Ağqaş qaz (lat. Anser erythropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.

Ağqaş qaz
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Cins:
Növ:
Ağqaş qaz
Beynəlxalq elmi adı

Təsviri

redaktə

Ağqaş qaz digər qazlardan gövdəsinin nisbətən kiçik və rənginin nisbətən tünd olması ilə fərqlənir. Üst tərəfi qonur – boz, alt tərəfi ağdır. Dimdiyinin dib tərəfində 20–30 mm enində aö zolaq vardır. Dimdiyi ət rəngində və çəhrayıdır. Ayaqları sarıdır. Gözlərinin ətrafında sarı rəngdə çılpaq halqa vardır. Boynu və dimdiyi daha qısadır.

Yayılması

redaktə

Ağqaş qaz Avropa və Asiyada yayılmışdır. Azərbaycanda Xəzər dənizi sahillərində, düzənlik sututarlarda, daxili su hövzələrində (Ağgöl, Sarısu, Qızılqaz gölü və Candargöldə) qışlayır. Naxçıvan Muxtar Respublikasında 2008-ci ildə qeyd edilmişdir.

Yaşayış yeri və həyat tərzi

redaktə

Ağqaş qaz Azərbaycanda qış dövründən taxıl sahələrində qidalanmağa üstünlük verir. Göllərdə, Xəzərin dəniz sahillərində kiçik adalarda dincəlir. Qışlama dövründə sürü halında yaşamağa üstünlük verir. Qidalanma vaxtında digər qazlarla birlikdə olmağa üstünlük verdiyi halda, gecələmək üçün onlardan ayrılıb adalara çəkilirlər. Payız miqrasiyası noyabrda kütləvi şəki alır, yaz miqrasiyası isə martın ortalarında başlayır. Ot bitkiləri ilə dənli bitkilərin cavan budaqları ilə qidalanırlar.

Qızılağac Dövlət Təbiət Qoruğunda Ağqaş qazın sayı 1998-ci ildə 360, 1999-cu ildə 530, 2002-ci ildə 1430, 2004-cü ildə 2850. 2005-ci ildə 1200, 2009-cu ildə 900 fərd olmuşdur.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES
Idea 1
idea 1