Anıtqəbirin tarixi

Ankara ilinin Çankaya ilçəsində yerləşən və Mustafa Kamal Atatürkün məqbərəsinin yer aldığı bina kompleksi olan Anıtqəbirin tikilməsi ideyası, Atatürkün 1938-ci il 10 noyabrda ölümündən sonra yaransa da, Atatürkün nəəşinin Ankarada bir məqbərə tikilənə qədər Ankara Etnoqrafiya Muzeyində qalmasına qərar verildi.

Anıtqəbir məqbərəsinin öndən görünüşü

Məqbərənin tikiləcəyi yeri müəyyən etmək üçün hökumət tərəfindən komissiya yaradıldı. Hazırlanan hesabata uyğun olaraq Cümhuriyyət Xalq Partiyası parlamenti qrupunun 1939-cu il yanvarın 17-də keçirilən iclasında binanın Rasattəpədə tikilməsinə qərar verildi. Bu qərardan sonra, binanın dizaynını müəyyən etmək üçün 1941-ci il 1 martda beynəlxalq layihə müsabiqəsi elan edildi. 2 mart 1942-ci ildə başa çatan müsabiqənin qiymətləndirilməsi nəticəsində bəzi dəyişikliklərlə Emin Onat və Orhan Ardanın layihəsinin həyata keçirilməsinə qərar verildi. Təqdim olunan ikinci layihədə bir daha edilən dəyişikliklərdən sonra memarların yaratdığı üçüncü layihənin 4 iyul 1944-cü ildə İctimai İşlər Nazirliyi ilə memarlar arasında imzalanmış müqavilə ilə icra mərhələsinə keçildi. Anıtqəbrin tikintisinə 1944-cü il 9 oktyabrda təməlqoyma mərasimi ilə başlanıldı.

Dörd mərhələli tikinti prosesinin ilkin mərhələsinə ərazidə qruntların hamarlanması və xiyabanın divarlarının tikintisi daxil idi. 4 sentyabr 1944-cü ildə açılan tender nəticəsində məsuliyyəti Hayri Kayadelənə məxsus Nurhayr şirkəti öz üzərinə götürdü. 1945-ci ilin sonunda tamamlanacaq birinci hissədə tikinti işləri davam edərkən, 1945-ci il avqustun 18-də tikintinin ikinci hissəsi üçün tender elan edildi. Rar Türk bu hissənin tikintisini öhdəsinə götürərkən qrunt tədqiqatının hazırlanması, məqbərənin bünövrə sisteminin dəyişdirilməsi, dəmir-beton və statik hesablamaların aparılması və bu hesablamaların haqqının ödənilməsi səbəbindən tikinti prosesi ləngidi. 1947-ci ildə inşaasına başlanılan ikinci mərhələ 1950-ci ilin 11 sentyabrında tamamlandı. Anıtqəbirə gedən yolların, Aslanlar yolu və mərasim sahəsinin daş üzlük işləri, məqbərə binasının yuxarı mərtəbəsinin daş üzlənməsi, pilləkənlərin tikintisi, dəyişdirilməsini əhatə edən üçüncü hissə üzrə tender layihəsini Hədəf Ticarət qazandı.

1950-ci il ümumi seçkiləri ilə hakimiyyətə gələn Demokrat Partiyası hökuməti dövründə tikinti prosesinin tezləşdirilməsi və pula qənaət etmək məqsədi ilə 1950-ci ilin noyabrında layihədə bəzi dəyişikliklər edildi. Müzəffər Budakın şirkəti 6 iyun 1951-ci ildə tikintinin dördüncü və sonuncu hissəsi üçün elan edilən tenderin qalibi oldu. Bu hissəyə; Fəxri zalın aşağı döşəməsi və Fəxri zalın ətrafındakı sərdabələr, daş döşəmələr və mərmər işləri daxil idi. Mozaika və freska dekorasiyaları üçün heç bir komissiya yaradılmadı və müsabiqə də təşkil olunmadı. Bəzi problemlər səbəbindən Anıtqəbir 1953-cü ilin oktyabrında nəzərdə tutulduğu vaxtdan gec tamamlandı. Layihənin ümumi dəyəri təxminən 20 milyon lirə ilə tamamlandı ki, bu da büdcədən ayrılan 24 milyon lirəyə təxminən 4 milyon lirə qənaət demək idi. 1953-cü il noyabrın 10-da Atatürkün cənazəsi buraya köçürüldü. 1973-cü ildən İsmət İnönünün də məzarının yer aldığı Anıtqəbirdən, 1966-cı ildə dəfn edilən Camal Gürsəlin, 1960–1963-cü illərdə isə dəfn edilən 11 nəfərin cənazəsi (1988) köçürüldü.

Tikintidən öncə

redaktə

Məqbərənin yerinin müəyyən edilməsi

redaktə
 
Atatürkün ölümündən sonra çəkilmiş fotoşəkili (10 noyabr 1938)

Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat etdikdən sonra onun dəfn olunduğu yerlə bağlı mətbuatda müxtəlif müzakirələr başladı.[1] 10 noyabr 1938-ci il tarixli "Vaxt" və 11 noyabr 1938-ci il tarixli "Tan" qəzetlərində Atatürkün harada dəfn ediləcəyinin dəqiq məlum olmadığı və bu qərarın Türkiyə Böyük Millət Məclisi tərəfindən veriləcəyi yazılmışdı. Məzarın Çankaya köşkü ilə yanaşı, Ankara qalasının mərkəzində, birinci parlament binasının bağçasında, Atatürk parkı və ya Atatürk Meşə Fermasında tikilməsi ilə bağlı mümkün mülahizlər yazılmışdı.[1] Noyabrın 13-də Hökumət Atatürkün cənazəsinin onun üçün məqbərə tikilənə qədər Ankara Etnoqrafiya Muzeyində qalması ilə bağlı qərar verdiyini açıqladı.[2] 15 noyabr tarixli "Axşam" qəzetində isə məqbərənin Ankara Etnoqrafiya Muzeyinin yerləşdiyi ərazidə tikilmə ehtimalının yüksək olduğu yazılmışdı.[3] Dəfnin Ankaradan başqa yerdə keçirilməsi ilə bağlı yeganə təklifi İstanbul valisi Muhittin Üstündağ Rəyasət Heyətinin Baş katibi Həsən Rıza Soyaka etsə də, onun təklif qəbul edilmədi.[1] Noyabrın 19-da İstanbuldan Ankaraya gətirilən cənazə noyabrın 21-də təşkil edilən mərasimlə muzeyə qoyuldu.[2]

Noyabrın 28-də açılan Atatürkün vəsiyyətnaməsində dəfn olunduğu yerlə bağlı heç bir açıqlama olmasa da, sağlığında bu məsələ ilə bağlı bəzi sözlü ifadələri olmuşdu. [4] Afət İnan 26 iyun 1950-ci il tarixli "Ulus" qəzetindəki reportajında bununla bağlı bəzi xatirələrini paylaşıb. Xəbərə əsasən Atatürk, Rəcəb Pekerin məzar yeri üçün Ulus meydanından Ankara Dəmiryolu Stansiyasına gedən yolda kəsişməni etdiyi təklifə cavabında: "Yaxşı və izdihamlı yerdir. Amma mən belə bir yeri millətimə vəsiyyət edə bilmərəm".-deyə bildirib. İnan həmçinin 1932-ci ilin yayında söhbət zamanı Atatürkün Çankayada dəfn edilməsini istədiyini də bildirib. Lakin Atatürk, həmin günün gecəsi avtomobillə Çankayaya qayıdarkən öz-özünə "Millətim məni harada istəsə dəfn etsin, amma xatirələrimin yaşayacağı yer Çankaya olacaqğını" dilləndirib.[5] Münir Xeyri Egeli 1959-cu ildə yazdığı xatirələrində Atatürkün Meşə Fermasında bir təpədə, dörd tərəfi və üstü örtülməmiş, qapısında "Gəncliyə xitab" sözləri yazısı olan məzarının olmasını istədiyini qeyd etmişdi.[5]

 
Atatürkün dəfn mərasimindən görüntü (19 noyabr 1938)

Baş nazir Cəlal Bayar, Cümhuriyyət Xalq Partiyası Parlament Qrupunun noyabrın 29-da keçirilən iclasında məqbərənin yerini müəyyənləşdirmək üçün ekspertlər tərəfindən yaradılan komissiyanın hazırladığı hesabatın qrupa təqdim edildikdən sonra icraya başlanılacağını bildirdi.[6] Baş nazir müşaviri Kamal Gedeləçin sədrliyində; Milli Müdafiə Nazirliyindən generallar Sabit və Haqqı, İctimai İşlər Nazirliyinin Tikinti işləri üzrə baş direktoru Kazım, Daxili İşlər Nazirliyinin müşaviri Vehbi Dəmirəl və Milli Təhsil Nazirliyinin Ali Təhsil müdiri Cavad Dursunoğlu tərəfindən yaradılmış komissiyanın ilk iclası 6 dekabr 1938-ci ildə keçirildi. Bu iclasın sonunda komissiya, 1938-ci il dekabrın 16-da keçirməyi planlaşdırdıqları ikinci iclasa Bruno Taut, Rudolf Bellinq, Leopold Levi, Henri Prost, Klemens Holzmeyster və Herman Yansenin dəvət edilməsi və bu nümayəndə heyətinin fikirlərinin öyrənilməsi qərarına gəldi.[7][8] Nazirlər Şurası dekabrın 24-də, nümayəndə heyətinin rəyindən sonra hesabata baxılması üçün məlumatları Cümhuriyyət Xalq Partiyası Parlament Qrupuna göndərdi.[9][10] 3 yanvar 1939-cu ildə keçirilən məclis qrup toplantısında, Falih Rıfkı Atay, Rasih Kaplan, Mazhar Germen, Sürəyya Örgəevrən, Refet Canıtez, İsmət Əkər, Münir Çağıl, Mazhar Müfit Qansu, Nəcip Əli Küçüka, Nafi Atuf Qansu, Salah Cimcoz, Saim Uzəl, Fərid Cəlal Güvən, Tevfik Tarman və Mithat Aydından ibarət 15 nəfərdən ibarət CHP Anıtqəbir Partiya Qrup Komissiyası quruldu. Komissiyanın yanvarın 5-də keçirilən ilk iclasında komissiyanın sədri Çağıl, katibliyə Güvən, məruzəçilər isə Atay, Örgəevrən və Qansu seçildilər.[11] Komissiya yeri müəyyən etmək üçün yaradılmış komitənin təklif etdiyi doqquz bəndi gözdən keçirdi. Çankaya köşkü ətrafında, Etnoqrafiya Muzeyi, Yaşıl təpə, Timur (və ya Hıdırlık) təpəsi, Gənclik Parkı, Ankara Kənd Təsərrüfatı Məktəbi, Meşə ferması, Məhbuslar Evi və Türkiyə Böyük Millət Məclisi binasının arxasındakı təpə üzərində araşdırmalar aparıldı.[8][12] Yanvarın 5-də keçirilən iclasda sadalananlardan əlavə yeni yerlərin araşdırılması da qərara alındı.[13]

