1983 Avroviziya Mahnı Müsabiqəsi

1983 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1983; fr. Concours Eurovision de la chanson 1983) — sayca 28-ci Avroviziya Mahnı Müsabiqəsidir. Nikolun ifa etdiyi "Ein Bißchen Frieden" mahnı ilə 1982 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1983-cü ildə Almaniya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın üçüncü ən böyük şəhəri olan Münhendə, Rudi-Sedlmayer-Halle sarayında keçirilmişdir. Müsabiqə 1983-cü ilin 23 aprel tarixində baş tutmuşdur.

1983 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 23 aprel 1983
Aparıcı(lar) Marlen Şarell
Kanal Almaniya ARD
Keçirilən yer Rudi-Sedlmayer-Halle,
Münhen, Almaniya
Qalib mahnı Lüksemburq Lüksemburq
"Si la vie est cadeau"
Seçki sistemi Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi
İştirakçıların sayı 20
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Fransa Fransa
İtaliya İtaliya
Yunanıstan Yunanıstan
İştirakdan imtina edən ölkələr İrlandiya İrlandiya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1982        1984 ►

1983-cü ildə İtaliya iki illik, FransaYunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İrlandiyanın dövlət kanalı RTÉ-nin işçilərinin başlatdığı tətil səbəbindən ölkənin Avroviziya 1983-də iştirakı baş tutmamışdır. 2015-ci ildə Avroviziya ailəsinə qoşulan Avstraliya ilk dəfə müsabiqəni məhz 1983-cü ildə canlı olaraq SBS kanalında yayımlamışdır. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Korinn Erme ifa etdiyi "Si la vie est cadeau" adlı mahnı ilə qalib gəlmişdir. Lüksemburqun müsabiqədəki beşinci qalibiyyəti Fransanın 1977-ci ildəki rekordunu yeniləmişdir.

Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal
01   Fransa Fransızca Qi Bonne "Vivre" Yaşamaq 8 56
02   Norveç Norveçcə Yan Teiqen "Do Re Mi" Do re mi 9 53
03   Böyük Britaniya İngiliscə Sweet Dreams "I'm Never Giving Up" Mən heç vaxt geri çəkilmirəm 6 79
04   İsveç İsveçcə Karola Heqqkvist "Främling" Yad 3 126
05   İtaliya İtalyanca Rikkardo Folyi "Per Lucia" Lusiya üçün 11 41
06   Türkiyə Türkcə Çetin Alp və Kısa Dalga "Opera" Opera 19 0
07   İspaniya İspanca Remedios Amaya "¿Quién maneja mi barca?" Mənim qayığımı kim sürür? 19 0
08   İsveçrə İtalyanca Mariella Farre "Io così non ci sto" Mən bu cür xoşlamıram 15 28
09   Finlandiya Fincə Ami Aspelund "Fantasiaa" Fantaziya 11 41
10   Yunanıstan Yunanca Kristi Stasinopulu "Mu Les" (Μου λες) Mənə söylə 14 32
11   Niderland Niderlandca Bernadette "Sing Me a Song" Mənə mahnı oxu 7 66
12   Yuqoslaviya Monteneqrcə Daniel "Džuli" Culi 4 125
13   Kipr Yunanca Stavros və Konstantina "I Agapi Akoma Zi" (Η αγάπη ακόμα ζει) Sevgi hələ ki yaşayır 16 26
14   Almaniya Almanca Hoffmann & Hoffmann "Rücksicht" Diqqət 5 94
15   Danimarka Danca Qrü Yohansen "Kloden drejer" Planet fırlanır 17 16
16   İsrail İvritcə Ofra Haza "Khay" (חי) Sağ 2 136
17   Portuqaliya Portuqalca Armandu Gama "Esta balada que te dou" Bu ballada sənə həsr olunub 13 33
18   Avstriya Almanca Westend "Hurricane" Burulğan 9 53
19   Belçika Niderlandca Pas de Deux "Rendez-vous" Görüş 18 13
20   Lüksemburq Fransızca Korinn Erme "Si la vie est cadeau" Əgər həyat hədiyyədirsə 1 142

Nəticələr

redaktə
Səsvermə nəticələri
Cəmi                                        
Fransa 56 3 10 10 6 7 2 3 4 4 1 3 3
Norveç 53 5 3 6 8 1 8 4 6 3 7 2
Böyük Britaniya 79 5 5 12 2 5 8 5 5 6 3 5 2 10 6
İsveç 126 6 12 8 8 7 2 5 10 10 3 1 7 12 10 8 4 8 5
İtaliya 41 7 2 4 3 1 2 8 1 6 7
Türkiyə 0
İspaniya 0
İsveçrə 28 1 7 1 7 6 1 5
Finlandiya 41 1 2 6 3 4 8 7 7 2 1
Yunanıstan 32 3 12 5 12
Niderland 66 2 7 1 6 4 2 12 3 5 5 2 4 3 4 2 4
Yuqoslaviya 125 8 12 1 12 10 12 6 7 8 6 12 10 1 12 8
Kipr 26 4 1 6 5 1 5 4
Almaniya 94 10 10 7 8 6 2 4 1 10 3 8 7 6 12
Danimarka 16 2 7 1 4 2
İsrail 136 8 6 10 5 3 6 7 7 3 12 10 10 7 10 12 10 10
Portuqaliya 33 4 1 5 6 2 6 2 7
Avstriya 53 3 4 5 10 4 4 4 3 6 2 5 3
Belçika 13 4 8 1
Lüksemburq 142 12 10 12 8 7 3 8 12 1 12 10 8 2 12 12 5 8

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES