Aksel Heyberq buzlağı

Antarktidadakı Aksel Heyberq buzlağı Antarktik platosunun yüksəkliklərindən Ross şelf buzlağına (təxminən dəniz səviyyəsinə) doğru alçalan, Kraliça Mod dağlarındakı Don Pedro Kristofersen və Herbert silsilələri arasında yerləşən 48 km uzunluğundakı vadi buzlağı.

Aksel Heyberq buzlağı
Yerləşməsi
85°25′ c. e. 163°00′ q. u.HGYO
[[Fayl:|280px|Aksel Heyberq buzlağı xəritədə]]
Aksel Heyberq buzlağı
Aksel Heyberq buzlağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu nəhəng buzlaq 1911-ci ilin noyabrında norveçli qütb səyyahı Roald Amundsen tərəfindən kəşf edilmiş və onun tərəfindən buzlağa çox sayda Norveç qütb tədqiqatına töhfəsini verən alim və norveçli biznesmen Aksel Heyberqin adı verilmişdir.[1] Amundsen buzlaqdan uğurlu Cənub qütbü ekspedisiyası ərzində qütb platosu üzərindən öz marşrutunu tapmaq üçün istifadə etmişdi.[2]

İstinadlar

redaktə
  1. Ross Machpee. Race to the end: Amundsen, Scott, and the attainment of the South Pole. New York and London: Sterling Innovation. 2010. səh. 143. ISBN 978-1-4027-7029-6.
  2. Otway, Peter. "Gateways to the Pole: Mapping Amundsen's and Scott's Routes through the Transantarctic Mountains Fifty Years Later" (PDF). www.antarctican.org. 21 September 2011. 12 November 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 January 2014.
  NODES
innovation 1