Aleksandr Çeçenski
Aleksandr Nikolayeviç Çeçenski — Çeçen mənşəli Rusiya general-mayoru, 1812 -ci il Vətən müharibəsinin iştirakçısı, dördüncü və altıncı koalisiyaların müharibələri, bir çox rus ordeni sahibi.
Aleksandr Çeçenski | |
---|---|
Aleksandr Nikolayeviç Çeçenski | |
| |
Şəxsi məlumatlar | |
Digər adı | Əli Alxazur oğlu |
Doğum adı | Əli |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 15 Mayda 1834 (53 yaş) |
Vəfat yeri | |
Milliyyəti | çeçen |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Xidmət illəri | 1794-1824 |
Rütbəsi | general-mayoru |
Komandanlıq edib | |
Döyüşlər |
Borodino döyüşü IV Koalisiya müharibəsi VI Koalisiya müharibəsi 1812-ci il Vətən müharibəsi Xalqlar döyüşü |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUşaqlıq və gənclik illəri
redaktəÇeçenski uşaq ikən, çar qoşunlarının Şeyx Mənsurun doğma Aldı kəndinə basqınlarından birində əsir alınmışdı. Milliyətcə çeçendir, doğum adı Əlidir. Anası Rəhmət doğuş zamanı ölmüşdür. Atası Alxazur kəndləri işğal edilən zaman döyüçdə həlak olmuşdur. On altı yaşlı podporuçuk daha sonra məşhur general olan Nikolay Nikolaeviç Rayevski tərəfindən oğulluğa götürülmüşdü. Gənc çeçen oğlana Aleksandr Nikolayeviç Çeçenski adı verildi. Kiçik Rusiyadakı Kamenka malikanəsində Nikolay Rayevskinin anası Yekaterina Nikolayevnanın himayəsində tərbiyə edilmişdir. O, Moskva Universitetində təhsil almışdır.
Xidmət illəri
redaktəAleksandr Çeçenski 1794-cü ildə qəyyumunun komandir olduğu Nijni Novqorod atlı alayında Kizlyarda vaxminster rütbəsi ilə xidmətə başladı. Xəzər dənizində Qacarlara və Qara dəniz bölgəsində Osmanlılara qarşı yürüşlərdə iştirak etmişdir.
Aleksandr Çeçenski 24 yaşında podporuçik rütbəsi alır. 1805-ci ildə Çeçenski Qrodno Qussar Alayına keçirildi və burada eskadralara komandanlıq etdi. 1805-1807-ci illərdə Mışenitsi, Qutştadt, Akkendorf yaxınlığındakı Napoleon qoşunları ilə döyüşlərdə, habelə Posarja çayından keçiddə iştirak etmişdir. Kapitan Çeçenskinin Qutştadt yaxınlığındakı cəsarəti 20 may 1808-ci ildə qızıl silahla qiymətləndirildi.[1]. Preussisş-Eylau yaxınlığında döyüşdə göstərdiyi cəsarətə görə Çeçenski lentli IV dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif edildi.
Napoleonla müharibənin əvvəlində Çeçenski artıq polkovnik-leytenant rütbəsi almışdı. Partizan müharibəsinin qəhrəmanı Denis Davıdovun şəxsi gündəliyində Aleksandr Çeçenskinin xarakteristikası verilir:
O, yalnız dost və ya düşmən ola bilərdi, başqa yol yox idi. Düzdür, xarakteri xeyirxah və səxavətli idi, burnu akvili olsa da, qorxunc görünürdü və özü də "Çeçenistan əsilli" idi. |
1812-ci il Vətən müharibəsi
redaktə1812-ci ildə Vətən müharibəsi başlayanda Çeçenski Qusar Alayında xidmət edirdi. Ataman Platovun süvari korpusunun tərkibində A.Çeçenskinin dəstəsi məşhur Borodino döyüşündə iştirak etdi. Bu müharibə zamanı Smolenskdən Polşaya qədər döyüş yolu keçdi. 23 dekabr 1812-ci ildə ən yüksək ordenlə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi:
Vyazma şəhəri yaxınlığındakı kənddə, partizan Davıdovun dəstəsində olduğu müddətdə Fransız qoşunlarına qarşı döyüşdə cəsarət göstərdi. Pokrov kəndində 41 böyük arabadan ibarət düşmən nəqliyyatının güclü ön hissəsinə cəsarətlə hücum etdi və meşəyə sığınmağa məcbur etdi. Sonra cəsarət göstərərək fransızların ətrafını əhatə edərək düşmənə ağır zərbə endirərək onların bir hissəsini əsir götürdü, arabaların böyük hissəsi döyüşdə yansa da, bir qismini qənimət aldı. Yurenev döyüşündə fransız artilleriyasına cəsarətlə hücum və bütün kampaniya dövründə, düşmən məğlub edilənə qədər əla şücaət, cəsarət və qorxmazlıqla hərəkət etdi. |
