Alen de Botton (20 dekabr 1969[1], Sürix) — isveçrəli-ingilis yazıçı. Romanları bestseller olmuş, 20-dən çox dilə tərcümə olunmuşdur. Fəlsəfə anlayışını dəyişdirən yazıçının 10-dan çox romanı və hazırladığı 5 sənədli filmi vardır.

Alen de Botton
fr. Alain de Botton
Doğum tarixi 20 dekabr 1969(1969-12-20)[1] (55 yaş)
Doğum yeri
Milliyyəti isveçrəli-ingilis
Həyat yoldaşı Şarlotta de Botton
Atası Qilbert de Botton[d]
Anası Cakelin Barquer
Təhsili
Fəaliyyəti yazıçı, filosof, naşir, jurnalist
Fəaliyyət illəri 1993-cü ildən
Üzvlüyü
  • Kral Ədəbiyyat Cəmiyyəti[d]
alaindebotton.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

20 dekabr 1969-cu ildə İsveçrənin Sürix şəhərində doğulmuşdur. Misir əsilli Qilbert de Botton və Cakelin Barquerin tək övladı idi. Alan de Botton 8 yaşına qədər Sürixdə yaşadı və bu zaman fransız ilə alman dillərini öyrəndi. 1977-ci ildə İngiltərəyə gələndə Oksfordakı Draqon məktəbində oxumağa başladı. Sonra Harrou məktəbinə getdi. Məktəbi bitirdikdən sonra Kembric Unversitetinə yollandı.

Yaradıcılığı

redaktə

1993-cü ildə ilk romanı olan "Eşq üzərində" nəşr olundu. Romanda məhəbbət mövzusu ələ alınırdı.

1994-cü ildə isə "Romantik hərəkat" və "Öp və danış" adlı romanları yayınlandı. "Öp və danış" romanında qız dostunun bioqrafiyasından bəhs edirdi. Bu isə ədəbiyyatda bir ilk idi.

1997-ci ildə 5-ci romanı olan "Prust həyatımızı necə dəyişdirə bilər?"ı yazdı. Kitab İngiltərə və ABŞ-də bestseller oldu. Bu roman yazıçı Prustun həyatı haqqında idi və bu romanla "özü özünə kömək" teoremini yaratmış oldu.

2000-ci ildə "Fəlsəfənin təsəllisi" romanı satışa buraxıldı. Botton kitabda fəlsəfə ilə ədəbiyyatı sintez etmişdi.

2004-cü ildə isə "Status narahatlığı" romanını tamamladı. Roman cəmiyyətin haqsız fikirlərinə qarşı qalxan qaldıran filosoflardan bəhs edirdi.

2006-cı ildə "Sevincin memarlığı" əsərində qəribə formalı evlər, binalar, tikililər təsvir etmişdir.

Yazıçının həmçinin 2009-cu ildə yazdığı "İşin zövqü və dərdi" və "Hava limanında bir həftə" romanları da mövcuddur.

Alen de Botton Nil Krombi ilə birlikdə "Seneka" kitab hazırlama şirkətini qurmuşdur. 2003-cü ildə evləndiyi Şarlottadan Samuel və Saul adında iki oğlu olmuşdur.

İstinadlar

redaktə
  NODES