Alaq əməköməci

bitki növü

Alaq əməköməci (lat. Malva neglecta) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü.

Alaq əməköməci
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

redaktə

Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır.

Yayılması

redaktə

Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Malva rotundifolia var. crispa Wimm. & Grab.

Heterotipik sinonimləri

redaktə
  • Malva fruticans Dorner ex Rchb.
  • Malva orbiculata Pomel
  • Malva prostrata Gilib.
  • Malva rotundifolia var. grandior Wahlenb.
  • Malva rotundifolia var. intermedia Ball
  • Malva rotundifolia var. perennans Post
  • Malva salvitellensis V.Brig.
  • Malva vulgaris Fr.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES
Idea 1
idea 1