VI koalisiya müharibəsi
redaktəVI Koalisiya müharibəsinə Aleksandr Çeçenski Almaniya ərazisində başladı. 1813-cü ildə Davıdov və Çeçenski alayları ilə Saksonların Kalişdəki məğlubiyyətində iştirak etdilər və ordunun avanqardına rəhbərlik edərək Drezden ətrafını tutdular. Martın əvvəlində Çeçenski kiçik bir dəstə ilə Drezdeni mühasirəyə aldı. Şəhər döyüşmədən ona təslim oldu. 9 mart 1813-cü ildə polkovnik Denis Davıdov general-mayor Lanskiyə raport verdi:
Dünən Drezden şəhərinin yaxınlığında güclü bir kəşfiyyat apardım. Bug alayına rəhbərlik edən Çeçenski, məlum cəsarəti ilə düşmənə hücum edərək onu şəhərə qovdu və palisadların kənarına sığınmağa məcbur etdi. |
Başqa bir hesabatda Davıdov bildirirdi:
Dünən Drezden şəhəri ilə bağlı intensiv bir araşdırma apardım. Birinci Bug alayının komandiri kapitan Çeçeniski fərqləndi, bu onun vərdişidir. |
Reyxenbaumda Çeçeniski alayı fransız dəstəsini məğlub edərək bir polkovnik, iki aşağı rütbəli zabiti, yüzə yaxın əsgər, bir alay bayrağını ələ keçirdi və 150-dən çox düşmən əsgərini məhv etdi.
1813-cü ildə Çeçenski Bautzen və Lucin şəhərləri yaxınlığındakı döyüşlərdə iştirak etdi. Sileziyanın Bunzlau şəhərində mərhum Mixail Kutuzovu əvəz edən yeni ordu komandanı Mixail Barklay-de-Tolli, cəsarətinə və igidliyinə görə A.Çeçenskiyə polkovnik rütbəsi verdi.
Çeçenski uğurlu döyüşlərə görə Leyb Qvardiya Qussar Alayına komandir olaraq təyin edildi. Bu alay Osnabrükü itkisiz ələ keçirir və sonra Delitzsç və Tolx şəhərləri uğrunda gedən döyüşlərdə fərqlənir. Aleksandr Çeçenski alayı ilə birlikdə Leypsiq yaxınlığındakı tarixi "Xalqlar döyüşündə" iştirak edir.
Bundan sonra komandanın əmri ilə Çeçenskinin qusar alayı Hollandiyaya göndərildi. Orada Şimali Brabant əyalətində üç kazak alayı ilə birləşərək Breda qalasına hücum edir. Bunun ardınca, Aleksandr Çeçenski, döyüş olmadan danışıqlar yolu ilə alay ilə birlikdə möhkəmləndirilmiş Villemştadt qalasını tutur. 1814-cü ildə Çeçeniski Fransanın Soissons şəhərini ələ keçirmək üçün mübarizə aparır.
Lion yaxınlığında Aleksandr Çeçenskinin alayı fransızların üstün qüvvələri ilə döyüşə qatılır. Burada knyaz Vorontsovun komandanlığı altında olan 14 minlik ordu müttəfiq Avstriya qoşunlarını 70 minlik Napoleon ordusundan xilas edir.
Döyüşün ikinci gecəsində rus süvari dəstəsi cəld həəkət edərək fransız piyadalarını qaçmağa məcbur edir. Çeçenski bu döyüşdə qolundan və ayağından yaralanır, ancaq döyüş meydanını tərk etmir. Bu döyüşə görə almazlarla 2-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilir. Parisin alınmasında iştirakına görə Aleksandr Çeçenski "Parisə girdiyinə görə" və "1812-ci ilin xatirəsinə" gümüş medallarla təltif edilir.
Parisin süqutundan sonra, çarın ətrafındakı zabitlər kimi polkovnik Çeçenski, generallar Nikolay Rayevski və Denis Davıdovla birlikdə Yelisey çöllərində təntənəli yürüşdə və qaliblərin paradında iştirak edir.
Parisdə zəfərlə başa çatan hərbi kampaniyadan sonra Aleksandr Çeçenski Müqəddəs Ordenlə təltif edildi. O, II dərəcəli Müqəddəs Vladimir II dərəcəli Müqəddəs Anna medalları alır. Bu zaman Aleksander Çeçenski Leyb Qvardiya Qusar Alayında xidmət edirdi.