 
Anıtqəbirin tikintisindən öncə Rasattəpədən Ankaranın görünüşü

Yanvarın 17-də keçirilən komissiya iclasında Mithat Aydının irəli sürdüyü təklifə uyğun olaraq, həmin gün Rasattəpədə də araşdırmalar aparıldı.[13][14] Komissiya üzvlərindən Sürəyya Örgəevrən Rasattəpə haqqında: "Zirvəyə çıxıb Ankaraya baxdığınız zaman bir ucunda Dikmən, digər ucunda Etlik Bağları ilə bitən sevimli ayparanın ortasındakı ulduzun üzərində olduğunuzu hiss edəcək və müşahidə edəcəksiniz".[13][12] Atay, Cimcoz və Güvən isə məqbərənin Çankaya təpəsində tikilməsində qərarlı olduqlarını bildirdilər.[15] Həmin gün keçirilən səsvermədə 11 üzvün dəstəyi ilə məqbərənin Rasattəpədə tikilməsi qərarı verildi.[8][16]

İnşaat ərazisində ilk ekspropriasiyalar

redaktə

Məqbərənin tikiləcəyi ərazinin bir hissəsi fiziki şəxslərə məxsus olduğundan bu sahənin ekspropriasiyası zərurəti yarandı. Bununla bağlı ilk açıqlamanı 23 may 1939-cu ildə Türkiyə Böyük Millət Məclisində keçirilən büdcə danışıqları zamanı baş nazir Rəfiq Saydam verdi. Saydam, Rasattəpədə kadastr işlərinin və ərazinin sərhədlərinin müəyyən edildiyini bildirdi. O, Anıtqəbir üçün büdcədən ümumilikdə 250 min türk lirəsi, ekspropriasiya haqqı üçün 205 min türk lirəsi və beynəlxalq layihə müsabiqəsi üçün 45 min türk lirəsi ayrıldığını, ekspropriasiya olunacaq torpaq sahəsi 287000 m² olduğunu və bu əraziyə 205 min türk lirəsi xərclənməsinin nəzərdə tutduğunu bildirdi.[17]

Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan və Anıtqəbirin tikiləcəyi ərazinin sərhədlərini tənzimləyən plan 23 iyun 1939-cu ildə tamamlandı, 7 iyul 1939-cu ildə Nazirlər Şurası tərəfindən təsdiq edildi.[17] Ekspropriasiya işləri ilə məşğul olmaq üçün Baş nazirlik Vehbi Dəmirəlin başçılığı ilə komissiya təşkil etdi. O, Ankara Bələdiyyəsinə bildiriş göndərərək plan çərçivəsində müsadirə prosedurlarına başlanılmasını istədi.[17]

1940-cı il martın 26-da partiya məclis qrupunun iclasındakı çıxışında Saydam həmin tarixə qədər 280000 m² ərazinin ekspropriasiyasına baxmayaraq, ərazinin Anıtqəbir üçün kifayət etmədiyini və daha 230000 m² ərazinin ekspropriasiyasına ehtiyac olduğunu bildirdi.[17] İkinci Anıtqəbir planı Daxili İşlər Nazirliyi tərəfindən 5 aprel 1940-cı ildə tamamlandı. Bu plana görə, ərazinin ümumi sahəsi 542 8572 m² idi.[17] Ekspropriasiya üçün 886 min 150 lirə və 32 kuruş ödənilməsi nəzərdə tutulurdu. İkinci plan aprelin 20-də Nazirlər Şurası tərəfindən təsdiq edilmişdi.[17] 1940-cı il büdcəsindən ekspropriasiya üçün ayrılan pul 1.000.000 lirəyə qədər artırıldı.[17]

1944-cü ilin noyabrında parlamentdə keçirilən müzakirələr zamanı İctimai İşlər naziri Sırrı Day, Anıtqəbirin tikintisi üçün o vaxta qədər 542.000 m² ərazinin ekspropriasiya edildiyini, bunun 502.000 m²-nin fərdi şəxslərdən alınaraq müsadirə edildiyini, 28.000 m²-nin isə xəzinədarlığa aid olduğunu bildirdi.[17]

Layihə prosesi

redaktə

Layihə müsabiqəsi

redaktə
 
Ulus qəzetinin Anıtqəbir layihəsinə həsr olunmuş səhifəsi (10 noyabr 1944)

1939-cu il oktyabrın 6-da Cümhuriyyət Xalq Partiyasından olan deputatlardan ibarət komissiya Anıtqəbir layihəsi üçün beynəlxalq layihə müsabiqəsi təşkil etmək qərarına gəldi. Rəfiq Saydam 21 noyabr 1939-cu ildə Anıtqəbirin tikintisi üçün beynəlxalq layihə müsabiqəsi keçiriləcəyini elan etdi. Saydam 1940-cı il 26 mart tarixli çıxışında müsabiqənin spesifikasiyası və texniki proqramının beynəlxalq memarlar nizamnaməsinə uyğun hazırlandığını bildirdi.[17] Anıtqəbir Komissiyasının 18 fevral 1941-ci ildə dərc etdiyi yazıda "belə mühüm tikintiləri yaradan" türk və qeyri-türk mühəndis, memar və heykəltəraşların iştirakı ilə açıq layihə müsabiqəsi təşkil edilməsinə qərar verildiyi və bu müsabiqəyə müraciətlərin 31 oktyabr 1941-ci ildə başa çatacağı vurğulanmışdır.[17] Sonrakı dövrdə müsabiqəyə daha çox türk memarlarının müraciət etməsinə şərait yaradıldı.[18] Daha sonra TBMM-in 25 dekabr 1946-cı ildə keçirilən Baş Assambleyasında Cövdət Kərim İncədayının verdiyi açıqlamalara görə, ilk növbədə, beynəlxalq müsabiqəyə elan edilsə də, İkinci Dünya müharibəsi səbəbindən "az iştirak" və "qeyri-qənaətbəxş təkliflər" səbəbindən ikinci müsabiqə yarışı elan edilıdi.[17]

Müsabiqə 1941-ci il martın 1-də başladı. Şərtlərə görə, ən azı üç nəfərdən ibarət münsiflər heyəti birinci yer üçün hökumətə üç layihə təklif edəcək və hökumət onlardan birini seçəcəkdi. Birinci layihənin sahibinə tikintiyə nəzarət hüququnun və tikinti dəyərinin 3%-i, münsiflər heyətinin tövsiyə etdiyi digər iki layihənin sahiblərinə 3000 lirə və digər layihələrdən birinə və ya bir neçəsinə fəxri ad olaraq 1000 lirə ödəniləcəkdi.[17] Şərtlərə əsasən, tikintinin təxmini dəyəri 3.000.000 lirədən çox olmamalı idi.[17] Sarkofaqın yerləşəcəyi Şərəf salonunun quruluşunu Anıtkabirin mərkəzi olaraq göstərən şərtnamədə, Altı oxun bu hissədə simvollaşdırılması da yer aldı. Bu binadan başqa “qızıl kitab” adlanan xüsusi dəftərin yerləşdiyi zalda Atatürk muzeyi də planlaşdırılırdı. Həmçinin ziyarətçilərin daxil ola biləcəyi əsas fəxri giriş və abidənin qarşısında meydan da olacaqdı. Əsas binalardan başqa, dayanacaq, idarə və baxıcı otaqları kimi köməkçi tikililər də şərtnaməyə daxil edilmişdi.[17]

Müsabiqənin münsiflər heyəti, 1941-ci ilin oktyabrı nəzərdə tutulan bitmə tarixinə qədər müəyyən edilmədi.[17] Həmin ay İvar Tenqbom ilk münsiflər heyətinin üzvü seçildi. Nazirlər Şurasının 25 oktyabrda qəbul etdiyi qərarla müsabiqə müddəti 2 mart 1942-ci ilə qədər uzadıldı.[17] Sonrakı dövrdə daha iki münsif üzvü Karol Vayxinger və Paul Bonatz müəyyənləşdi.[17] Müsabiqə başa çatdıqdan sonra 11 mart 1942-ci ildə Arif Hikmət Holtay, Muammər Çavuşoğlu və Mühlis Sərtəl türk münsiflər heyətinin üzvləri təyin edildi və münsiflər heyətinin ümumi sayı altıya çatdı.[17]

Layihənin müəyyənləşdirilməsi

redaktə
   
Müsabiqədə ikinci yerin qalibləri olmuş Yohannes Krüqer və Arnaldo Foşininin layihələri

