2019 UEFA Superkuboku

2019 UEFA Super KubokuUEFA tərəfindən hər il ənənəvi olaraq keçirilən sayca 44-cü UEFA Superkuboku matçıdır. Superkubok uğrunda matçda 2018–19-cu il mövsümündə müvafiq olaraq UEFA Çempionlar LiqasıUEFA Avropa Liqası qalibi olmuş "Liverpul""Çelsi" klubları üz-üzə gəldi.[5] Matç 14 avqustda İstanbulda yerləşən Vodafone Parkda oynandı.[6] Bu matç ilk dəfə iki ingilis klubunun üz-üzə gəldiyi superkubok matçı oldu. Ümumilikdə isə səkkizinci dəfə bu turnirdə eyni ölkənin klubları üz-üzə gəldi.

2019 UEFA Superkuboku
Oyun sonrası penalti zərbələrindən sonra Liverpul 5-4 hesabı ilə qalib gəldi
Tarix 14 avqust 2019
Yer Vodafone Park, İstanbul
Matçın adamı Sadio Mane (Liverpul)[1]
Hakim Stefani Frappar (Fransa)[2]
Tamaşaçı 38434[3]
Hava Buludlu
26 °C (79 °F)
73% rütubət[4]
2018
2020

Superkuboklar tarixində ilk dəfə məhz bu il Video köməkçi hakim (VAR) sistemindən istifadə edildi.[7]

Matçın əsas və əlavə vaxtı 2–2 hesabı ilə bitdiyindən, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olundu. "Liverpul" penalti zərbələrində 5–4 hesabı ilə üstün olaraq kuboka yiyələndi.[8][9]

Klublar

redaktə

"Liverpul" bundan əvvəl 5 dəfə superkubok matçında iştirak etmişdi və onların üçündə uğurlu olmuşdu. Belə ki, 1977-ci ildə "Hamburq"u, 2001-ci ildə "Bayern Münhen"i, 2005-ci ildə isə "ÇSKA Moskva" klubunu məğlub edərək kuboku başı üzərinə qaldırmışdı. "Çelsi" isə buna qədər 3 dəfə stadiona superkuboku qazanmaq üçün çıxmışdı. Onlardan yalnız birində – 1998-ci ildə uğurlu ola bilmişdi.

Bu matç Türkiyədə keçiriləcək ilk superkubok matçı oldu. Bundan əvvəl isə Türkiyədə 2 dəfə UEFA turnirinin finalı keçirilmişdi. Belə ki, Atatürk Olimpiya Stadionunda 2005 UEFA Çempionlar Liqası finalı, Şükrü Saracoğlu stadionunda isə 2009 UEFA Kuboku finalı keçirilmişdi.[10]

Stadion həm də "Beşiktaş"ın əsas stadionudur. UEFA-nın sponsorluq qaydalarına görə stadion bütün UEFA turnirlərində və sənədlərində "Beşiktaş Park" olaraq adlandırılır.[10]

Seçimlər

redaktə

İlk dəfə 9 dekabr 2016-cı ildə UEFA klub turnirlərinin finallarının keçirilməsiylə bağlı açıq təklif vermə prosesini başlatdı. Bununla bağlı assosiasiyalar öz maraqlarını 2017-ci ilin yanvarın sonuna kimi bildirməli idilər və rəsmi sənədləri həmin ilin 6 iyununa kimi təsdiqləməliydilər.[11]

UEFA 2017-ci ilin fevralın üçündə 9 assosiasiyanın finalla yaxından maraqlandığını bildirdi.[12] Həmin ilin 7 iyununda yeddi federasiya UEFA-ya sənədlərini göndərmişdi.[13]

