2004 Yay Olimpiya Oyunları

XXVIII Yay Olimpiya Oyunları — 2004-cü ilin 13–29 avqust tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmişdir. Bu yarışda 201 ölkədən 10 625 idmançı iştirtak etmişdir. 28 idman növündə 301 medal paylanmışdır. Bu olimpiya oyununda 3 875 479 nəfər tamaşaçı iştirak edib.

2004 Yay Olimpiya Oyunları
Loqonun şəkli
İdmançıların sayı 201[1], 10.625[1]
Rəsmən açılışı edib Konstantinos Stefanopulos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
XXVIII Yay Olimpiya Oyunlarına həsr olunmuş Azərbaycan poçt markaları

Olimpiadanın açılışı

redaktə

2004-cü il Olimpiadanın Vətəninə dönüş ili oldu. Antik dövrdə Olimpiya Oyunlarının əsasını qoymuş Yunanıstan 1896-cı ildə keçirilmiş ilk müasir Olimpiya Oyunlarına da ev sahibliyi etmişdi. Bundan bir əsrdən çox keçəndən sonra olimpiada üzünü Yunanıstana çevirdi. Uzun ayrılıqdan sonra "Olimpiada evinə xoş gəldin!" ifadəsi Afina Olimpiya Oyunlarınınən təsirli şüarı oldu.Afina Olimpiadanın gəlişini avqustun 13-də keçirilən açılış mərasimi ilə rəsmi şəkildə qeyd etdi. Bu mərasimi izləyən saysız-hesabsız insan yunanların qədim tarixini bir daha yada saldı, olimpiadanın necə böyük və möhtəşəm tədbir olduğunu hiss etdi.

Olimpiyadanı 202 ölkə təmsil edirdi. Afina 20 gün bütün dünyanın diqqət mərkəzinə çevrildi.

Ölkələrin göstərdiyi nəticələrı

redaktə
  • Ölkələr üzrə nəticələr (kəmiyyətə görə)
Medalların ümumi sayı  
Ölkə   Qızıl   Gümüş   Bürünc Ümumi
1   Amerika Birləşmiş Ştatları 35 39 29 103
2   Rusiya 28 27 38 93
3   Çin 32 17 14 63
4   Avstraliya 17 16 16 49
5   Almaniya 14 16 18 48
6   Yaponiya 16 9 12 37
7   Fransa 11 9 13 33
8–9   İtaliya 10 11 11 32
8–9   Cənubi Koreya 10 11 11 32
10   Böyük Britaniya 9 9 12 30
11   Kuba 9 7 11 27
12   Ukrayna 9 5 9 23
13   Niderland 4 9 9 22
14–15   Rumıniya 8 5 6 19
14–15   İspaniya 3 11 5 19
16   Macarıstan 8 6 3 17
17   Yunanıstan 6 6 4 16
18   Belorusiya 2 6 7 15
19–20   Kanada 3 6 3 12
19–20   Bolqarıstan 2 1 9 12
21–23   Braziliya 4 3 3 10
21–23   Türkiyə 3 3 4 10
21–23   Polşa 3 2 5 10
24–27   Tayland 3 1 4 8
24–27   Danimarka 2 0 6 8
24–27   Qazaxıstan 1 4 3 8
24–27   Çex Respublikası 1 3 4 8
28–31   İsveç 4 1 2 7
28–31   Avstriya 2 4 1 7
28–31   Efiopiya 2 3 2 7
28–31   Keniya 1 4 2 7
32–36   Norveç 5 0 1 6
32–36   İran 2 2 2 6
32–36   Slovakiya 2 2 2 6
32–36   Argentina 2 0 4 6
32–36   Cənubi Afrika 1 3 2 6
37–45   Yeni Zelandiya 3 2 0 5
37–45   Tayvan 2 2 1 5
37–45   Yamayka 2 1 2 5
37–45   Özbəkistan 2 1 2 5
37–45   Xorvatiya 1 2 2 5
37–45   Misir 1 1 3 5
37–45   İsveçrə 1 1 3 5
37–45   Azərbaycan 1 0 4 5
37–45   Şimali Koreya 0 4 1 5
46–50   Gürcüstan 2 2 0 4
46–50   İndoneziya 1 1 2 4
46–50   Latviya 0 4 0 4
46–50   Meksika 0 3 1 4
46–50   Sloveniya 0 1 3 4
51–57   Mərakeş 2 1 0 3
51–57   Çili 2 0 1 3
51–57   Litva 1 2 0 3
51–57   Zimbabve 1 1 1 3
51–57   Belçika 1 0 2 3
51–57   Portuqaliya 0 2 1 3
51–57   Estoniya 0 1 2 3
58–63   Baham adaları 1 0 1 2
58–63   İsrail 1 0 1 2
58–63   Finlandiya 0 2 0 2
58–63   Serbiya və Monteneqro 0 2 0 2
58–63   Nigeriya 0 0 2 2
58–63   Venesuela 0 0 2 2
64–75   Kamerun 1 0 0 1
64–75   Dominikan Respublikası 1 0 0 1
64–75   İrlandiya 1 0 0 1
64–75   BƏƏ 1 0 0 1
64–75   Honq Konq 0 1 0 1
64–75   Hindistan 0 1 0 1
64–75   Paraqvay 0 1 0 1
64–75   Kolumbiya 0 0 1 1
64–75   Eritreya 0 0 1 1
64–75   Monqolustan 0 0 1 1
64–75   Suriya 0 0 1 1
64–75   Trinidad və Tobaqo 0 0 1 1

İstinadlar

redaktə
  1. 1 2 Athens 2004 (ing.). IOC.

Xarici keçidlər

redaktə
  NODES