Müsabiqəyə Türkiyədən 25, Almaniyadan 11, İtaliyadan 9, Avstriya, Çexoslovakiya, Fransaİsveçrədən bir layihə olmaqla ümumilikdə 49 layihə göndərildi. Qiymətləndiriləcək 47 layihə 1942-ci il martın 11-də münsiflər heyətinə təqdim edildi.[17] Ertəsi gün ilk iclasını keçirən münsiflər heyətinin sədri Paul Bonatz, məruzəçisi isə Muammər Çavuşoğlu seçildi. Nümayəndə heyəti ilk iclasını Baş nazirlik binasında, sonrakı görüşlərini isə Sərgi Evində keçirdi. Qiymətləndirmə zamanı münsiflər heyətinin üzvləri hansı layihənin kimə aid olduğunu bilmirdilər. İlkin mərhələdə təqdim edilmiş 17 layihə təqdir almadı, növbəti mərhələyə keçmədi. Komitə qalan 30 layihə haqqında da hesabat hazırladı. 19 layihə də bu hesabatdan keçmədi, 11 layihə isə üçüncü baxışa buraxıldı.[17] Münsiflər heyəti martın 21-də işini yekunlaşdıraraq, öz hesabatlarını Baş Nazirliyə təqdim etdilər. Hökumətə təqdim edilən hesabatda Yohannes Krüqer, Emin Onat, Orhan Arda və Arnaldo Foşinə məxsus layihələr seçildi. Amma hər üç layihənin də əlavələrə ehtiyacı olduğu vurğulandı.[17] Hesabatda, həmçinin Həmid Kəmali Söyləməzoğlu, Kamal Əhməd Aru və Rəcayi Ağçay, Mehmed Əli Xəndan və Firudin Ağozan, Covanni Muzio, Roland Ron və Cüzeppe Vakkaro və Gino Franzinin layihələrində fəxri adların verilməsi təklif də yer almışdı.[17] Hesabatda yer alan bütün qərarlar yekdilliklə qəbul edildi.[17] TBMM sədri Əbdülxaliq Renda və Baş nazir Rəfiq Saydam martın 22-də Sərgi Evinə gedərək layihələri araşdırdılar.[17] Hazırlanan hesabatın xülasəsi Baş Nazirlik tərəfindən 23 martda ictimaiyyətlə paylaşıldı.[17]

Mayın 7-də prezident İsmət İnönü başçılığı ilə keçirilən Nazirlər Kabinetinin iclasında Emin Onat və Orhan Ardanın layihəsi müsabiqənin qalibi müəyyən edildi. Münsiflər heyətinin təklif etdiyi digər iki layihə ikinci, beş layihə isə fəxri adlara layiq görüldü. Lakin hökumət ilk seçdiyi layihə də daxil olmaqla heç bir layihənin həyata keçirilməyəcəyinə qərar vermişdi. Müsabiqə şərtnaməsinin 20-ci maddəsinin ikinci bəndinə görə, layihə sahiblərinə 4000 lirə təzminat ödənildi. İyunun 9-da hökumət, bəzi tənzimləmələrdən sonra Onat və Ardanın layihəsinin həyata keçirilməsinə qərar verildiyi açıqladı. 5 aprel 1943-cü ildə Baş Nazirlik Onat və Ardaya münsiflər heyətinin təklifinə əsasən altı ay ərzində yeni layihə hazırlamalarını tapşırdı.[17]

Müəyyən edilmiş layihəyə edilən dəyişikliklər

redaktə
 
Müsabiqə nəticəsində seçilən Anıtqəbir layihəsinin məqbərə hissəsinin ilkin variantı

Onat və Arda münsiflər heyətinin hesabatına uyğun olaraq layihədə bəzi dəyişikliklər etdilər. Məqbərə, təpənin şimal-şərq sərhəddinə doğru çəkilməklə abidənin istiqaməti dəyişdirildi. Hesabatda abidəyə gedən yolun pilləkənsiz olması təklif olunmuşdu. Bu təklifə uyğun olaraq layihədəki pilləkənlər sökülərək abidə ərazisinə girişi təmin edən hissə üçün, bir qədər əyilmə ilə təpənin ətrafında sərbəst dönən əyri şose yolu tətbiq edildi. Beləliklə giriş, Qazi Mustafa Kamal Bulvarına uzanan pilləkənli yoldan Tandoğan Meydanı istiqamətinə doğru aparıldı. Bu yol məqbərə ərazisinin şimalına çatırdı. Fəxri zal üçün təpənin şimal-qərb istiqamətindən 350 m məsafədə uzanan ərazidən istifadə edilməklə, 180 m uzunluğunda xiyaban nəzərdə tutulmuşdu. Memarlar, sərv ağaclarından istifadə etməklə ziyarətçiləri şəhərin panoramasından ayırmağı hədəfləyirdilər. 4 m hündürlüyündəki pilləkənlərlə xiyabanın əvvəlindəki iki gözətçi qülləsinə qalxmaq planlaşdırılırdı. Layihədə edilən bu dəyişikliklərlə Anıtqəbir: mərasim meydanı və xiyaban olmaqla iki yerə bölündü.[17]

Layihənin ilk variantında məqbərəni əhatə edən təqribən 3000 m uzunluğunda divarlar var idi. Münsiflər heyətinin hesabatında "bu divarların sadələşdirilsəməsi" tələbi irəli sürüldü. Giriş yolu təpənin başında yerləşdirilib məqbərə ilə birləşdirildiyi üçün memarlar, bu divarları götürüb məqbərənin ətrafındakı parkı ictimai bağa çevirməyi məsləhət bidilər.[17]

Layihədə edilən dəyişikliklərdən biri də, xiyabandan keçən mərasim meydanı, 90×150 m və 47×70 m ölçülərində olan iki kvadrata bölündü. Böyük meydanın hər dörd küncündə qüllələr olduğu halda, bu meydandan yüksəkdə yerləşən və bir tərəfdən muzeylərlə, digər tərəfdən isə inzibati binalarla əhatə olunmuş kiçik meydandan məqbərəyə pilləkənlərlə çıxılırdı.[17]

 
Layihənin ilkin variantında Fəxri zalın görünüşü

Birinci layihəyə əsasən məqbərə üzərində və xaricində Türkiyə İstiqlaliyyət müharibəsiAtatürk islahatlarını əks etdirən relyeflər var idi. Edilən dəyişikliklərlə məqbərənin içindəki muzey və inzibati bölmələr buradan çıxarılaraq məqbərənin xaricinə daşınıldı. Birinci layihədə Fəxri zalın mərkəzində yerləşən sarkofaq, pillələrlə qaldırılaraq binanın şimal-şərq istiqamətinə açılan və Ankara qalasına baxan pəncərənin qarşısına çəkildi. Fəxri zala "daha mənəvi abu-hava qatmaq" və bu yerin işıqlandırılması üçün tavanda açılan deşiklər də edilən dəyişikliklərlə birlikdə götürüldü.[17]

Onat və Ardanın hazırladıqları yeni layihəni araşdırmaq və bununla bağlı hesabat hazırlamaq üçün Baş Nazirlik 27 oktyabr 1943-cü ildə Təhsil Nazirliyi və İctimai İşlər Nazirliyinə göndərdiyi məktubda, Pol Bonatzla birgə işləmək üçün ekspert nümayəndə tələb edirdi. İctimai İşlər Nazirliyi, noyabrın 2-də Tikinti və Yenidənqurma İşləri başçısı Sırrı Sayarı, Təhsil Nazirliyi isə 5 noyabr tarixli məktubunda Rəssamlıq Akademiyası Memarlıq şöbəsinin müdiri Sədat Haqqı Əldəmi tövsiyə etdilər. Memarların hazırladığı ikinci layihə və bu layihənin maketi 8 noyabr 1943-cü ildə Anıtqəbir Komissiyasına təqdim edildi. Prezident İsmət İnönü layihəni noyabrın 17-də, Nazirlər Şurası isə noyabrın 18-də layihəni və komissiyanın hesabatını nəzərdən keçirdi. İdarə heyəti, layihənin həyata keçirilməsinə qərar verdi. Anıtqəbirin tikintisini həyata keçirmək tapşırığı noyabrın 20-də İctimai İşlər Nazirliyinə həvalə edildi. Baş nazir Şükrü Saracoğlu açıqlamasında memarların layihədəki dəyişiklikləri iki aya tamamlayacaqlarını və tikintiyə 1944-cü ilin yazında başlanacağını bildirdi.[17]

Nazirlər Şurasının qərarından sonra Onat və Arda layihələrində bəzi dəyişikliklər edərək üçüncü layihəni hazırladılar. 180 m uzunluğunda olan xiyaban 220 m-ə qədər uzadıldı. Bu yeni layihənin maketi 1944-cü il aprelin 9-da yaradılan Respublika İctimai İşlər Sərgisində nümayiş etdirildi. 4 iyul 1944-cü ildə Onat və Arda ilə imzalanan müqavilə ilə layihənin icra mərhələsinə başlanıldı.[17]

İnşaat prosesi

redaktə

İnşaatın birinci hissəsi

redaktə
 
Şükrü Saracoğlu təməlqoyma mərasimində (9 oktyabr 1944)

1944-cü ilin avqustunda tikinti işləri proqramını hazırlayan İctimai İşlər Nazirliyi 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının 7-ci növbədənkənar qurultayına qədər tikintini başa çatdırmağı planlaşdırırdı.[19] Birinci mərhələdə tikinti üçün İctimai İşlər Nazirliyinə 1.000.000 lirə müavinət ayrıldı. Nazirlik tərəfindən 4 sentyabr 1944-cü ildə tikintinin birinci hissəsi üçün elan edilmiş tenderdə Hayri Qayadələnə məxsus Nurhayr şirkəti qalib gəldi. 9 oktyabr 1944-cü ildə Anıtqəbirin təməlqoyma mərasimində baş nazir, nazirlər, mülki və hərbi bürokratlar iştirak etdilər.[20]

Oktyabrın 12-də hökumət tikintiyə vəsaitin ayrılması üçün icazə tələb edən qanun layihəsini hazırladı. Noyabrın 1-də Baş Nazirlik tərəfindən parlamentə təqdim edilən layihəyə əsasən, 1945-1949-cu illər üçün İctimai İşlər Nazirliyinə hər il 2.500.000 lirədən çox olmamaq şərti ilə 10.000.000 lirəyə qədər müvəqqəti öhdəliklər götürmək səlahiyyəti verildi.[21] Qanun layihəsi noyabrın 22-də Parlamentin Baş Assambleyasında qəbul edildi. 4677 saylı Atatürk türbəsinin inşası haqqında qanun 4 dekabr 1944-cü il tarixli Türkiyə Respublikasının Rəsmi Qəzetində dərc olunduqdan sonra qüvvəyə mindi.[22]