2019 UEFA Superkuboku seçimləri
Ölkə Stadion Şəhər Tutum Qeyd
  Albaniya Arena Kombyotare Tirana 22500
  Fransa Tuluza stadionu Tuluza 33150
  İsrail Sami Ofer stadionu Hayfa 30870
  Qazaxıstan Astana Arena Astana 30244 2019 UEFA Qadınlararası Çempionlar Liqası finalına da namizədliyini irəli sürümşdü
  Şimali İrlandiya Uindzor Park Belfast 18434
  Polşa PGE Arena Qdansk 41160[14]
  Türkiyə Vodafone Park İstanbul 41188[15] 2019 UEFA Avropa Liqası finalına da namizədliyini irəli sürmüşdü

Təkliflərin dəyərləndirilməsi 14 sentyabr 2017-ci ildə UEFA tərəfindən dərc edildi. Vodafone Park sentyabrın 20-si UEFA İcraiyyə Komitəsi tərəfindən superkubok oyununun keçiriləcəyi stadion olaraq seçildi.[16]

Hakimlər

redaktə
 
Stefani Frappar

2 avqust 2019-cu il tarixində UEFA superkubok matçını idarə edəcək hakimin adını açıqladı. Belə ki, bu şəxs Fransalı Stefani Frappar idi. Bununla da tarixdə ilk dəfə olaraq UEFA-nın keçirdiyi kişilərdən ibarət matçın finalını qadın hakim idarə etdi. O, 2009-cu ildən FİFA hakimi kimi qeydə alınıb.[17] O, 2019-cu ildə daha bir mötəbər yarış olan FİFA Qadınlararası Dünya Kubokunun finalına təyinat almışdı.[18] Buna qədər isə 2016-cı ildə Rio de Janeyroda təşkil olunan Yay Olimpiya Oyunlarında qadınlararası futbol yarışlarında, 1 il sonra isə Futbol üzrə Qadınlararası Avropa Çempionatında bəzi matçları idarə etmişdir. Bundan əlavə, o, 2019-cu ilin aprelində Liqa 1-də fit çalmış ilk qadın hakim olmuşdur.[19]

Onun həmyerlisi Kleman Tyurpen isə superkuboklar tarixindəki ilk video köməkçi hakim oldu.

Xülasə

redaktə
 
Matçın ulduzu Sadio Mane Superkuboku başı üzərinə qaldırır

Matç sürətli başlasa da komandalar bir-birilərinin cərimə meydançalarına elə də yaxınlaşa bilmirdilər. 12-ci dəqiqədə Henderson sağ tərəfdən cərimə zərbəsindəki yoldaşı Maneyə topu ötürmək istəsə də Kristensen buna mane oldu. Liverpul 16-cı dəqiqədə daha bir təhlükəli vəziyyət yaratdı. Belə ki, qapıçı ilə təkbətək çıxan Salah fərqlənə bilməyib. "Çelsi" buna qarşılıq 22-ci dəqiqədə çox böyük şans yaxalasa da bəxti gətirmədi: Pedronun zərbəsi qapı dirəyinə tuş gəlib. 36-cı dəqiqədə "Çelsi" hesabı açdı. Pulişiçin gözəl pasını Olivye Jiru qapının sağ küncünə dəqiq zərbə vuraraq yerdə qoymayıb. Bir neçə dəqiqə sonra Pulişiç qol vursa da ofsayda görə bu qol qeyd alınmayıb. İkinci hissə başlar başlamaz "Liverpul" təzyiqi artırdı və 48-ci dəqiqədə istəyinə nail oldu. Mane yaxın nöqtədən topu tora qovuşdurdu. 75-ci dəqiqədə önəmli bir şans yaxalayan "Liverpul" futbolçularının bəxti gətirməyib. Salahın zərbəsini qapıçı Arrizabalaqa qaytarıb. Təkrar zərbə vuran Van Daykın topunu da Arizzabalaqa dəf edərək 1 dəqiqə içində əsl ustalığını nümayiş etdirdi. 82-ci dəqiqədə sağ tərəfdən pası qəbul edən Pedronun zərbəsi van Daykdan qayıtdı. 4 dəqiqə sonra "Liverpul" əks hücuma çıxdı. Mane topu Arrizabalaqanın yanından yuvarlatdı, lakin top qapı xəttinə paralel getdi. Beləliklə, 90 dəqiqəlik normal vaxt 1–1 hesabı ilə yekunlaşdı və əlavə 30 dəqiqəlik vaxt oynanmağa başladı.

