Əyn Cəllud döyüşü

Əyn Cəllud[10] yaxud Eyn Calut[11] döyüşü (ərəb. معركة عين جالوتmaʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş.[12]

Eyn Calut Döyüşü
Monqolların Fələstin yürüşü
Levantın monqollar tərəfindən işğalının bir hissəsi
Tarix 3 sentyabr 1260
Yeri Eyn Calut, Qalileya[1]
Nəticəsi

Məmlüklərin qələbəsi

Münaqişə tərəfləri

Məmlüklər
KərəkHəmanın Əyyubi əmirləri

Elxanilər
(Monqol İmperiyası)
GürcüstanGürcüstan krallığı
Kilikiya erməni çarlığı
HümsBaniyasın Əyyubi əmirləri

Komandan(lar)

Seyfəddin Qotaz
I Baybars
II əl-Mənsur Məhəmməd

Kit Buğa noyon
Hüms əmiri əl-Əşrəf
Baniyas əmiri əl-Səid

Tərəflərin qüvvəsi

Yüngül süvari və atlı oxçular, ağır süvari, piyada əsgərlər
(7.000-10.000)[2][3][4]

Monqolların nizə ilə silahlanmış saray əsgərləri və atlı oxçular, Kilikiya erməni çarlığının qoşunları, gürcü dəstələri, yerli Əyyubi dəstələri (20.000-30.000)[5][6][7][8]

İtkilər

1.000

10.000 ölü[9]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəlki hadisələr

redaktə

1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi.[13]

Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı. İrandakı sui-qəsdlərin qarşısı alındı. Nəticədə, 500 ildir ki hakimmiyyətdə olan Abbasilər xilafətiDəməşqdəki Əyyubilər sülaləsi süqut etdi. Hülakünün sonrakı planı Yerusəlim krallığının ərazisilə cənuba doğru hərəkət edərək əsas İslam qüvvəsi olan Məmlük sultanlığına hücum etmək idi.[13]

Monqolların Orta Şərqdə məmlüklərə hücumu zamanı məmlüklərin əksəriyyəti qıpçaqlar idi və Qızıl Ordanın məmlüklərə qıpçaqlardan ibarət əlavə ordu göndərməsi Məmlük sultanlığının gücünü daha da artırdı və monqollarla mübarizədə onlara yüksək dərəcədə yardım etdi.[14]

Monqolların Misirə elçi göndərməsi

redaktə

1260-cı ildə Hülakü xan təslim olmasını tələb etmək üçün Qahirədəki Seyfəddin Qotazın yanına elçilər göndərdi:

 
Zuveliya qapısı, Qahirə
  Şərq və qərb hökmdarları hökümdarı böyük xaqandan. Qılınclarımızdan qaçan Məmlük hökmdarı Qotaza. Digər ölkələrə nələr olduğunu görməli və bizə təslim olmalısınız. Böyük bir imperiyanı necə fəth etdiyimizi və oradakı iğtişaşların kökünü necə kəsdiyimizi eşitmisiniz. Neçə-neçə belə böyük əraziləri fəth etdik, oradakı bütün insanları öldürdük. Özünüzü ordularımızın qorxusundan azad edə və qaça bilməzsiniz. Axı haraya qaça bilərsiniz? Atlarımız sürətli, oxlarımız kəskin, qılınclarımız ildırım kimidir. Qəlblərimiz dağlar qədər sərt, əsgərlərimiz qum qədər çoxdur. Allaha dua etməyinizin faydası yoxdur. Nə göz yaşları, nə də fəryad bizə təsir edə bilməz. Yalnız himayəmiz üçün bizə yalvaranlar təhlükəsiz olacaqlar. Müharibə atəşini alovlandırmazdan əvvəl cavab verməyə tələsin. Qarşı çıxsaz, ən dəhşətli fəlakətlərə düçar olacaqsınız. Məscidlərinizi dağıdacaq və Allahınızın zəifliyini ortaya qoyacağıq. Daha sonra sizi uşaqlar və qocalarınızla birlikdə məhv edəcəyik. Hal-hazırda savaşmalı olduğumuz tək düşmən sizsiniz.
 