Tikintiyə nəzarət İctimai İşlər Nazirliyi nəzdindəki İnşaat və İnkişaf İşləri Müdirliyi tərəfindən həyata keçirildiyi halda, Orxan Ardaya 1945-ci il may ayının sonunda tikintiyə nəzarət etmək üçün vəzifə verildi və onun daimi olaraq tikintiyə rəhbərlik etməsi qərara alındı. Əkrəm Dəmirdaş tikintiyə nəzarət şefi təyin edilsə də, 29 dekabr 1945-ci ildə Dəmirdaş vəzifəsindən çıxdı və onun yerinə Səbihə Rüfət Gürayman gəldi.[23] Tikintinin birinci hissəsi 1945-ci ilin sonunda tamamlandı və bura 900 min lirə vəsait xərclənildi.[24] Rasattəpədə yerləşən rəsədxanadan tikinti zamanı inşaat sahəsi kimi istifadə olundu.[25]

İnşaat zamanı arxeoloji tapıntılar

redaktə

Rasattəpə Beştəpələr adı ilə tanınan tumulus ərazisi idi. Anıtqəbirin inşaası sırasında torpaq tənzimləmələri edilərkən təmizlənməsi lazım olan tümüslərlə Milli Təhsil Nazirliyinin Qədim Əsərlər və Muzeylər Baş İdarəsi və Arxeologiya Muzeyi Müdirliyi maraqlanarkən, qazıntıları Türk Tarix Qurumu apardı. 1 iyul 1945-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya fakültəsinin professoru Tahsin Özgüç, Türk Tarix Qurumu Mahmud Akok rəhbərliyi ilə arxeoloqlardan ibarət nümayəndə heyəti və İstanbul Arxeologiya Muzeyinin müdiri Nəzih Fıratlı tərəfindən başladılan arxeoloji qazıntılar iyulun 20-də tamamlandı.[26]

İnşaat ərazisindəki iki tumulusun e.ə.VIII əsr Frigiyalılar dövrünə aid olduğu müəyyən edilib. Onlardan biri hündürlüyü 8,5 m, radiusu 50 m olan hörgü təpə idi. Burada ardıc sarkofaqlı 2,5×3,5 m ölçülü monumental qəbir var idi. Digərinin hündürlüyü 2 m, diametri 20-25 m idi. Bu tumulusun içərisində ölçüsü 4,8×3,8 m olan daş qəbir çuxuru var idi. Qazıntılar zamanı qəbir kameralarının içərisindən bəzi əşyalar da tapılıb. Qazıntılar, bölgənin Frigiya dövründə nekropol ərazisində olduğunu göstərir.[27]

Tender və inşaatın ikinci hissəsinin başlanması

redaktə

Mərasim meydanını əhatə edən binaların tikintisinin aid olduğu inşaatın ikinci hissəsinin tenderi üçün Emin Onatın nəzarəti altında hazırlanan 10.000.000 lirəlik tender sənədi, 12 may 1945-ci ildə Ankaraya gətirildi və Əkrəm Dəmirdaşın nəzarətindən sonra İnşaat və Yenidənqurma İşləri Başçılığına təsdiq üçün təqdim edildi. Tenderdən əvvəl, 1945-ci ilin 16 iyulunda İctimai İşlər Nazirliyi hökumətdən dəyişən qiymətlər əsasında müqavilə imzalamaq üçün icazə tələb etdi. Bu səlahiyyət 23 avqust 1945-ci ildə Nazirlər Şurası tərəfindən təsdiq edildi. 18 avqust 1945-ci ildə Rar Türk şirkəti 21,66 faiz endirimlə tenderi qazandı. Nazirlik ilə şirkət arasında 20 sentyabr 1945-ci ildə müqavilə bağlandı.[28] Anıtqəbirin tikintisi, qrunt tədqiqatının hazırlanması, bünövrə sisteminin dəyişdirilməsi, dəmir-beton və statik hesablamaların aparılması və bu hesablamaların haqqının ödənilməsi səbəbindən ləngidiyi halda, 1947-ci ildə bünövrə tikintisinə başlanıldı. İctimai İşlər Nazirliyinin tələbi ilə Ankara Valiliyi Esənkənt, Sincanköy və Çubuq çayı yataqlarında 1949-cu ilin sonuna qədər tikintidə istifadə üçün dörd qum-çınqıl çuxurunu Rar Türk şirkətinə təsis etdi. 4 noyabr 1945-ci ildə Karabük Dəmir-Polad zavodundan tikinti üçün 35 ton 14 və 18 mm-lik armatur göndərildi. Tikinti və Yenidənqurma İşləri Müdirliyi, 11 noyabr 1947-ci il tarixli məktubu ilə tikintidə istifadə olunacaq sementin Sivas Sement zavodu tərəfindən Rar Türkə göndərilməsinə icazə verdi.[28]

Münsiflər heyətinin “torpaq rəngindən daha açıq rəngli kəsilmiş daşlardan istifadə edilməlidir” təklifinə uyğun olaraq, Əskibazarda daş karxanalarından daşların çıxarılması və hazırlanmasına 1944-cü ildə başlanıldı, həmçinin buradan çıxarılan traverten daşından da istifadə ediləcəkdi. Çanqırı Valiliyi 31 oktyabr 1945-ci ildə Rar Türk şirkətinə bu karxanalardan sarı travertin daşını çıxarmaq üçün lisenziya verdi. Buradan çıxarılan travertinlər İstanbul Texniki Universitetində tədqiq edilmiş və 25 aprel 1947-ci il tarixli hesabata görə daşlarda heç bir problem aşkar edilməmişdi. Mülki Müqavilə Qurumunun Tikinti və Bölgə İşləri Müdirliyinə göndərdiyi 3 noyabr 1948-ci il tarixli məktubda travertin daşlarında dəliklərin olduğu, travertinlərin səthində isə emal olunmağa başlandıqdan sonra dəliklərinrin meydana gəldiyi bildirilmişdir ki, bu da Rar Türklə imzalanan müqaviləyə görə “dəlikli daşlardan heç vaxt istifadə edilməyəcək” şərtinə zidd idi. Ervin Lahın araşdırmalarından sonra hazırlanan hesabatda, bu daşların təbiətən dəlikli olduğu və bu halda heç bir anormal durumun olmadığını bildirildi. Bundan sonra Tikinti və Yenidənqurma İşləri Müdirliyi, şərtnamədə vurğulandığı kimi zədəli materiallardan istifadə maddəsində dəyişiklik elədi.[29] Anıtqəbirin tikintisində istifadə olunan daş və mərmərlər ölkənin müxtəlif yerlərindən gətirilirdi. Ölkədə tikinti üçün daş sənayesi kifayət qədər inkişaf etmədiyindən ölkə daxilində yeni karxanalar açılmaqla yanaşı, karxanaların yerləşdiyi yerlərə yollar çəkilmiş, bura yeni işçi heyətləri cəlb edilmişdir.[30]

Yerüstü tədqiqat işləri

redaktə

Dekabrın 18-də İctimai İşlər Nazirliyi tərəfindən Anıtqəbirin inşa olunacağı ərazinin zəlzələyə davamlılığı baxımından araşdırılmasına qərar verildi. Həmdi Peynircioğlu, 23 yanvar 1945-ci ildə İctimai İşlər Nazirliyi Tikinti İşləri Müdirliyi tərəfindən ərazinin araşdırılması üçün 26 min lirə qarşılığında açılan tenderi qazandı. Yanvarın 24-də başlayan tədqiqat işlərinə uyğun olaraq, Mineral Tədqiqat və Kəşfiyyat Baş İdarəsi tərəfindən bir yoxlama və iki qazma quyusu açıldı. Malik Sayar torpağın geoloji formalaşmasını tədqiq etdi. Peynircioğlu hazırladığı hesabatı 20 may 1945-ci ildə təqdim etdi. Torpağın və qrunt sularının kimyəvi xüsusiyyətlərinin analizi verilmiş hesabat 1945-ci il dekabrın 1-də təhvil verildi.[31] Hesabata əsasən, yerin altında 1 sm²-lik 3,7 kq ağırlığında gil təbəqəsinin olduğu müəyyən edildi. 155 m dərinliyində qaya qatına və eni 1-1,5 m, hündürlüyü 1-2 m, dərinliyi 6-10 m olan qalereya şəkilli boşluqlara da rast gəlindi. Hesabatda qeyd edildiyi kimi, 2,5 m qalınlığında, 4200 m² dəmir-beton təməl üzərində qurulması planlaşdırılan Anıtqəbirin ölçüləri 56 × 70,9 m olan sərt dəmir-beton şüa plitəsi üzərində qurulması qərara alındı.[32]

Hesabatdan sonra layihədə ediləcək dəyişikliklər hüquqi müstəviyə daşındı. Müsabiqənin spesifikasiyasına uyğun olaraq, layihə sahiblərinə ümumi tikinti dəyərinin 3%-nin ödənilməsi qərara alındı. Tikinti dəyəri 3.000.000 lirə təyin olunsa da, 1944-cü ildə bu rəqəm 10.000.000 lirəyə qədər artırıldı. Onat və Arda, Nazirlik ilə aparılan danışıqlardan sonra imzalanan müqaviləyə əsasən 3.000.000 lirəyə qədər tikinti dəyərindən 3%, qalan 7.000.000 lirədən isə 2% qonorar alacaqdılar. Bundan əlavə, memarlar həmçinin hər kubmetr dəmir-beton üçün 1,75% haqq alacaqdılar. Lakin Sayıştay (Türkiyə Respublikasının Konstitusiyası ilə tənzimlənən maliyyə məhkəmə orqanı) müsabiqə şərtnaməsinin 18-ci maddəsini əsas götürərək, binanın dəmir-beton işlərinin də memarlarının vəzifələrinə aid olduğunu bildirib, müqaviləni dövlət qeydiyyatına almadı. Danışıqlardan sonra memarlar heç bir ödəniş almadan bu öhdəlikləri də üzərlərinə götürdülər və bu işlərin aparılması üçün İstanbulda bir mühəndislik şirkəti ilə 7500 lirə qarşlığında razılaşdılar.[33]

Nazirlik, hazırlıq işlərinin ardından dəmir-beton hesablamalarının yenidən aparılmasını tələb etdi. 17 dekabr 1945-ci il tarixli ərizələrində memarlar təməl sisteminə görə aparılacaq hesablamaların daha baha başa gələcəyini və maliyyə imkanlarının bunu qarşılaya bilməyəciyini bildirdilər. Bundan sonra Nazirlik vəziyyəti Dövlət Şurasına bildirdi. 1946-cı il yanvarın 17-də Dövlət Şurası dəyişikliklə əlaqədar olaraq memarlara əlavə ödənişlərin verilməsi ilə bağlı yeni müqavilənin imzalanmasını qəbul etdi. 12 fevral 1946-cı ildə keçirilən iclasda Anıtqəbirin Rasattəpədə tikilməsinə qərar verildi.[34]

