Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları – RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib.
PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir.[1]
İstinadlar
redaktə- ↑ İmamverdiyev Y. N. "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015.