Buna cavab olaraq Qotaz elçiləri öldürdü və onların başlarını Qahirə qapılarından biri olan Bab-Zuveliyada xalqa nümayiş etdirdi.[13]

Yürüş

redaktə
 
Əkka mühasirəsi

Döyüşdən qısa müddət əvvəl Hülakü ordunun əksəriyyətini Levantdan geri çəkdi və orada yalnız Fərat çayının qərb sahilində nayman Kit Buğa noyon nestorianın komandanlığı altında bir tümən (formal olaraq 10000 nəfərdən ibarət ordu, adətən daha az olur) və az miqdarda vassal qoşunlar qaldı.[16] Müasir məmlük salnaməçisi Musa ibn Məhəmməd Yunini "Dəyl Mirat əl-Zaman" əsərində qeyd edir ki, Kit Buğanın başçılıq etdiyi monqol qoşunları vassallar da daxil olmaqla, ümumilikdə 100000 nəfər idi, lakin bu şişirtmə kimi görünürdü.[17] 20-ci əsrin sonlarına qədər tarixçilər inanırdılar ki, Hülakünün qəfildən geri çəkilməsi Münke xaqanın Çinə ekspedisiyası zamanı ölməsi nəticəsində meydana gələn güc dinamikliyi ilə əlaqəli idi və bu, Hülakü xan və digər əsas monqol dəstələrinin yeni hökmdarı seçmək üçün geri qayıtmalarını tələb edirdi. Halbuki, 1980-ci illərdə aşkara çıxarılan sənədlər bunun doğru olmadığını təsdiqləyir. Hülakü bu ərazidə yemin əksər hissəsinin istifadə olunduğunu deyərək məntiqi cəhətdən bu qədər orduyla uzun müddət fəaliyyət göstərməyin mümkünsüzlüyünü bildirirdi və həmçinin yay aylarında daha sərin ərazilərə çəkilmək monqolların adəti idi.[18]

Hülakünun gəlməsi xəbərini alan Məmlük sultanı Qotaz tez bir zamanda Qahirədə böyük ordu toplayaraq Fələstinə hücum etdi.[19] Avqustun sonlarında Kit Buğa noyonun qüvvələri aşağı Qalileyada yerlərən Təbəriyyə gölünün şərqindən keçərək Bəəlbəkdəki mərkəzlərindən cənuba hərəkət etdilər.

Bu zaman Qotaz məmlük I Baybarsla müttəfiq oldu. Həmçinin I Baybars da monqolların Dəməşqi və Bilad əl-Şamın böyük hissəsini işğal etməsindən sonra bu müttəfiqliyi seçmişdi.[20]

Monqollar da öz növbəsində Yerusəlim krallığının qalıqları olan səlibçilərlə (indi Əkka şəhərində mərkəzləşiblər) frank-monqol ittifaqı yaratmağa (və ya ən azından tabe olmalarını tələb etməyə) cəhd etdilər, amma Papa IV Aleksandr buna icazə etmişdi. Həmçinin Sidonlu Yuliyan Kit Buğanın nəvələrindən birinin ölümü ilə nəticələnən hadisəyə səbəb olduqdan sonra franklar və monqollar arasında gərginlik daha da artmışdı. Qəzəblənən Kit Buğa Sidon şəhərini talan etdi. Monqolların əlaqədə olduğu səlibçilərin qalıqları və Əkka baronları ilə, həmçinin monqollara qarşı hərbi yardım axtarışında olan məmlüklər də ittifaq qurmağa çalışırdılar.[20]