Qərarlara uyğun olaraq memarlar layihədə bəzi dəyişikliklər etdilər. Məqbərə torpaq üzərində zəmin əvəzinə, tağlı arakəsmələrlə ayrılmış dəmir-beton hissədə tikiləcəkdi. Nazirlik, Anıtqəbirin tikintisinin ikinci hissəsi üçün müqavilə imzalanan "Rar Türk" şirkətinə ayrılan vəsaitdən ödəniş etmək istəsə də, Sayıştay şirkətlə bağlanmış müqavilənin 10-cu maddəsinə uyğun olaraq bundan imtina etdi. Bunun üzərinə Rar Türk ilə imzalanmış müqaviləyə maddə əlavə edən Nazirlik bu müqavilənin təsdiqi üçün 27 may 1946-cı ildə Dövlət Şurasına müraciət etdi. Şura 8 iyul 1946-cı ildə əlavə müqaviləni təsdiqlədi. Əlavə edilən müddəaya baxılması və lazımi tədbirin görülməsi üçün müqavilə 24 oktyabr 1946-cı ildə Maliyyə Nazirliyinə göndərildi. Maliyyə Nazirliyi nəzərdən keçirdikdən sonra hər iki əlavə müqavilə 19 dekabr 1946-cı ildə Prezident İsmət İnönü tərəfindən təsdiq edildi.[35]

Üçüncü ekspropriasiyalar

redaktə

1946-cı ilin yanvar ayına qədər tikinti sahəsinə müxtəlif tikinti materialları daşıyan "Rar Türk" şirkəti təməl sistemdəki dəyişikliklərdən sonra tələb olunandan daha çox beton və dəmir aldıqları üçün zərər etdiklərini Tikinti Nazirliyinə bildirdi. Nazirlik bu tələbi məqsədəuyğun hesab edib, yaranan 240 min lirə qiymət fərqinin ödənilməsi üçün əlavə müqavilə hazırladı və baxılması üçün müqaviləni Dövlət Şurasına təqdim etdi. Dövlət Şurası əlavə müqaviləni təsdiq etmədikdən sonra, 17 iyun 1947-ci ildə TBMM Baş Məclisində İctimai İşlər naziri Cövdət Kərim İncədayı Dövlət Şurasının qərarının şirkətə zərər verdiyini, işin ləngiməsi nəticəsində hökumətin təxminən 1,5 milyon lirə zərər görəcəyini bildirsə də, Dövlət Şurası, 7 iyul 1947-ci il tarixli qərarı ilə şirkətin tələb etdiyi qiymət fərqinin ödənilməsindən imtina etdi. Bu qərardan sonra İctimai İşlər Nazirliyi, şərtlər nə olursa olsun Rar Türkdən iş proqramının 16 iyul 1947-ci ildə verilməsini tələb etsə də, 28 iyul 1947-ci il tarixli məktubunda görüləcək işlərin tender qiymətinin 20%-dən çox olması və buna görə də işlərin iş proqramında göstərildiyi müddətdə başa çatmasının mümkün olmadığını bildirdi. Nazirlik, şərtnamənin üçüncü maddəsinə əsaslanaraq, 21 iyun 1946-cı ildə, görüləcək işlərin tender qiymətinə uyğun olduğunu bildirdi. Rar Türkün iddialarını əsassız hesab edən Nazirlik, on gün ərzində iş qrafikinin verilməsi və iyirmi gün ərzində işin istənilən səviyyəyə çatdırılmasını tələb etdi. Tələbnamənin yerinə yetirilməməsi qarşılığında Nazirlik 16 iyul 1947-ci il tarixli bildirişə uyğun olaraq hüquqi yollara baş vuracağını bildirdi.[36]

27 iyun 1947-ci ildə Nazirlər Şurası inşaat sahəsi üçün daha 29848 m² torpaq sahəsinin ekspropriasiyasına qərar verdi. Sonradan 23422 m² torpaq sahəsi dəəlavə edildi. Lakin 1947-ci ildə ekspropriasiya qərarı çıxarılan 65120 m²-lik torpaq sahəsi 1950-ci ilə qədər ekspropriasiya edilmədiyi üçün 21 sentyabr 1950-ci ildə hökumət pula qənaət edərək bu torpaqları ekspropriasiya planından çıxardı.[17]

Emin Onat 27 noyabr 1947-ci ildə verdiyi müsahibəsində torpağın qazılması, məqbərə hissəsinin alt-beton və izolyasiyası, birinci mərtəbə və giriş hissə pilləkənlərinin dəmir-betonunun tökülməsi prosesinin başa çatdığını bildirib.[37] İctimai İşlər Nazirliyi 1946-cı ildə Anıtqəbirin tikintisinə 1 milyon 791 min 872 lirə xərclədiyi halda, 1947-ci ildə bu məbləğ 452 min 801 lirə olmuşdur. 1947-ci il Büdcə Qanununda edilən dəyişikliklərə əsasən Anıtqəbirin inşaasına xərclənən müavinətdən 2 milyon lirə Milli Müdafiə Nazirliyinə keçirildi.[37]

İnşaatın təkrar başlanması və mübahisələrin həlli

redaktə

15 may 1948-ci il tarixli qəzetlər "Rar Türk" şirkəti ilə İctimai İşlər Nazirliyiarasında mübahisələrin həll olunduğu və tikintinin yenidən başladığı haqqında yazırdılar. Lakin gələcək 1949-cu ildə ildə Rar Türk İctimai İşlər Nazirliyinə qarşı 2 milyon lirəlik təzminat davası açacaqdı.[38] İnşaatın yenidən başlanması ilə Ankara Universiteti Ali Tələbə Birliyi tələbələri səlahiyyətlilərdən icazə alaraq 1948-ci il mayın 17-dən başlayaraq müəyyən müddətliyinə inşaatda çalışdılar.[38] 1948-ci il iyulun 30-da inşaat ərazisini ziyarət edən İctimai İşlər naziri Nihad Erim məqbərənin dəmir-beton bünövrəsinin, xiyabanının, mühafizə qüllələrinin 1948-ci ilin sonuna kimi tamamlanacağını, köməkçi binaların inşaasına başlanılacağını, bağ və meşəsalma işlərinin davam etdiriləcəyini bildirdi. 1949-cu ildə məqbərə və köməkçi binaların tamamlanmasına 10 milyon lirə, qalan tikinti işləri üçün isə 14 milyon lirə ödəniləcəyini açıqladı.[38] 26 fevral 1949-cu ildə İctimai İşlər naziri Şövkət Adalan tikintinin üç il ərzində tamamlanacağını bildirdi.[39]

Ulus qəzetinin 1949-cu il 10 noyabr tarixli buraxılışındakı məlumata əsasən, xiyaban və xiyabanın girişindəki iki giriş qülləsinin tikintisi tamamlanarkən yolun hər iki tərəfinə mərmərdən 24 şir heykəlinin qoyulması nəzərdə tutulmuşdu. Məqbərə ilə üzbəüz 84 m-lik kolonadanın dəmir-beton təməl və döşəmə işləri, çöl hissəsinin daş üzlənməsi tamamlanarkən, yuxarı hissədə daş sütunların və tağların tikintisi işi davam edirdi. İdarə və muzey binalarının da özülünün dəmir-beton plitələri tamamlanmışdı. Məqbərənin 11 m hündürlüyündəki dəmir-beton özülü, onun üzərindəki 3500 m²-lik dəmir-beton plitə də tamamlandı. Özülün yuxarı hissəsindən başlayaraq fəxri zalın aşağı hissəsinə qədər müxtəlif daşlardan, tağlardan ibarət ara divarlar 2 m-ə qədər qaldırılmış, məqbərənin yanındakı 11 m-lik divarlar tikilmiş və sarı daş divarların 1000 m hissəsi tamamlanarkən ara sütunların yığılmasına başlanılmışdır.[39] 1948-ci ildə tikintiyə 2 milyon 413 min 88 lirə, 1949-cu ildə isə 2 milyon 721 min 905 lirə xərclənmişdi. 1946-1949-cu illər arasında tamamlanan Anıtqəbirin ikinci hissəsinin tikintisinə cəmi 6 milyon 370 min 668 lirə xərclənmişdi.[38]

4677 saylı Atatürk Anıtqəbirinin İnşası Qanununa əsasən inşaat üçün nəzərdə tutulan 10.000.000 lirə vəsait 1950-ci ilə qədər tükəndiyi üçün Baş Nazirlik inşaat üçün 14.000.000 lirəlik əlavə vəsaiti tənzimləyən qanunu 1950-ci il fevralın 1-də Məclisə təqdim etdi. Qanun layihəsinin mətnində inşaatın vəziyyəti və 1950-ci ilin sonuna qədər hansı işlərin görüləcəyi də qeyd olunmuşdu. Təqdim edilən mətnə görə, məqbərənin özülünün tikintisi tamamilə başa çatdırılmış, məqbərənin yardımçı tikililərinin və inzibati binaların, muzeyin qəbul bölmələrinin çətin işləri görülmüşdü. Xiyaban və giriş qüllələrinin tikintisi ilin sonunadək başa çatdırılacaqdı. Həmçinin 65 000 m² ərazinin ekspropriasiyası, məqbərədə asma mərtəbənin yuxarı hissəsinin tikintisi, yardımçı tikililərin tikintisinin başa çatdırılması, hər cür üzlük, quraşdırma və bəzək işlərinin və döşəmənin döşənməsi, istinad divarları, yol kənarlarında ağacların əkilməsi və hər cür təsisat işlərinin tamamlanacağı mətndə verilmişdi. 1950-ci il fevralın 4-də Parlamentin İctimai İşlər Komissiyasında müzakirə edilərək qəbul edilən və Büdcə Komissiyasına göndərilən qanun layihəsi fevralın 16-da qəbul edilərək Parlamentin Baş Məclisinə göndərildi. Qanun layihəsi martın 1-də TBMM-in Baş Assambleyasında müzakirə edilərək qəbul edildi və martın 4-də Türkiyə Cümhuriyyəti Rəsmi Qəzetində dərc olunaraq, qanuniləşdirildi.[40]