95-ci dəqiqədə Mane topu qapının üst çərçivəsinə göndərərək hesabı artırıb.[20] Bir neçə dəqiqə sonra "Liverpul"un qapıçısı Adrianın Temmi Abrahama qarşı kobudluq etməsi nəticəsində "Çelsi" penalti vurmaq hüququ qazandı. Bu şansı Jorjinyo qola çevirərək hesabı bərabərləşdirdi. Bu qoldan sonra "Çelsi" oyunda tam üstünlüyə yiyələndi və ard-arda kəsərli hücumlar yaratdı. 104-cü dəqiqədə Abrahamın topa yumşaq toxunuşu qapının yanından keçdi. 113-cü dəqiqədə Jirunun cərimə zərbəsinin kənarından vurduğu top qapının azca yanından keçdi. Əlavə vaxt da bərabərə bitdiyindən penalti zərbələri qalibi müəyyənləşdirməli idi. 5-ci penalti zərbəsini vuran Abrahamın topunu qapıçı Adrian dəf etdi və beləcə Liverpul matçın və kubokun qalibi oldu.[21]

Oyunun detalları

redaktə
14 avqust 2019
23:00 (Bakı vaxtı ilə)
Liverpul   2 : 2
11 m. 5 : 4
  Çelsi
Mane   48'95' Qollar Jiru   36'
Jorjinyo   101' (pen.)
Firmino  
Fabinyo  
Origi  
Aleksandr-Arnold  
Salah  
11 metrlik cərimə zərbələri   Jorjinyo
  Barkli
  Maunt
  Palmiyeri
  Abraham
Vodafone Park, İstanbul
Tamaşaçı: 38 434[3]
Hakim:   Stefani Frappar
Hesabat
 
 
 
 
 
 
 
 
Liverpul[4]
 
 
 
 
 
 
 
 
 
 
Çelsi[4]
GK 13   Adrian
RB 12   Co Qomez
CB 32   Joel Matip
CB 4   Vircil van Dayk
LB 26   Endrü Robertson   91'
CM 7   Ceyms Milner   64'
CM 3   Fabinyo
CM 14   Cordan Henderson (K)   85'
RF 15   Aleks Oksleyd-Çemberleyn   46'
CF 11   Məhəmməd Salah
LF 10   Sadio Mane   103'
Əvəzetmələr:
GK 22   Endi Lonerqan
GK 62   Kaoimhin Kelleher
DF 51   Ki-Yana Huver
DF 66   Trent Aleksandr-Arnold   107'   91'
MF 5   Jorjinyo Viynaldum   64'
MF 20   Adam Lallana
MF 23   Cerdan Şakiri
MF 67   Harvey Elliot
FW 9   Roberto Firmino   46'
FW 24   Rian Brüster
FW 27   Divok Origi   103'
Baş məşqçi:
  Yürgen Klopp
 
GK 1   Kepa Arrizabalaqa
RB 28   Sezar Azpilikueta (K)   79'
CB 15   Kurt Zuma
CB 4   Andreas Kristensen   85'
LB 33   Emerson Palmiyeri
CM 5   Jorjinyo
CM 7   N'Qolo Kante
CM 17   Mateo Kovaçiç   101'
RF 22   Kristian Pulişiç   74'
CF 18   Olivye Jiru   74'
LF 11   Pedro
Əvəzetmələr:
GK 13   Villi Kabalyero
DF 2   Antonio Rüdiger
DF 3   Markos Alonso
DF 21   Davide Zappakosta
DF 29   Fikayo Tomori   85'
MF 8   Ross Barkli   101'
MF 19   Meyson Maunt   74'
MF 47   Billi Gilmour
FW 9   Temmi Abraham   74'
FW 10   Vilyan
FW 16   Kenedi
FW 23   Miçi Batşuayi
Baş məşqçi:
  Frenk Lempard