Məmlüklərin franklarla ənənəvi düşmənçilik münasibətləri olmasına baxmayaraq Əkka baronları monqolları özləri üçün daha böyük təhlükə hesab edirdilər və beləliklə, səlibçilər də bu iki qüvvə arasında neytral qalmağı üstün tutdular.[21] Onlar qeyri-adi şəkildə Misir məmlüklərinin öz ərazilərindən keçərək təhlükəsiz şəraitdə şimala yürüş etmələrinə və hətta ordunun yenidən təchizatı üçün Əkka yaxınlığında düşərgə salmalarına icazə verdilər. Monqolların İordan çayını keçməsi xəbərini aldıqda Sultan Qotaz və qüvvələri cənuba — Yizreel vadisindəki Eyn Calut bulağına doğru irəlilədilər.[22]

Döyüş

redaktə
 
Məmlük ordusunun nizəli əsgərləri

İlk öncə hərəkətə keçən, tərkibinə daxil etdiyi Gürcüstan krallığıKilikaya erməni çarlığından da 500-ə yaxın qoşun əldə etmiş monqollar oldu. Məmlüklərin ərazini yaxşı tanıma üstünlüyü vardı və Qotaz qoşunun əsas hissəsini dağlıq ərazilərdə gizlədərək monqolları Baybarsın rəhbərliyi altındakı sayı az olan ordu ilə məğlub edəcəklərini ümid edirdi.

İki ordu saatlarla davam edən döyüşdə üz-üzə gəldi. Baybars həm monqolları qıcıqlandırmaq, həm də ordunun daha çox hissəsini qorumaq üçün, əsasən, vur-qaç taktikasından istifadə edirdi. Baybars erkən yaşlarından qaçqın kimi uzun illər bu ərazidə yaşadığı üçün döyüşün ümumi strategiyasını hazırlamaq ona tapşırılmışdı. Monqollar növbəti ağır hücumunu həyata keçirdikdə Baybars son dəfə geri çəkilirmiş kimi hərəkət etdi və monqolları məmlüklərin ağacların arasında gizlənmiş dəstələri olan dağlıq əraziyə gətirərək pusquya saldı. Artıq Baybars və qoşunlarının irəli-geri hərəkət etməsindən hiddətlənmiş Monqol hökmdarı Kit Buğa ağır səhv etdi. O, bunun pusqu olacağından şübhələnmək əvəzinə bütün ordu ilə məmlüklərin üzərinə yürüş etdi. Monqollar dağlıq ərazilərə çatdıqda gizlənmiş məmlüklər oxlar atmağa və süvarilərlə hücuma keçməyə başladılar. Monqollar hər tərəfdən mühasirəyə alındı. Bundan əlavə, Timoti Mey qeyd edirdi ki, döyüşdə həlledici məqam Monqol-Suriya müttəfiqliyinin pozulması idi.[23]

Monqol ordusu xilas olmaq çox güclü və aqressiv mübarizə apardı. Qotaz öz şəxsi legionu ilə bir qədər uzaqdan döyüşü izlədi. Qotaz məmlüklərin sol qanadının mühasirədən qaçmağa çalışan monqollar tərəfindən məhv edildiyini görəndə döyüş dəbilqəsini irəli altı və beləliklə, döyüşçüləri onu tanıya bildi. Daha sonra o, ordusunu qətiyyətli olmağa səslədi və "Ey İslamım!" deyərək məmlüklərin zəifləmiş qolunun müdafiəsinə başçılıq etdi. Onlar monqolları geri çəkilməyə və Bet-Şean şəhəri yaxınlığına qaçmağa məcbur etdilər, amma monqollar ordunu yenidən təşkil edərək uğurlu əks-hücum ilə döyüş meydanına qayıtdılar. Buna baxmayaraq döyüş artıq coğrafi və psixoloji üstünlüyü ələ alan məmlüklərin xeyrinə idi və nəhayət, onlar monqolları geri çəkilməyə məcbur etdilər. Kit Buğa və demək olar ki, monqolların bölgədə qalan bütün ordusu həlak oldu.