1950-ci il aprelin 3-də İctimai İşlər naziri Adalan, Baş Nazirliyə göndərdiyi məktubda məqbərə təməli, ara mərtəbəsi və digər tikililərin dam örtüyünün çətin işlərinin tamamlanmaq üzrə olduğu, artıq inşaatın üçüncü hissəsi üçün növbəti günlərdə tenderin keçiriləcəyi və bu səbəbdən Anıtqəbirə yazılacaq yazılar, heykəl, relyef və muzeyində olacaq əşyaların müəyyən edilməlisinin zəruri olduğunu bildirdi. Adalan həmçinin məktubundanövbəti mərhələdə işlərin həyata keçirilməsi üçün Milli Təhsil Nazirliyi, Ankara UniversitetiTürk Tarix Qurumundan seçiləcək üzvlərdən, İctimai İşlər Nazirliyinin nümayəndələri və layihə memarlarından ibarət komissiyanın yaradılmasını təklif etdi. Bu təklifə uyğun olaraq 3 may 1950-ci ildə, Ankara Universitetindən Əkrəm Akurqal, Türk Tarix Qurumundan Xəlil Dəmircioğlu, İctimai İşlər Nazirliyi nəzdində İnşaat və İnkişaf İşləri başqanı Səlahəddin Onat, İnşaata nəzarət şefi Səbihə Gürayman və layihə memarlarından Orhan Ardadan ibarət komissiya ilk iclasını keçirdi. Bu görüşdə tikinti sahəsi incələndikdən sonra mövzuya Milli Təhsil Nazirliyinin təyinatı ilə, Ankara Universiteti Türk İnqilab Tarixi İnstitutu, İstanbul Universiteti Ədəbiyyat Fakültəsi və İstanbul Texniki Universitetindən bir nümayəndə, İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasından iki nümayəndə, habelə "Atatürk İnqilabları ilə yaxından əlaqəsi olan üç mütəfəkkir"in iştirakı ilə daha üzvlərinin sayı daha çox olan yeni bir komissiya tərəfindən baxılmasına qərar verildi. Komissiyanın növbəti iclası 1950-ci il mayın 14-də keçirilən ümumi seçkilərdən sonrakı vaxta təyin edildi.[41]

Demokrat Partiyası dövründə layihədə dəyişikliklər

redaktə
 
1944-cü il tarixli Anıtqəbir maketi.[13]

Seçkilərdən sonra hakimiyyətə gələn Demokrat Partiyası 1923-cü ildə respublikanın elan edilməsindən sonra Cümhuriyyət Xalq Partiyasından başqa hökumət quran ilk partiya oldu. Prezident Cəlal Bayar, Baş nazir Adnan Menderes və İctimai İşlər naziri Fəxri Bələn yeni qurulan hökumətin parlamentdə etimad səsverməsi almasından 6 gün sonra, 6 iyun 1950-ci ildə Anıtqəbir inşaat ərazisini ziyarət etdilər. Bu ziyarət zamanı memar və mühəndislər tikintinin ən tez 1952-ci ildə başa çatdırılacağını bildirdilər. Ziyarətdən sonra, inşaatın tez başa çatdırmasını hədəfləyən Bələnin rəhbərliyi ilə İctimai İşlər Nazirliyinin müşaviri Muammər Çavuşoğlu, Pol Bonatz, Sədat Haqqı Əldəm, Emin Onat və Orhan Ardanın da olduğu komissiya yaradıldı. Menderes açıqlamasında daha əvvəl ekspropriasiyasına qərar verilən torpaqların ekspropriasiya olunmayacağını bildirdi və bu yolla 6-7 milyon lirəyə qənaət ediləcəyini, nəticədə tikintinin daha sürətlə davam edərək "bir neçə aya" tamamlanacağını iddia etdi. Tikintinin daha tez başa çatdırılması və xərclərə qənaət edilməsi məqsədilə layihədə bəzi dəyişikliklər edildi. 1950-ci ilin avqustunda İctimai İşlər Nazirliyinin məsul şəxsləri məqbərə binasının sarkofaq yerləşən hissəsinin tam açıq və sütunsuz qurulmasını planlaşdırdılar.[42]

Komissiyanın hazırladığı hesabat 20 noyabr 1950-ci ildə səlahiyyətli orqanlara göndərildi. Hesabatda xərcləri azaltmaq üçün üç variant qiymətləndirildi. Hesabatda tövsiyə olunan variant məqbərənin kolonnadan yuxarı qalxan hissəsinin götürülməsi idi. Xarici memarlıqda təklif olunan bu dəyişikliklər daxili memarlıqda da bəzi dəyişikliklərə yol açdı. Örtülü Fəxri zal əvəzinə, sarkofaqın açıq yerdə yerləşdirilməsi, əsl məzarın isə sarkofaqın yerləşdiyi platformadan bir mərtəbə aşağıda, torpaqda yerləşməsi təklif edildi.[43] 27 noyabr 1950-ci ildə İctimai İşlər Nazirliyi tərəfindən Nazirlər Şurasının təsdiqinə verilən hesabat Nazirlər Şurasının 1950-ci il 29 noyabr tarixli iclasında qəbul edildi. 30 dekabr 1950-ci ildə İctimai İşlər naziri Kamal Zeytinoğlunun keçirdiyi mətbuat konfransın da, edilən dəyişikliklərlə layihənin 1952-ci ilin noyabrında tamamlanacağı, tikinti və ekspropriasiya xərclərinə təxminən 7 milyon lirə qənaət ediləcəyi bildirildi.[44]

Rar Türklə mübahisəni həll etmək üçün İctimai İşlər Nazirliyi Maliyyə Nazirliyinə 1950-ci il 21 iyulda məktub göndərərək şirkətlə əlavə müqavilə bağlamaq barədə Nazirliyin rəyini soruşdu. Maliyyə Nazirliyinin müsbət cavabından sonra İctimai İşlər Nazirliyinin təklifi ilə Nazirlər Şurasının 1950-ci il 21 sentyabr tarixli iclasında şirkətlə əlavə müqavilə bağlamaq haqqında qərar qəbul edildi. Bu qərardan sonra şirkətə 3 milyon 420 min 584 lirə əlavə ödəniş edildi.[45]

Sarkofaqın yerləşdiyi məqbərə binasının ara mərtəbəsi tikintisi 1950-ci ilin sonunda başa çatdırıldı.[46] 1951-ci ilin martında məqbərə binasının əsas beton konstruksiyası başa çatdırıldı və onu yardımçı tikililərlə birləşdirən vestibüllərin tikintisinə başlandı.[46] 1951-ci il 18 aprel tarixli mətbuat konfransında Kamal Zeytinoğlu tikintinin 1952-ci ilin sonunda tamamlanacağını bildirsə də, Emin Onat bu tarixin 1953-cü il olacağını vurğuladı. Onat həmçinin məqbərə tavanının qapalı tikiləcəyini və tavanının qızıl zərlə bəzədiləcəyini, tavan hissəsinin yenidən dəyişdiriləcəyini bildirdi.[47] 35 m olan məqbərənin hündürlüyünün 28 m-ə qədər azaldılması müəyyən edildi. Fəxri zalın daş tonozlu günbəzi dəmir-beton günbəzlə əvəz edildi.[48] Anıtqəbirin tikintisi ilə bağlı Tender Qanununun 135-ci maddəsində, layihədə dəyişiklik edildikdən sonra tikintinin 1951-ci il noyabrın 10-da başa çatdırılacağı bildirilirdi. 1951-ci il 16 may tarixli Büdcə Komissiyasının hesabatında bu dəyişikliklə tikintidə 6 milyon lirə qənaət edildiyi və tikintinin 1952-ci ilin noyabrında başa çatdırılacağı bildirilirdi. 1 noyabr 1951-ci ildə Cəlal Bayar, 15 yanvar 1952-ci ildə Kamal Zeytinoğlu çıxışlarında, tikintinin 1952-ci ilin noyabrında başa çatacağını söylədilər. Tikinti üçün 1944-cü ildə 10 milyon lirə, 1950-ci ildə 14 milyon lirə olmaqla cəmi 24 milyon lirə vəsait ayrılmışdı.[49]

İnşaatın üçüncü hissəsinin tender və tikintisi

redaktə

İkinci hissənin tikintisi davam edərkən, Hədəf Ticarət üçüncü hissənin tikintisi üçün 1950-ci il 11 sentyabrda açılan tenderi 2 milyon 381 min 987 lirə maliyyə dəyəri ilə qazandı. İnşaatın bu hissəsi; Anıtqəbirə gedən yollar, Aslanlar yolu və mərasim sahəsi, daş üzlük işləri, məqbərə binasının yuxarı mərtəbəsi, pilləkənlərin tikintisi, sarkofaq daşının dəyişdirilməsi və quraşdırma işlərini əhatə edirdi. Mərasim sahəsində istifadə edilən qırmızı travertinlər Boğazköprüdən, qara travertinlər isə Kumarlı bölgəsindəki karxanalardan gətirilirdi. 1951-ci il tikinti mövsümünün əvvəllərində Anıtqəbirin köməkçi binalarını əhatə edən qarovul, qəbul, fəxri və muzey salonlarının dam örtükləri bağlanmağa başlandı, Aslan yolunda son işlər tamamlandı. 3 avqust 1951-ci il tarixli məktubla alınan icazədən sonra məqbərə binası və yardımçı tikililərin dam örtüyünün örtülməsi üçün Almaniyadan gətirilmiş 100 ton qurğuşundan istifadə edilmişdi. [46]

