Alban xalqının formalaşması

redaktə

Albaniya ərazisində yaşayan qədim xalqlardan biri də İlliryalılardır.

Orta əsrlər

redaktə

Osmanlı dövrü

redaktə

1385-ci ildə Timurtaş paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serbiya və Bosniya kralları, Xorvatiya və Albaniya şahzadələri osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş paşanı Plosnik deyilən yerdə məğlub etdilər.

Osmanlı dövləti 1417-ci ildə bu ölkəyə daxil olub, 1913-cü ildə son Osmanlı Həsən Rza Paşanın şəhid edilməsi ilə də buranı tərk edib.

İskəndər bəyin üsyanı

redaktə

İskəndər bəy deyilən Yorgi Kostriota 1443 ilə 1468 illəri arasında Osmanlı hakimiyyətinə qarşı girişilən üsyanı idarə etmişdir.

İkinci Dünya müharibəsi illərində

redaktə

Müharibədən sonrakı Albaniya

redaktə

Avropada müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və stalinizmin qatı tərəfdarı olan Ənvər Xoca 1946-cı ildən 1985-ci ilin aprelinədək, yəni ölənə qədər ölkəyə rəhbərlik etdi. Albaniya Qarşılıqlı İqtisasi Yardım Şurası və Varşava müqaviləsi Təşkilatına üzv olsa da, SSRİ-də Stalinin şəxsiyyətinə pərəstiş tənqid olunduqda qəti ehkamçılıq mövqeyində qaldı. 1961-ci ildə Albaniya SSRİ ilə diplomatik əlaqələri kəsdi. 1962-ci ildə o, Qarşılıqlı İqtisadi Yardım şurasından, 1968-ci ildə isə Varşava Müqaviləsi Təşkilatından çıxdı. Albaniya Avropada yeganə ölkə idi ki, 1975-ci ildə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair Helsinkidə keçirilən müşavirədə iştirak etmədi. 1976-cı ildə Albaniya Sosialist Xalq Respublikası adlandı. Albaniya iqtisa-diyyatında xrom istehsalı xüsusi yer tutur, xrom istehsalına görə o, Avropada və dünyada ilk yerlərdən birini tutur. XX əsrin 70–80-ci illərdə Albaniya ən çox qərb yönümlü siyasət yeridirdi. O, xüsusilə Çin ilə münasıbətlərini yüksək səviyyədə inkişaf etdirirdi. 1985-ci ildə Ənvər Xocanın ölümündən sonra onu Ramiz Aliya əvəz etdi. Bu dövrdə Albaniyada çoxpartiyalılığa keçid baş verdi və bazar iqtisadiyyatı təzahür etdi. Albaniyada da fikir azadlığına geniş yer verildi.

1967-ci ildən qadağan edilmiş dini mərasimlərin icrasına icazə verildi, alban vətəndaşları artıq xarici ölkələrə gedə bilərdilər. Xarici radionu dinləmək üçün təqiblər dayandırıldı. Xarici siyasətdə də dəyişikliklər edildi. AFR və SSRİ ilə diplomatik münasibətlər bərpa olundu. Albaniyanın qarşılıqlı fayda əsasında Şərqi Avropa ölkələri ilə münasibətləri inkişaf etdirməyə hazır olduğu bildirildi. Ölkə özünütəcrid vəziyyətindən çıxdı.

80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkənin iqtisadi vəziyyəti ağır idi. 1989–1990-cı illərdə milli gəlir 13% azaldı, əhalinin 10%-i işsiz idi, qiymətlər yüksək oldu. On minlərlə adam xaricə qaçmağa cəhd edirdi. Bu şəraitdə Xalq Yığıncağının Rəyasət Heyəti çoxpartiyalı sistemi həyata keçirmək haqqında qərar qəbul etdi. AƏP-nin rəhbərliyindən qatı mühafizəkarlar kənar edildi. Bazar iqtisadiyyatına keçməyin, "həqiqi sosializm cəmiyyəti"nin iqtisadi və siyasi strukturlarının yaradılmasının zəruriliyi elan edildi. 1991-ci ilin martında Albaniya tarixində ilk dəfə keçirilən çoxpartiyalı seçkilərdə kənd yerlərindən səs verənlərin hesabına AƏP səslərin 65%-ni aldı. İri şəhərlərdə isə gənclərin və ziyalıların müdafiə etdiyi müxalifət partiyaları – demokrat və respublikaçı partiyalar müvəffəqiyyət qazandılar. R. Aliya Albaniyanın prezidenti seçildi. Parlamentin qərarı ilə Albaniya Sosialist Xalq Respublikası adı dəyişilərək Albaniya Respublikası adlandırıldı. Parlament ordunu, hüquq-mühafizə orqanlarını siyasətdən kənar elan etdi, bazar münasibətlərinin inkişafı və dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını bəyəndi.

1991-ci ilin mayında baş vermiş ümumi tətildən sonra tərkibinə beş siyasi partiyanın nümayəndələrinin daxil olduğu koalision hökumət təşkil edildi. AƏP-in 1991-ci ilin iyununda olan qurultayında partiyanın adı dəyişdirilərək Albaniya Sosialist partiyası (ASP) adlandırıldı. 90-cı illərdə də Albaniyada iqtisadi vəziyyət ağır olaraq qalırdı. Onda müasir texnologiya və avadanlıq çatışmırdı. Albaniya hökuməti bu problemin həlli ilə ciddi məşğul olmağa başladı.

Yenidən yaranmış Aqrar partiyası Demokratik partiya ilə ittifaqa girərək 1992-ci ilin aprelində keçirilən yeni parlament seçkilərində kənd yerlərində səslərin əksəriyyətini ala bildi. Demokratik partiya parlamentdə yerlərin 2/3 hissəsini tutdu. Bu partiyanın lideri professor Sali Beruşunun prezident seçilməsi Albaniya üçün demokratiya yolu ilə inkişafa imkan yaratdı. Bu hadisədən sonra ölkənin iqtisadi və siyasi həyatında sabitlik yarandı. Albaniya 90-cı illərdə Avropa ölkələri ilə münasibətləri inkişaf etdirdi. Onun həmçinin inkişaf etməkdə olan ölkələrlə də iqtisadi əlaqələri genişləndi.

Mənbə

redaktə
  • Александров В. В. Новейшая история стран Европы и Америки 1945–1986 гг. М., 1988.
  • Балканы: между прошлым и будущим. М., 1995.
  • Краткая история Албании. М., 1965.

Həmçinin bax

redaktə
  NODES