Nəticə

redaktə

Eyn Calutdakı qələbədən sonra Qahirəyə dönərkən Qotaz Baybarsın təşkil etdiyi sui-qəsd nəticəsində bir neçə əmir tərəfindən öldürüldü[24][25][20] və beləliklə, Baybars yeni sultan oldu. Məmlüklərə sığınan yerli Əyyubi əmirləri də sonda Suriyada ilk monqol ekspedisiyasını başa vuran 6000 nəfərdən ibarət monqol ordusu tərəfindən Hümsdə öldürüldü. Baybars və onun ardıcılları 1291-ci ilə qədər "Müqəddəs torpaqlar"dakı səlibçilər tərəfindən əsası qoyulmuş digər dövlətləri də işğal etməyə davam etdilər.

Qanlı münaqişə Hülakü xanın Eyn Calutdakı əsas məğlubiyyətin qisasını almaq üçün bütün monqol ordusunu məmlüklərə qarşı silahlandırmasına mane oldu. Elxanilərin şimalında yerləşən Qızıl Ordanın hökmdarı Bərkə xan İslamı qəbul etdi və əmisi oğlunun İslamın mənəvi və inzibati mərkəzi olan Abbasilər xilafətini işğal etməsini vahiməli bir şəkildə qarşılamışdı. Müsəlman tarixçisi Fəzullah Rəşidəddin Münke xanın Bağdada hücum etməsinə etiraz edən Bərkə xanın ona belə bir mesaj yolladığını (Münke xanın Çində öldüyünü bilməyərək) qeyd edirdi: "O, (Hülakü xan) müsəlmanların bütün şəhərlərini işğal etdi və xəlifənin ölümünə səbəb oldu. Allahın köməyi ilə onu bu qədər günahsız qan axıtdığına görə mənə cavab verməyə məcbur edəcəm."[26][27] Bərkənin həm müsəlman olduğunu, həm də əmisi oğluyla münasibətlərinin yaxşı olmadığını öyrənən məmlüklər Bərkə və onun xanlığıyla əlaqələri yaxşı saxlamağa xüsusi diqqət göstərirdilər.

Nəhayət, Monqol varisliyi qurulduqdan sonra Hülakü xan sonuncu xaqan hesab edilən Xubilay ilə birlikdə 1262-ci ildə öz torpaqlarına qayıtdı və məmlüklərə hücum edərək Eyn Calutdakı məğlubiyyətin qisasını almaq üçün qoşun topladı. Halbuki Bərkə xan Hülakünün şimala yürüş etməsini və Levantdan uzaqlaşıb özüylə görüşməsini təmin etmək üçün bir neçə dəfə onun üzərinə yürüş təşkil etdi. Onlar arasında ilk ciddi döyüş 1263-cü ildə Qafqazın şimalında baş verdi və Hülakü xan ağır məğlubiyyətə uğradı. Bu monqollar arasında ilk açıq müharibə idi və bu, vahid Monqol İmperiyasının sonuna işarə edirdi.

Hülakü Eyn Calutdan sonra məmlüklərə etdiyi yeganə hücum cəhdində onların üzərinə yalnız iki tüməndən ibarət ordu göndərə bildi və onların bu hücumu məmlüklər tərəfindən dəf edildi. Hülakü xan 1265-ci ildə vəfat etdi və onun yerinə hakimiyyətə oğlu Abaqa xan gəldi.

Fərqli dillərdə mənbələrin çox olması səbəbindən monqol tarixçiləri ümumi olaraq imperiyanın bir məhdud tərəfinə diqqət yetirmişdilər. Bu nöqtəyi-nəzərdən Eyn Calut döyüşü bir çox akademik və məşhur alim tərəfindən monqolların ilk dəfə ağır məğlubiyyətə uğradıldığı və yürüşlərinin daimi olaraq qarşısının alındığı döyüş kimi təqdim olunmuşdur.[28][20] Halbuki Monqol istilaları dövrünün başlıca hissəsi kimi qəbul olunan Eyn Calut müasir dövrdə edilən daha əhatəli araşdırmalara görə əvvəlki tarixçilərin təqdim etdiyindən fərqli olaraq nə ilk, nə də əsas döyüş deyildi.