İnşaatın dördüncü hissəsinin tender və tikintisi

redaktə

Rar Türk, Hədəf Ticarət və Müzəffər Budaq şirkətləri tikintinin dördüncü və sonuncu hissəsi üçün 6 iyun 1951-ci ildə keçirilən tenderdə iştirak etdilər. Müzəffər Budağın şirkəti təxmini 3 milyon 90 min 194 lirəylə tenderin qalibi oldu.[50] İnşaatın bu hissəsinə Fəxri zalın döşənməsi, bəzək və mərmər işlərinin tikintisi daxil idi. Şirkətin 24 iyul 1951-ci ildə İctimai İşlər Nazirliyinə təqdim etdiyi ərizədə, məqbərənin sütunlarının tikilməsi üçün Əskibazar travertin karxanalarından gətiriləcək travertinlərin az olacağı səbəbindən, Kayseridəki karxanalardan daşların gətirilməsi təklifi qeyd olunmuşdu. Təklif qəbul edildikdən sonra tikintidə Kayseridən gətirilən bej rəngli daşlardan da istifadə olundu. Bu daşlardan pilləkənlərin, Aslan yolunun döşəməsində istifadə edildi. Tikintidə, Həsəndərədən gətirilən yaşıl mərmər, Hataydan gətirilən qırmızı mərmər, Afyonqarahisar, Çanaqqaladan gətirilən mərmər, Adanadan gətirilən qara mərmər, Haymana və Poladlıdan gətirilən mərmərlərdən istifadə edildi.[51][52] Sarkofaqın tikintisində Osmaniyə Nur dağlarından gətirilən mərmərlər istifadə edildi.[51]

Heykəl, relyef və yazıların müəyyən edilməsi və tətbiqi

redaktə
   
Aslanlı yolun girişində kişi (yuxarıda) və qadın heykəl qrupları

Anıtqəbirin muzey bölməsinə daxil ediləcək relyef, heykəl, kitabə və əşyaları müəyyən etmək üçün yaradılan komissiya, 3 may 1950-ci ildə keçirdiyi ilk iclasında daha çox üzvə ehtiyac olduğunu açıqladı. 1951-ci ilin avqustunda keçirilən ikinci iclasda Anıtqəbirə qoyulacaq heykəl, relyef və yazıların mövzularının Atatürkün İstiqlaliyyət müharibəsiAtatürk islahatları ilə əlaqəli olmasına qərar verildi. Yazıların seçilməsi üçün Ənvər Ziya Karal, Afət İnan, Mükərrəm Kamil Su, Faiq Rəşid Unat və Ənvər Behnan Şapolyodan ibarət alt komissiyanın yaradılmasına qərara verildi. Heykəltəraşlıq və relyeflərlə bağlı rəssamlara üslub baxımından hər hansı göstəriş vermək səlahiyyətlərinin olmadığını bildirən komissiya, bunları müəyyən etmək üçün Əhməd Həmdi Tanpınar, Əkrəm Akurqal, Rudolf Bellinq, Həmid Kəmali Söyləməzoğlu, Emin Onat və Orxan Ardadan ibarət alt komissiya yaradılmasına qərar verdi.[53]

Yeni üzvlərində iştirak etdiyi 1951-ci il 1 sentyabr tarixli iclasda Anıtqəbirdə yer alacaq heykəl və relyeflərin binanın memarlığına uyğun monumental və təmsilçi əsərlər olması, istənilən mövzunu olduğu kimi təkrarlamaması müzakirə edildi. Rəssamlar əsərlərin mövzularını müəyyənləşdirərkən belə üslub baxımından onlara istiqamət verildi. Xiyabanın girişində "Atatürkə hörmət və abidəyə gələnləri onun mənəvi hüzuruna hazırlamaq üçün” iki postament üzərində bir qrup heykəl və ya relyef tikmək qərara alındı. Bu əsərlər "sakitlik və rahatlıq mühitini tamamlamaq, Atatürkün ölümü və ya əbədiyyəti fikrini və bu ölüm səbəbiylə Atatürkün xilas edib böyütdüyü nəsillərin yaşadığı dərin ağrıları ifadə etmək" məqsədini daşıyırdı. Xiyabanın hər iki tərəfində "güc və əmin-amanlığı təlqin edən" 24 şir heykəlinin oturan və uzanan vəziyyətdə olması qərara alındı. Anıt məzara aparan pilləkənlərin hər iki tərəfində biri Sakarya, digəri isə Dumlupınar döyüşünü əks etdirən relyef kompozisiyasının və Atatürk islahatları mövzusunda relyefin həkk olunması qərara alındı. Anıt məzarın giriş qapısının bir tərəfində "Gənclərə müraciət", digər tərəfində isə "Onuncu il nitqi"nin yazılması qərara alındı. Anıtqəbirdəki on qülləyə Hürriyyət, İstiqlal, Məhmətciq, Zəfər, Müdafaa-i Hüquq, Cümhuriyyət, Barış, 23 Aprel, Misak-ı Milli və İnqilab adları verildi.[54]

Anıtqəbirdə yer alacaq mətnlərin müəyyən edilməsindən məsul olan alt komissiyanın 1951-ci il 14, 17 və 24 dekabr tarixli iclaslarından sonra, komissiya 1952-ci il 7 yanvar tarixli iclasında qəbul etdiyi qərarlardan ibarət hesabat hazırladı. Komissiya yazılacaq mətnlərdə yalnız Atatürkün sözlərinin yer almasına qərar verdi. Qüllələrin üzərində yazılacaq mətnlərin qüllə adlarına uyğun seçilməsi qərara alındı. Anıtqəbir layihəsinə görə, sarkofaqın arxasındakı pəncərəyə Atatürkün "Mənim təvazökar bədənim bir gün mütləq toza dönəcək, amma Türkiyə Cümhuriyyəti əbədi olaraq yaşayacaq” sözlərinin yazılması planlaşdırılsa da, komissiya bu istiqamətdə qərar qəbul etmədi.[55]

   
İstiqlal qülləsinin daxili (yuxarıda) və Misak-i Milli qülləsinin xarici divarındakı relyeflər

Mövzusu müəyyənləşmiş 19 heykəl və relyef üçün yalnız türk sənətçilərinin iştirakına açıq müsabiqə keçirildi. Müsabiqə başlamazdan əvvəl relyeflər üçün hazırlanmış spesifikasiyalara əsasən, qüllələrin xaricindəki relyeflərin dərinliyi daş səthdən 3 sm, qüllə daxilində isə 10 sm olacaq, gipsdən hazırlanmış maketlər isə daş texnikasına uyğun işlənəcəkdi. Müsabiqə üçün yaradılmış münsiflər heyətinə İnşaat və Yenidənqurma İşləri şöbəsinin müdiri Səlahəddin Onat, Milli Təhsil Nazirliyindən ədəbiyyat müəllimi Əhməd Qüdsi Tecer, İstanbul Texniki Universiteti Memarlıq fakültəsindən Pol Bonatz, Memarlıq fakültəsindən Rudolf Bellinq, Türkiyə Rəssamlar Birliyindən rəssam Mahmud Cuda, Türkiyə Mühəndislər Birliyindən memar və mühəndis Mükbil Göydoğan, memar Bahaəddin Rəhmi Bədiz, Anıtqəbir memarları Emin Onat və Orhan Arda daxil idilər.[17]

173 əsərin təqdim olunduğu müsabiqə 1952-ci il yanvarın 19-da başa çatdı. 26 yanvar 1952-ci ildə açıqlanan nəticələrə görə, girişdəki kişi və qadın heykəl qrupları və xiyabandakı aslan heykəlləri Hüseyn Anka Özkana, türbəyə aparan pilləkənlərin sağında Sakarya döyüşünün təsvirini verən relyef İlhan Komana, solda Dumlupınar döyüşü döyüşü ilə bağlı relyef, İstiqlal, Mehmetçik və Hürriyyət qüllələrindəki relyefləri Zühtü Müridoğluna, xitabət kürsüsü və bayraq dirəyinin altındakı relyef Kənan Yontunca, İnqilab, Sülh, Hüquqların müdafiəsi və Milli Pak qüllələrində relyeflərin qurulması Nusrət Sumana həvalə edildi. 23 Aprel qülləsi relyefi üçün birinciliyə layiq əsər tapılmadığından ikinci olan Haqqı Atamulunun əsərinin tətbiqinə qərar verildi. Cümhuriyyət və Qələbə qüllələrinə gəlincə, "mövzunun təfsilatlı şərhini verə biləcək" əsər tapılmadığından bu qüllələr üzərindəki relyeflərdən imtina edildi. 1951-ci il sentyabrın 1-də keçirilən iclasda sarkofaqın yerləşdiyi Fəxri zalın yan divarlarında edilməsi planlaşdırılan relyeflər, mövzuya uyğun əsərin tapılmaması səbəbiylə ləğv edildi.[56]

1952-ci il avqustun 8-də Nazirlər Şurası Tikinti İşlərinin Azaldılması Komissiyasına müsabiqənin qaliblərinə müxtəlif ölçülü maketlərin tikintisinə dair müqavilənin tenderini həvalə etmək səlahiyyətini verdi. 1952-ci il avqustun 26-da heykəllər və relyeflərin daşlara tətbiqi üçün Müsabiqədə qalib gələn türk sənətçilərin və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdən "bu sahədə tanınmış şirkətlərin" iştirakına açıq beynəlxalq tenderin keçirilməsi qərara alındı. İtaliyada yerləşən MARMI şirkəti tenderin qalibi oldu.[57]

 
Aslanlar yolundakı şir heykəllərindən birinin görünüşü

1952-ci il oktyabrın 8-də Hüseyn Özkanla aslan heykəlləri üçün müqavilə imzalandı. Heykəllərin 1:1 miqyaslı maketləri 1953-cü il 29 iyun münsiflər heyəti tərəfindən təsdiq edildikdən sonra, kişi və qadın heykəlləri 1953-cü il sentyabrın 5-də quraşdırıldı. Sülh, Milli Pakt və İnqilab motivli relyeflər isə 1952-ci il iyulun1-də quraşdırıldı. Bu əsərlərin maketləri 1952-ci il noyabrın 21-də münsiflər heyəti tərəfindən qəbul edilmişdi. Hüquq qülləsi relyefi motivləri Nüsrət Sumana; Sülh, Milli Pakt və İnqilab qüllələrindəki relyeflərin motivləri isə MARMI şirkətinə aid idi. İstiqlal, Hürriyyət və Mehmetçik qüllələri və Dumlupınar döyüşü motivli relyefləri hazırlayan Zühtü Müridoğlu, qüllə relyeflərinin 29 may 1953-cü ilə qədər bitirə biləcəyini bildirdi. Nazirlik ilə İlhan Koman arasında 6 oktyabr 1952-ci ildə Sakarya döyüşün motivli relyef üçün müqavilə imzalandı. Koman relyefin bir hissəsini 28 may 1953-cü ildə Ankaraya göndərərkən, ikinci hissəsini 15 iyul 1953-cü ildə tamamladı. Nazirlik və Haqqı Atamulu arasında 10 dekabr 1952-ci ildə 23 Aprel qülləsinin relyefi üçün müqavilə imzalandı. Münsiflər heyəti 7 may 1952-ci ildə Kənan Yontunç tərəfindən hazırlanmış bayraqlı relyef maketlərini və kürsü bəzəklərini qəbul etdi.[58]

