Ablyasiya — texnikada bərk cismin səthindən qaz axını vasitəsilə maddə kütləsinin götürülüb-aparılmasıdır, atmosferdə metroitlərin, raket, kosmik aparatların (cihazların) böyük sürətlə hərəkəti zamanı müşahidə olunur. İstilik enerjisinin intensiv udulması ilə müşahidə olunan termik-fiziki kimyəvi çevrilmələr (qaz yaranma, ərimə, kokslaşma və s.) nəticəsində baş verir ki, bu da raket və kosmik cihazların istilik müdafiə vasitələrindən biri kimi ablyasiyanın geniş istifadəsini qabaqcadan müəyyən edir. Belə müdafiənin vacibliyi o səbəbdəndir ki, hipersəs hava axınlarının (və ya mühərriklərdə raket yanacaqlarının yanma məhsullarının) təsirinə, hətta istiyə davamlı konstruksion materiallar belə dözmür. Ablyasiya üçün ilkin materialın səth qatının tədricən dağılması və fiziki-kimyəvi çevrilmələr nəticəsində onun transformasiyası xarakterikdir; bu isə örtükdə əlverişli istilik rejimini, yəni müdafiə olunan konstruksiyada lazımi temperaturu təmin edir.

İstilik bərk materiladan sublimasiya prosesində daha effektiv ayrılır; bu zaman qazlar materialda yaranan deşik və boşluqlardan yüksək temperaturlu qaçan istilik axınının sərhəd qatına daxil olur, istilik və diffuz axınlarının, həm də sürtünmənin təsirini aşağı salır. Adətən istilik keçirməyən (istilik qoruyan) örtüklərin dağılması onlarda eyni zamanda bir neçə fiziki -kimyəvi proseslərin keçməsi nəticəsində baş verir, lakin yalnız bir prosesin həyata keçməsi mümkündür; Məsələn: ayrılma (politetraftoretilen, polietilen), sublimasiya (qrafit), ərimə (kvars). Ablyasiyanın intensivliyi qaz axınının qazdinamik və fiziki-kimyəvi parametrlərindən (temperaturdan, təyziq və sürətdən), örtüyün eroziya nəticəsində daşınmasını sürətləndirən bərk hissəciklərin mövcudluğundan, qazların tərkibindən və s. asılıdır. Ablyasiya örtüyü kimi polimer kompozitlər, elastometrlər, termoplastrlar və s. materiallar tətbiq olunur; bu materiallar eroziya davamlılığını artırmaq (yüksəltmək) üçün bir və çoxqatlı (laylı) həcmi kətan toxumalı şeylərlə, həmçinin arı şanı kimi karkaslarda armatulaşdırılır. İstilik müdafiə örtükləri üçün elastiklik çox əhəmiyyətlidir; mühərrikin fəaliyyəti zamanı yüksək temperatur qradienti səbəbindən örtüyün çatlamasını aradan qaldırır.

Ədəbiyyat

redaktə
  • Полежаев Ю. В. Шишков А. А. "Газодинамические испытания тепловой защиты"М.1992;
  • DonskoI A. A. "Physico-chemistry of elastomer heat-shielding materials" N. Y., 1998.

İstinadlar

redaktə
  NODES