Monqollar Eyn Calutdan əvvəl də bir neçə dəfə məğlub olmuşdur. Hətta Çingiz xanın monqolları vahid imperiya şəklində birləşdirmək üçün Camuqa-Seçenkereitlərlə apardığı mübarizələrdəki məğlubiyyətlərdən əlavə monqolların uduzduğu bir neçə döyüş məlumdur. Monqol generalı Boroğul 1215–1217-ci illər arasında olan bir tarixdə serb tayfası olan Tumad tərəfindən pusquya salınmış və öldürülmüşdü. Bundan sonra Çingiz xan Dorbey Doqşini Tumad tayfasını işğal edərək özlərinə tabe etməsi üçün göndərdi.[29] 1221-ci ildə (monqolların Xarəzmşahlar dövlətini işğal etdiyi dövrdə) baş verən Pərvan döyüşündə Şiqi-Xutuxu Cəlaləddin tərəfindən məğlub edildi. Nəticədə Çingiz xan özü Cəlaləddinin üzərinə yürüş etdi və onu İndus döyüşündə məğlub etdi. Ögedey xanın ilk hakimiyyət dövründə onun generallarından biri olan Dolğolğu Çzin sülaləsinin generalları Uan Yen-Yi və Puya tərəfindən ağır məğlubiyyətə uğradıldı. Buna cavab olaraq Ögedey xan əfsanəvi sərkərdə Sabutayı onların üzərinə göndərdi, amma güclü müqavimətlə qarşılaşdı. Belə müqavimətlə üzləşdikdən sonra monqollar bütün ordusunu Ögedey, Toluy və Sabutay xanın rəhbərliyi altında ayrı-ayrı qoşunlar şəklində toplayaraq Çzin İmperatorluğunun mühasirəsini yarmağa çalışdılar.[30] Çzin ordusu qətiyyətlə məğlub edildi və Sabutay 1233-cü ildə Kayfın şəhəri işğal edərək Çzin sülaləsinin sonunu daha da yaxınlaşdırdı.

Bundan əlavə Eyn Calut döyüşü Monqol işğalını nə limitlədi, nə də ki onların fəthlərinə son qoydu. 1299-cu ildə Elxani hökmdarı Qazan xan əl-Xəznədar vadisi döyüşündə Dəməşqi tutaraq məmlükləri məğlub etdi və işğalı Qəzzə şəhərinə qədər davam etdirdi. Amma yem bazasının zəif olması və Cığatay xanlığına qarşı davam edən müharibə Qazan xanı ordusunu İranın şimal-şərqinə çəkməyə məcbur etdi. Bu yürüş başa çatdıqdan sonra o, Suriyaya daha kiçik bir ordu göndərdi, lakin Şahab döyüşündə məmlüklər tərəfindən məğlub edildi. Beləliklə, monqolların Suriya işğalına məmlüklər tərəfindən son qoyuldu. Həm Cığatay xanlığında baş verən müharibələr, həm də xanın qəfil ölümü səbəbindən Qazan xan sonrakı hakimiyyət dövründə (1305-ci ilə qədər) heç bir əks-hücum etməyə qadir olmadı.

Doğru perspektivdən baxdıqda Eyn Calut monqolların məğlub olduğu və sonra daha güclü orduyla qisas almaq üçün qayıtmadıqları ilk döyüş idi. Ümumi sferadan baxdıqda Eyn Calut monqollar üçün hər nə qədər kiçik məğlubiyyət kimi görünsə də, bu, gələcəkdə monqolların genişlənmə cəhdlərini daim pozacaq bir problemi göstərdi. Hücum edərək intiqam almaq istəyən monqol qüvvələri tez-tez əsas xanın ölümü səbəbindən məqsədlərindən yayındırıl və ya digər monqol xanlıqlarına qarşı vuruşmağa daha çox üstünlük verilirdi.