Müharibədən sonrakı həyatı
redaktə1814-cü ilin oktyabrında Fransadan qayıtdıqdan sonra onun alayı Sankt-Peterburq yaxınlığındakı Çarskoe Seloda daimi qərargahda yerləşir. Aleksandr Çeçenski ilə Aleksandr Puşkinin görüşünün məhz burada baş tuta biləcəyi ehtimal olunur.
Məlumdur ki, Aleksandr Puşkinin Çeçenskinin mülkündəki bəzi yerləri çox bəyənmişdi. A.S.Puşkin qonşusu P.A.Osipova ilə arasındakı yazışmalarda Savkin kəndi yaxınlığında ərazi almağı düşündüyünü yazırdı. Bu ərazi isə Aleksandr Çeçenskiyə məxsus idi. Ancaq satınalmanın baş tutmadığı məlumdur.
Aleksandr Nikolayeviç Çeçenski, iki il Leyb Qvardiya Qussar Alayında xidmət etdikdən sonra, 1816-cı ilin yanvarında Litva Ulan Alayının komandiri təyin edildi.
1822-ci ildə general-mayor rütbəsi aldı (2 -ci Qusar Alayının komandiri kimi). O, hərbi kampaniyalar nəticəsində sağlamlığı ciddi zərər görməsi səbəbindən istefa verməyə məcbur olana qədər daha iki il xidmət edir.
1825-ci ilin dekabrında general A.Çeçenski I Nikolayın taxta çıxma mərasimində iştirak etdi.
1834-cü ilin yanvarında Drezden şəhərində vəfat edəndə Çeçenski general-mayor rütbəsi daşıyırdı.
Ailəsi
redaktəAleksandr Çeçenski həqiqi dövlət müşaviri Yekaterina Bıçkovanın qızı ilə evli olmuşdu. Onların birgə nigahda yeddi qızı (Sofiya, Alexandra, Vera, Nadejda, Ekaterina, Lyubov, Olqa) və bir oğlu Nikolay var idi.
Xatirəsi
redaktəIII Aleksandrın dövründə tikilmiş Xilaskar Məsihin Məbədində 1812-ci ildə Vətən qurtuluşunun şərəfinə, 16 nömrəli divarda, digər qəhrəmanların adları arasında, kapitan A.Çeçenskinin adı da həkk olunmuşdur. O, bu şərəfə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandığına görə layiq görülmüşdü.
Tədqiqatçılar Pskov bölgəsindəki Çeçenskaya kəndinin və Bejanitsidəki Çeçenskaya küçəsinin adını Aleksandr Çeçenskinin adı ilə əlaqələndirirlər.[2]
27 İyul 2012-ci ildə, general ailəsinin geniş mülkiyyətə sahib olduğu Pskov vilayətinin Bejanitsi bölgə mərkəzində Aleksandr Çeçenskinin abidəsinin açılışı oldu. Abidə S.R.Yusupov və Məryəm Vahidovanın ailə vəsaiti hesabına ucaldılmışdır.[3]
İstinadlar
redaktə- ↑ Э. Э. Исмаилов. Золотое оружие с надписью «За храбрость». Списки кавалеров 1788—1913. — Москва, 2007, с. 89
- ↑ "Александр Чеченский" (rus). chechnyatoday.com. 2012-08-03. 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
- ↑ "В Бежаницах открыли памятник герою Отечественной войны 1812 года Александру Чеченскому". 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
- ↑ "Улица А. Чеченского" (rus). yandex.ru. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
Ədəbiyyat
redaktə- Гайсултанов У. Александр Чеченский. Грозный: Чечено-Ингушское книжное издательство. 1981.
- Черейский Л. А. А. Пушкин и его окружение. Ленинград. 1988. 488.
- Вахидова М. «Александр Чеченский. 1 том. „Так вот он, этот герой!..“», Нальчик — ООО «Тетраграф» — 2013.
- Муса Гешаев. Знаменитые чеченцы. 2 (2000 nüs.). М.: Мусаиздат. 2005. 356–415.
Xarici keçidlər
redaktə- "Александр Чеченский". nohchalla.com. 20 Марта 2008. 2014-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-14.
- "Чеченский Александр Николаевич". bibliopskov.ru. Централизованная библиотечная система города Пскова. İstifadə tarixi: 2014-12-14.
- Александр Чеченский. ЖЗЛ — YouTube platformasında
- Открытие памятника генералу А. Н. Чеченскому — YouTube platformasında