Oyunun adamı:
Sadio Mane (Liverpul)[1]

Hakim köməkçiləri:[2]
Manuela Nikolozi (Fransa)
Mişel O'Nil (İrlandiya)
Dördüncü hakim:[2]
Cüneyt Çakır (Türkiyə)
Video köməkçi hakim:[2]
Kleman Tyurpen (İtaliya)

Statistika

redaktə

İstinadlar

redaktə
  1. 1 2 "Liverpul Çelsini penaltilərdə üstəliyərək kuboku qaldırdı". UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2019.
  2. 1 2 3 4 "Stefani Frappar superkubok matçını idarə edəcək". UEFA.com. Union of European Football Associations. 2 avqust 2019. 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2019.
  3. 1 2 "Liverpool eist de Europese Supercup op na strafschoppen" [Liverpool claims the European Super Cup after penalty kicks]. Sporza (Almanca). Vlaamse Radio- en Televisieomroeporganisatie. 14 avqust 2019. 15 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2019.
  4. 1 2 3 "Tactical line-ups" (PDF). UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2019-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 avqust 2019.
  5. "2019 UEFA Super Kuboku: Liverpul v Çelsi". UEFA.com. 1 iyun 2019. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-04.
  6. "Madrid to host UEFA Champions League Final 2019". UEFA.com. Union of European Football Associations. 20 sentyabr 2017. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  7. "UEFA Bakıda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edəcək". Report İnformasiya Agentliyi. 27 sentyabr 2018. 2019-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2018.
  8. "Full Time Report Final – Liverpool v Chelsea" (PDF). UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2019-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 avqust 2019.
  9. “Liverpul” Avropanın ən güclüsü oldu Arxivləşdirilib 2019-08-17 at the Wayback Machine, oxu.az
  10. 1 2 "Beşiktaş Park, Istanbul to stage 2019 UEFA Super Cup". UEFA.com. 20 September 2017. 15 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2019.
  11. "UEFA klub turnirlərinin final seçimləri" (PDF). UEFA. 2017-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-04.
  12. "15 assosiasiya 2019-da keçiriləcək turnirlərin finalı ilə maraqlanır". UEFA. 3 fevral 2017. 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-04.
  13. "Ten associations bidding to host 2019 club finals". 7 iyun 2017. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-04.
  14. "Stadion Energa Numbers". 2017-06-06 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
  15. "Stat Arama Detay TFF". www.tff.org. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  16. 2019 UEFA Süper Kupa maçı Vodafone Park'ta Arxivləşdirilib 2019-08-04 at the Wayback Machine, ntv.com.tr
  17. "Referees: France". FIFA.com. Fédération Internationale de Football Association. 7 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2019.
  18. "Frappart: Final role a huge source of pride". FIFA.com. Fédération Internationale de Football Association. 6 iyul 2019. 6 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2019.
  19. Fransa Ligue 1'de kadın hakem dönemi Arxivləşdirilib 2019-08-06 at the Wayback Machine, 24 aprel 2019, cnnturk.com
  20. "Super Cup joy for Jurgen Klopp as Adrian clinches penalty shootout glory". The Independent. 14 avqust 2019. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2019.
  21. Avrupa'nın süperi Liverpool Arxivləşdirilib 2019-08-17 at the Wayback Machine, ntvspor.net
  22. "İlk hissənin hesabatı" (PDF). UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2021-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 avqust 2019.
  23. 1 2 3 "Matçın statistikası" (PDF). UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2021-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 avqust 2019.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES
Association 10
INTERN 2