Ərəb hərbi traktatlarına görə əl topu Eyn Calut döyüşündə məmlüklər tərəfindən Monqol ordusunu qorxutmaq üçün istifadə edilmişdir və bu, əl toplarının istifadə edildiyi ilk döyüş olaraq bilinir. Həmin toplarda istifadə olunan barıt kompozisiyaları, həmçinin bu nizamnamələrdə verilmişdir.[31][32][33][34]

Əsərlərdə Eyn Calut döyüşü

redaktə

Robert Şi tərəfindən yazılmış tarixi roman olan "Saratinlər"də Eyn Calut döyüşü və Sultan Qotazın sui-qəsdindən geniş şəkildə bəhs olunur.

Həmçinin bax

redaktə

Ədəbiyyat

redaktə
  • Al-Maqrizi. Al Selouk Leme'refatt Dewall al-Melouk. Dar al-kotob. 1997.
  • Henry G. Bohn. The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades. AMS Press, New York. 1848.
  • Amitai-Preiss Reuven. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge University Press, Cambridge. 1995. ISBN 978-0-521-46226-6.
  • W. B. Bartlett. God Wills It! – An Illustrated History of the Crusades. Sutton Publishing Limited. 1999. ISBN 978-0-7509-1880-0.
  • Eric H. Cline. The Battles of Armageddon. University of Michigan Press. 2002. ISBN 978-0-472-06739-8.
  • Robert Cowley; Geoffrey Parker. The Reader's Companion to Military History. Houghton Mifflin. 2001. ISBN 978-0-618-12742-9.
  • J. D. Fage; Roland Anthony Oliver. The Cambridge History of Africa. Cambridge University Press. 1975. ISBN 978-0-521-20981-6.
  • René Grousset. Histoire des Croisades, III. Editions Perrin. 1991. ISBN 2-262-02569-X.

