A kapella[1] (it. capella - kiçik kilsə) — orta əsrlərdə katolik kilsəsində musiqiçilər üçün ayrılan yer.

Əvvəllər kilsə musiqiçiləri yalnız müğənnilərdən ibarət olduğu üçün kapella sözü xoru bildirirdi, sonralar isə kilsə musiqisində alətlərdən istifadə olunması və kübar musiqinin inkişafı ilə əlaqədar olaraq hər hansı bir yerdə (kilsədə və ya sarayda) xidmət edən musiqiçilər qrupu Kapella adlandırılmağa başladı.

A kapella ifadəsi (it. a capella – “kapella üslubunda” deməkdir) xorun müşayiətsiz oxunması mənasında istifadə olunur.

Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyası a kapella xoru üçün yazılmış ilk muğam əsərlərindən biridir.[2]

19-cu əsrdə intibah tərzi kilsə musiqilərində adətən müsiqi alətlərindən istifadə olunurdu, bu tərz isə eyni tip musiqilərin hər hansı bir musiqi aləti olmadan səsləndirilməsidir. Daha çox kilsə ansambllarında edilməklə birlikdə Rok, Jazz, Pop, Rep kimi musiqi növlərində də kapellaya rast gəlinir.

Kapella qrupları içərisində yer alan tenor, soprano, bariton, mezzo soprano, alto və bas səsləri fərqli fərqli tonlarda yazılmış əsəri bir arada icra edir. Həmçinin musiqi aləti yerinə bir insan səsini yəni beatbox edilərək də kapella oxumaq mümkündür və daha asandır.[3]

KAPELLA [orta lat. ] mus. Müğənnilərdən və musiqi alətlərində çalan çalğıçılardan ibarət ansambl. Banduraçılar kapellası. Müğənnilərdən ibarət xor. Dövlət Akademik Kapellası.[4]

İstinadlar

redaktə
  1. А капелла // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 198.
  2. "Muğam ensiklopediyası". mugam.musigi-dunya.az. Archived from the original on 15 May 2023. İstifadə tarixi: 15 May 2023.
  3. "Kapella nədir?". www.facebook.com. 16 may 2023 tarixində arxivləşdirilib.
  4. "Kapella sözün mənası". nedir.az. 16 may 2023 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə

A capella

  NODES