York Times. March 15, 1992. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-09. But the sexual content of the film helped determine the choice of its female star. Ms. Stone, who played Arnold Schwarzenegger's wife in 'Total Recall', was cast in 'Basic Instinct' only after better-known actresses like Michelle Pfeiffer, Kim Basinger, Geena Davis, Ellen Barkin and Mariel Hemingway rejected her part, largely because it demanded so much nudity and sexual simulation.
  10. Basic Instinct at UK Critic Arxivləşdirilib 2007-11-13 at the Wayback Machine. Retrieved 05 iyun, 2013.
  11. Joe Eszterhas interview at Moviemaker Arxivləşdirilib 2012-02-06 at the Wayback Machine. Retrieved 05 iyun, 2013.
  12. Greta Scacchi, a BBC Drama Faces article
  13. Meg Ryan: In The Cut (Interviewed by Stephen Applebaum) Arxivləşdirilib 2022-09-16 at the Wayback Machine, an October 2003 BBC article
  14. Bryce Hallett. "Her world's a stage". Sydney Morning Herald. 10 February 2001. səh. 3.
  15. "Basic Instinct (Making of, The)". 20th Century Fox. 2001.
  16. Basic Instinct soundtrack review Arxivləşdirilib 2022-09-21 at the Wayback Machine at Filmtracks.com Arxivləşdirilib 2011-01-27 at the Wayback Machine
  17. Velez, Andy. "Evening the Score" Jerry Goldsmith interview Arxivləşdirilib 2013-04-30 at the Wayback Machine. Barnes & Noble. Retrieved 2013-06-05.
  18. "Festival de Cannes: Basic Instinct". festival-cannes.com. 2011-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-05.
  19. Maslin, Janet. Basic Instinct. New York Times Arxivləşdirilib 2008-04-08 at the Wayback Machine. Retrieved November 5, 2007.
  20. Travers, Peter. Basic Instinct. Rolling Stone Arxivləşdirilib 2018-06-27 at the Wayback Machine. Retrieved 05 İyun 2013.
  21. 1 2 Lundin, Leigh. "Erotic Mystery Thrillers". sex-n-violence. Criminal Brief. 2013-06-05. 2011-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.
  22. Reviews :: Basic Instinct Arxivləşdirilib 2012-08-20 at the Wayback Machine from Roger Ebert's website
  23. Basic Instinct at Rotten Tomatoes[ölü keçid]. Retrieved 05 İyun, 2013.
  24. Ball, Ian. "A smoking star is a loaded gun". The Daily Telegraph. London. August 22, 2002. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2013.
  25. "AFI's 100 Years...100 Heroes and Villains Nominees" (PDF). 2011-08-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.
  26. "1992 Worldwide Grosses". Box Office Mojo. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 iyun 2013.
  27. Los Angeles Times, April 29, 1991: Gays Bashing Basic Instinct Arxivləşdirilib iyul 27, 2006, at the Wayback Machine. See also Phyllis Burke, Family Values: Two Moms and Their Son. New York: Random House (1993), which covers the protests over several chapters.
  28. Couvares, Francis G. Movie Censorship and American Culture (2nd). 2006. ISBN 1-55849-575-4. 2015-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.
  29. Keesey, Douglas. Paul Verhoeven. 2005. səh. 130. ISBN 3-8228-3101-8.
  30. "Basic Instinct". Chicago Sun-Times. 2012-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
  31. Paglia, Camille. Vamps & Tramps: New Essays. London: Penguin Books, 1994. p. 489
  32. "27th Annual Golden Raspberry (Razzie©) Award "Winners"". 2013-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-05.
  33. "Basic Instinct 2 (2006)". imdb.com. 13 April 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 15, 2006. (#invalid_param_val)
  34. "Basic Instinct 2 (2006)". boxofficemojo.com. July 24, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 23, 2006.
  35. "Sharon Stone — Stone To Direct Basic Instinct 3". 2011-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-05.

Həmçinin bax

redaktə

ABŞ filmlərinin siyahısı
Fransa filmlərinin siyahısı

Xarici keçidlər

redaktə

Filmi izlə (azərbaycan dilində)

  NODES
INTERN 1
Note 3