Amezayku (飴細工, Amezaiku?, hərfi tərcümədə Şəkərdən heyvanlar)Yaponiya şəkər sənəti. Sənətçi maqqaşqayçı kimi alətlərdən istifadə etməklə rəngli irislərdən müxtəlif şəkər heykəllər hazırlayır. Amezayku sənətçisi əsərini daha gözəgəlimli etmək üçün onu yeməli boyaqlarla rəngləyir. Əsasən heyvan və cücü formalarına üstünlük verilir. Amezayku sənəti ilə adətən küçə sənətçiləri məşğul olur. Tanınmış amezayku sənətçilərindən Kendi Miyukini göstərmək olar.

Şinri Tezuka tərəfindən hazırlanmış amezayku.

Amezayku sənəti Yaponiyaya Heyan dövründə Çindən gəlmişdir və ancaq Kioto şəhərində tanınırdı.[1] Daha sonra Edo dövründə bu sənət bütün Yaponiyada yayılaraq küçə sənətinə çevrilmişdir.[2] Bu dövrdə mizuame də geniş yayılmışdır.[3] Edo dövründə amezayku sənəti indiki halını almışdır.[4][5]

Amezaykunun hazırlanması üçün lazım olan ən vacib kompanent düyü və ya kartof nişastasından hazırlanan mizuame adlı şirinləşdirici maddədir. Əridilmiş bu şirinləşdirici fen ilə lazım olan temperatura qədər qızdırılır. Ağ rəngdə olan bu maddə lazım olarsa boyaq maddələri ilə rəngləndirilir. Doğru qatılığa çatdıqdan sonra uzun, incə çubuqlarla yetərli miqdarda alınır. Forma vermək üçün alətlərdən və barmaqlardan istifadə olunur. Forma vermə prosesində sürətli davranmaq lazımdır, əks halda istənilən yumşaqlıq itiriləcəkdir.[6]

Paketləşdirilmiş amezaykulara da rast gəlmək mümkündür.

İstinadlar

redaktə
  1. "The Colors of Cool". Public Relations Office, Government of Japan. 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2017.
  2. Inaba, Chiho; Maruoka, Yukari; Ishikawa, Airi. "Amezaiku". The Kyoto Project. Kyoto University of Foreign Studies. 13 February 2010. 25 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2017.
  3. Wetherille, Kelly. "Candy Made With Craftsmanship". New York Times. 3 April 2014. 11 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2017.
  4. "Amezaiku history". Amezaiku (yapon). 2002. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2017.
  5. "飴細工" [Amezaiku]. Encyclopedia of Japanese Culture (yapon). 2004. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2017.
  6. "Şeker Sanatının Japoncası: "Amezaiku"". Japon Sineması (türkcə). 18 oktyabr 2017. 2017-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2017.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES
eth 1
Story 1