Adnan Şənsəs

Türkiyəli müğənni

Adnan Şenses (türk. Adnan Şenses, 21 avqust 1935, Bursa — 25 dekabr 2013, İstanbul) — Türk sənət musiqisi müğənnisi, musiqiçi bəstəkar, kino aktyoru.

Adnan Şənsəs
türk. Adnan Şenses
Doğum tarixi 21 avqust 1935(1935-08-21)[1][2]
Doğum yeri
Vəfat tarixi 25 dekabr 2013(2013-12-25)[3] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi
Dəfn yeri
Fəaliyyəti aktyor, müğənni, söz yazıçısı[d], mahnı yazarı[d], kino aktyoru
Fəaliyyət illəri 1956-cı ildən
IMDb ID0784477
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Adnan Şenses 21 avqust 1935-ci ildə Türkiyənin Bursa şəhərində doğulub. İbtidai məktəbə Ankara İsmət İnönü ibtidai məktəbində başlayan Adnan Şenses, təhsilini İstanbula köçdükləri üçün Karagümrük orta məktəbində davam etdirib və həmin məktəbdə də başa vurub. Ailəsinin istəyi ilə dülgərliklə məşğul olan Şenses, 1956-cı ildə öz istəyi əsasında musiqi sənəti ilə maraqlanamağa başlayır və ilk musiqi dərslərini Suzan Yakar Rutkaydan alır. 16 il Ankara radiosunda işləyən Şenses sonradan məşhur kazinolarda işləməyə başlayır. Bundan başqa o, 47 filmdə müxtəlif rollarda oynayıb və bir çox albom çıxarıb.

2013-ci ildə Sezen Aksunun hədiyyə etdiyi "Bekleyemedinmi" və "Kaybolan Yıllar" adlı mahnılarının da olduğu "Adnan Şenses bir əfsanədir" albomunu buraxdırır. Albomda Sezen Aksudan başqa, Selami Şahin və Səlcuq Tekay kimi adların da mahnıları var.

Uzun müddətdir ki, ağır xəstəlikdən Okmeydanı xəstəxanasında müalicə olunan tanınmış müğənni Adnan Şenses 25 dekabr 2013-cü ildə Türkiyə vaxtı ilə saat 20:30 radələrində vəfat edib[4].

İstinadlar

redaktə
  1. IMDb (ing.). 1990.
  2. Adnan Şenses // Discogs (ing.). 2000.
  3. Adnan Şenses hayatını kaybetti.
  4. "Türk musiqisinin şedevri öldü. topnews.az saytı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-26.

Xarici keçidlər

redaktə
  NODES
iOS 1
os 1