Aerodinamikafizikanın bölməsi. Əsasən havanın hərəkətini öyrənir. Aerodinamikada səs sürətinə (340 m/san) qədərki hərəkətlər öyrənilir. Aerodinamika uçuş aparatlarının və müxtəlif bir neçə elmlərdə tətbiq olunur. Aerodinamika müstəqil elm kimi XX əsrin əvvəllərində aviasiyanın tələbi ilə yaranmışdır.

Böyük olmayan sürətlərdə havanı sıxılmayan fərz etmək olar. İdeal maye nəzəriyyəsinə görə maye təbəqələri arasında və cisimlə maye arasında sürtünmə qüvvəsi nəzərə alınmır. Bunun nəticəsində məlum Dalamber-Eyler paradoksu (havanın hərəkət edən cismə müqaviməti sıfırdır) yaranır. Buna baxmayaraq bəzi tətbiqi aerodinamika məsələlərinin həllində ideal maye nəzəriyyəsindən istifadə edilir (qanadın qaldırıcı qüvvəsinin təyini və s.).

Aerodinamik enmə

redaktə

Aerodinamik enmə — göy cisminin səthinə oturmazdan əvvəl aerodinamik müqavimət və qaldırıcı qüvvədən istifadə etməklə kosmik aparatın atmosferdə enmə zamanı uçuşu.

Aerodinamik idarəetmə qurğuları

redaktə

Aerodinamik idarəetmə qurğuları- uçuş aparatını idarə edən hissələr. Buraya yüksəklik və istiqamət sükanları, eleron, elevon, interseptor, flaperon idarə olunan stablizatolar, destablizatorlar və kil daxildir. Helikopteri idarə etmək üçün aparıcı vint vя stəkan vintindən, bəzi uçuş aparatlarında qaz stəkanı və ya şırnaqlı idarəetmə sükanından istifadə olunur.

Aerodinamik keyfiyyət

redaktə

Aerodinamik keyfiyyət - qaldırıcı qüvvənin hh aparatının(UA) on müqavimət qüvvəsinə olan nisbəti. Trayektoriya müstəvisində və bu müstəvidən kənarda kosmik aparatın manevretmə qabiliyyətini təyin edən uçuş xarakteristikaları bilavasitə A.k.-in funksiyalarıdır. İdarə edilməklə qayıdan UA-lan А.к.-ug görə şərti olaraq aşağıdakı qruplara bölmək olar: ballistik aparatlar; kiçik A.k. aparatlar (simmetrik və qeyri-simmetrik); orta A.k.aparatlar (daşıyıcı korpusla); qanadlı aparatlar. "Vostok", "Vosxod" kosmik gəmiləri ballistik tipli UA-dir. "Soyuz", "Cemini" va "Apollon" az keyfiyyяtli simmetrik aparatlara aiddir. Onların A.k.-i 0,3; 0,3; 0,28–0,4-dir. Bu cür uçuş aparatlarından kosmik gəmini (məs:"Speys şattl") bir yerdən başqa yerə daşımaq üçün, kosmonavtlapı və yükləri isə orbital stansiyalara aparmaq, oradan Yerə qaytarmaq üçün istifadя edilir.

Aerodinamik səth

redaktə

Aerodinamik səth- uçuş zamanı hava mцhiti ilə qarşılıqlı təsirdə olan səthi (qanadı, quyruq 9 ŞP-tilan); aparatın hərəkətinə təsir göstərən qüvvələr bu səthdə yaranır. Məsələn: qanad aerodinamik qaldırıcı qüvvə yaradır, quyruq çıxıntıları uçuş aparatının dayanıqlığını və idərə olunmasını təmin edir.

Aerodinamik yüklər

redaktə

Aerodinamik yüklər — Uçuş (məsələn: raket) və ya enmə aparatının atmosferdə hərəkəti zamanı aerodinamik qüvvənin təsiri ilə onun konstruksiya elementlərinə düşən yüklər. Raketin aktiv sahədə uçuşu müddətində A.y. sürətin artması müəyyən maksimum həddə çatır (adətən 10–12 km hündürlükdə) və raket atmosferin sıx qatlarından çıxdıqdan sonra, demək olar ki, sıfra qədər azalır. Enmə aparatı üçün A.y.-in maksimum qiyməti 10 km yüksəklikdə aparatın atmosferin sıx qatlarına girdiyi zaman yaranir.

Mənbə

redaktə
  NODES
Done 1