İstinadlar

redaktə
  1. Charles Phillips. "Battle of Ayn Jālūt". britannica.com. 23 mart 2017. 2019-11-18 tarixində orijinalından arxivləşdirilib.
  2. John Simon. Crusading and warfare in the Middle Ages: Realities and representations. Burlington, VT: Ashgate Publishing Limited. 2014. ISBN 9781472407412.
  3. Devid Nikol. The Mongol Warlords: Genghis Khan, Kublai Khan, Hülägü, Tamerlane (Monqol sərkərdələri: Çingiz xan, Xubilay xan, Hülakü xan, Tamerlan). Firebird books: Pole. 1990. səh. 116. ISBN 2-262-02569-X.
  4. James Waterson. The Knights of Islam: The Wars of the Mamluks. London: Greenhill Books. 2007. səh. 75. ISBN 978-1-85367-734-2.
  5. Amitai-Preiss Reuven. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge: Cambridge University Press. 1995. səh. 27. ISBN 978-0-521-46226-6.
  6. J. M. Smith Jr. Ayn Jalut: Mamluk Success or Mongol Failure?. Harvard Journal of Asiatic Studies. 1984. səh. 310. ISBN 9780851125206.
  7. Sheila S. Blair. A compendium of chronicles: Rashid al-Din's illustrated history of the world. Nour Foundation. 1995. ISBN 978-1874780656.
  8. Jr. John Masson Smith. Mongol armies and Indian campaigns. Berkeley: University of California. 1984.
  9. Amitai-Preiss Reuven. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge: Cambridge University Press. 1995. səh. 43. ISBN 978-0-521-46226-6.
  10. AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU İZAHLI DİNİ TERMİNLƏR LÜĞƏTİ (PDF) (az.). AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ. 2020. səh. 199. ISBN 978-9952-8370-9-4. 2022-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-28. Əyn Cəllud döyüşü
  11. AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI. Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2022-01-21. İstifadə tarixi: 2021-05-28.
  12. "Baybars, Al-Zahir". encyclopedia.com. 2019-11-19 tarixində orijinalından arxivləşdirilib.
  13. 1 2 3 Jonh Man. Kublai Khan: From Xanadu to Superpower. London: Bantam. 2006. səh. 74-87. ISBN 978-0-553-81718-8.
  14. J. Halperin Charles. The Kipchak Connection: The Ilkhans, the Mamluks and Ayn Jalut. 63. University of London: Bulletin of the School of Oriental and African Studies. 2000. səh. 229-245.
  15. David W. Tschanz. Saudi Aramco World : History's Hinge: Ain Jalut. 2007.
  16. Grousset Rene. The Empire of the Steppes: A History of Central Asia. Rutgers University Press. 1970. səh. 361, 363. ISBN 978-0-8135-1304-1.
  17. Al-Yunini. Dhayl Mirat Al-Zaman. 4. səh. 93.
  18. Paul Meyvaert. An Unknown Letter of Hulagu, Il-khan of Persia, to King Louis IX of France. 1980. səh. 249, 258.
  19. R. Ernest and Trevor N. Dupuy. The Collins Encyclopedia Of Military History. Dupuy & Dupuy. 4-cü nəşr, 1993. səh. 424.
  20. 1 2 3 4 David W. Tschanz. Saudi Aramco World : History's Hinge: Ain Jalut. 2007.
  21. David Morgan. The Mongols. Brockhampton Press. 1990. ISBN 9781853141041.
  22. W. B. Bartlett. God Wills It! – An Illustrated History of the Crusades. Sutton Publishing Limited. 1999. ISBN 978-0-7509-1880-0.
  23. Timothy May. the Mongol Art of War. 2016.
  24. Glenn E. Perry. The History of Egypt. Greenwood Publishing Group. 2004. səh. 150. ISBN 978-0-313-32264-8.
  25. Amitai-Preiss Reuven. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge: Cambridge University Press. 1995. səh. 47. ISBN 978-0-521-46226-6.
  26. David Nicolle. The Mongol Warlords. Editions Perrin. 1998. ISBN 2-262-02569-X.
  27. Amitai-Preiss Reuven. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge: Cambridge University Press. 1995. ISBN 978-0-521-46226-6.
  28. Jack Weatherford. Genghis Khan and the Making of the Modern World. Brilliance Audio; Unabridged edition. 2014. ISBN 978-1491513705.
  29. Timothy May. The Mongol Empire: A Historical Encyclopedia. ABC-CLIO; Annotated edition edition. 2016. 636. ISBN 978-1610693394.
  30. Christopher P. Atwood. Pu'a's Boast and Doqolqu's Death: Historiography of a Hidden Scandal in the Mongol Conquest of the Jin. Journal of Song-Yuan Studies. 2015. səh. 239-278.
  31. Ahmad Yousef al-Hassan. "Transfer of Islamic Technology to the West Part III: Technology Transfer in the Chemical Industries; Transmission of Practical Chemistry". history-science-technology.com. 23 mart 2017. 20 noyabr 2016 tarixində arxivləşdirilib.
  32. Al-Hassan, Ahmad Y. "Gunpowder Composition for Rockets and Cannon in Arabic Military Treatises In Thirteenth and Fourteenth Centuries". history-science-technology.com. 2008. 2019-11-14 tarixində orijinalından arxivləşdirilib.
  33. George Broughton; David Burris. War and Medicine: A Brief History of the Military's Contribution to Wound Care Through World War I. 2010.
  34. Amber Books; Iain Dickie; Phyllis Jestice; Christer Jorgensen; Rob S. Rice; Martin J. Dougherty. Fighting Techniques of Naval Warfare: Strategy, Weapons, Commanders, and Ships: 1190 BC - Present. St. Martin's Press. 2009. səh. 63. ISBN 9780312554538.

Xarici keçidlər

redaktə
  NODES
mac 1
os 1