 
Anıt məzar binasının çöl hissəsindəki “Onuncu il nitqi” mətni

Bellinq, Arda və Onatdan ibarət komitə 29 iyun 1953-cü ildə Müdafaa-i Hüquq qülləsinin çöl tərəfinə tətbiq olunan relyefi qənaətbəxş hesab etməyib, relyeflərin yaxından görünə biləcək ölçüdə hazırlanmasını xahiş etdi. Bu relyefdən sonra Hürriyyət, İstiqlal, Mehmetçik, 23 Aprel və Misak-ı Milli qüllələrinin xarici səthlərində ediləcək relyeflərin italyan mütəxəssislər tərəfindən hazırlanmasına qərar verildi. Nüsrət Sumanın hazırladığı relyefin çıxış kürsüsünə tətbiq etməsi qərara alındı.[59] "MARMI" şirkəti tərəfindən hazırlanan heykəltəraşlıq və relyef tətbiqlərinə 1954-cü ilin aprel-may ayları arasında müəyyən dəyişikliklər edildi.[60]

4 iyun 1953-cü ildə hökumət tərəfindən komissiyanın hesabatında göstərilən yerlərə müəyyən edilmiş sözlərin yazılması üçün Avropa İqtisadi Əməkdaşlıq və İnkişafı Təşkilatına üzv olan şirkətlərin və türk sənətçilərin müraciətlərinə açıq beynəlxalq tenderin keçirilməsinə qərar verdi. Emin Barın 17 iyul 1953-cü ildə Tikinti və Yenidənqurma İşləri Nazirliyinin keçirdiyi tenderi qazandı. Anıt məzarın girişindəki “Gəncliyə xitab” və “Onuncu il nitqi” mətnləri Səbri İrtəş tərəfindən qızıl vərəqlə üzləndi.[61]

Mozaika, freska və digər detalların müəyyən edilməsi və tətbiqi

redaktə

Anıtqəbirdə istifadə olunacaq mozaika motivlərinin müəyyənləşdirilməsi vəzifəsi layihə memarları tərəfindən Nəzih Əldəmə həvalə edildi. Fəxri zalın giriş və daxili tavanında, Atatürkün sarkofaqının yerləşdiyi yerin tavanında, Fəxri zalın yan qalereyalarını əhatə edən xaçlı tonozların səthində, Atatürkün dəfn otağında və qüllələrin pəncərələrinin üstündəki tağ transomlarında mozaika bəzəklərindən istifadə edildi. Əldəm Anıtqəbirdə Fəxri zalın mərkəzi hissəsindəki mozaikadan başqa bütün mozaika bəzəklərini dizayn edib. Fəxri zalın tavanına əlavə olunacaq mozaika motivləri üçün Türk və İslam Sənətləri Muzeyində olan XV-XVI əsrlərə aid türk xalça və kilimlərindən götürülmüş on bir motiv birləşdirilərək yeni kompozisiya yaradıldı. O dövrdə Türkiyədə mozaika bəzəyi tətbiq edilmədiyi üçün 1951-ci ilin oktyabrında İctimai İşlər Nazirliyi Avropa ölkələrinin səfirlərinə məktub göndərərək, öz ölkələrində mozaika işləri görən şirkətlər haqqında məlumat verilməsini istədi. 1952-ci ilin 6 fevralında Nazirlər Şurası mozaika tətbiqləri üçün tenderin açılması barədə qərar qəbul etdi. Tender keçirilməzdən əvvəl 1952-ci ilin 1 martında alman və italyan firmalarından götürülmüş mozaika nümunələri araşdırıldıqdan sonra İtaliya şirkətinin mozaikalarından istifadə edilməsinə qərar verildi. Mozaika tətbiqləri üçün İtaliyaya göndərilən və təxminən 2,5 il orada qalan Nəzih Əldəm bütün mozaikaların 1:1 miqyaslı çertyojlarını çəkdi. Rəsmlərə uyğun olaraq İtaliyada istehsal edilən mozaikalar hissə-hissə Ankaraya göndərilərək, 22 iyul 1952-ci ildə İtalyan komandası tərəfindən tətbiqinə başlanmış və icrası 1953-cü il noyabrın 10-dək davam etmişdi.[17][62] Nəticədə 1644 km²-lik sahə mozaika ilə örtüldü.[63]

Monumental türbəni əhatə edən sütunlar, yardımçı tikililərin qarşısındakı portiklər, qüllələrin tavanları freska texnikası ilə bəzədilmişdi. Freskaların tikintisi üçün 27 mart 1953-cü ildə elan edilən təxmini dəyəri 84.260 lirə olan tenderi Tarık Levendoğlu qazandı. 1953-cü il aprelin 11-də imzalanan müqavilənin şərtnaməsində freska motivlərinin rəhbərlik tərəfindən veriləcəyi qeyd olunmuşdu. Freskaların işlənməsinə isə 30 aprel 1953-cü ildə başlanıldı. Portikonun tavanları 1953-cü il iyulun 1-də, Fəxri zalın sütunları 5 avqust 1953-cü ildə, bütün freska işləri isə 10 noyabr 1953-cü ildə tamamlandı.[17] 1954-cü il sentyabrın 11-də məqbərə binasının quru freska işləri və dəmir pilləkənləri üçün tender elan edildi.[17]

Mərasim meydanın döşəməsindəki xalça motivləri müxtəlif rəngli travertinlərdən istifadə edilərək qurulmuşdu. Mərasim meydanını əhatə edən bina və qüllələrə, yağış suyunu boşaltmaq üçün travertin qarqoylları da əlavə edilmiş, qüllə divarlarına müxtəlif ənənəvi türk motivləri də işlənmişdi.[17] Əsas layihəyə əsasən, Fəxri zalda "Altı oxu" təmsil edən altı məşəl Demokrat Partiya dövründə on ikiyə çatdırılmış, həmçinin zalın qapısı, sarkofaqın arxasındakı pəncərə, bütün qapı və pəncərə barmaqlıqları tikilmişdi. Bürünc qapı və məhəccərlər üçün ilk dəfə Almaniyada fəaliyyət göstərən bir şirkətlə müqavilə bağlansa da, bu müqavilə “işlərin gözlənildiyi kimi getmədiyi” səbəbi ilə ləğv edildi və 26 fevral 1953-cü ildə İtaliyanın "Veneroni Prezati" şirkəti ilə müqavilə imzalandı. Nəzih Əldəmin dizayn etdiyi məhəccərlərin hazırlanması üçün 359 min 900 lirə ödənildi, onların yığılması isə 1954-cü ilin aprelindən sonra gerçəkləşdirildi.[17][64][63]

Yaşıllaşdırma və meşəsalma işləri

redaktə
 
Anıtqəbir və ətrafının səmadan görünüşü

Anıtqəbir tikilməmişdən əvvəl Rasattəpə yaşıllığı olmayan boş torpaq sahəsi idi. İnşaata başlamazdan əvvəl 1944-cü ilin avqust ayında ərazidə meşə salınmasını təmin etmək məqsədilə 80 min lirə dəyərində su təchizatı işləri aparılmışdır. Anıtqəbir və ətrafının landşaft planlaşdırılmasına 1946-cı ildə Sədri Aranın rəhbərliyi ilə başlanıldı. Bonatzın təkliflərinə əsasən formalaşan mənzərə layihəsinə görə, Anıtqəbirin yerləşdiyi Rasattəpə mərkəz olaraq, təpənin mərkəzindən başlayaraq ətrafına doğru meşə zolaqları salınacaq, bəzi universitet və mədəniyyət binalarının yerləşdiyi yaşıllıq zolaqları yaradılacaqdı. Plana əsasən, kənardakı hündür və iri yaşıl ağaclar abidəyə yaxınlaşdıqca qısaldılacaqdı. Aslanlı yol hər iki tərəfdən salınacaq sərv ağaclarından ibarət yaşıl hasarlarla şəhər mənzərəsindən ayrılacaqdı. Aslan yolunun hər iki tərəfində dörd cərgə əkilən qovaq (Populus) ağacları 1960-cı illərdə çox böyüdüyü və məqbərənin görünüşünə maneə törətdiyi səbəbi ilə çıxarıldı. Onların yerinə ardıc ağacları (Juniperus virginiana) əkildi.[17][13]

İstanbul Texniki Universitetinin professor-müəllim heyətindən ibarət zəlzələ komissiyasının 1948-ci il 11 dekabr tarixli hesabatında Rasattəpənin yamac və dağətəyi ərazilərinin meşələrlə örtülməsi, torpağın eroziyaya qarşı qorunmasında çox faydalı olduğu vurğulanmışdı. İctimai İşlər naziri Qasım Gülək və Sədri Aranın iştirakı ilə 4 mart 1948-ci ildə keçirilən toplantıda Anıtqəbirdə abadlıq işlərinin başlanılmasına, layihə üçün lazım olan ağac və bəzək bitkilərinin Ankaranın kənarındakı Çubuq Barajı fidanlıqlarından gətirilməsinə qərar verildi. Abadlıq işlərinə başlamazdan əvvəl Ankara Bələdiyyəsi tərəfindən 3000 m³ torpaq gətirilərək parkın hamarlanması işləri başa çatdırıldı. 1948-ci ilin may ayında fidanlıq evi yaradıldı və rayonda meşəsalma işlərinə başlandı.[17] Sədri Aran tərəfindən hazırlanan plana əsasən aparılan abadlıq və meşəsalma işləri çərçivəsində 1952-ci ilin noyabrınadək 160.000 m² sahədə meşə salınmış, 100 000 m² torpaq sahəsinin hamarlanması başa çatdırılmış, 20 000 m² sahədə fidanlıqlar salınmışdı. 1953-cü il noyabrın 10-dək 43925 ədəd fidan əkildi. 1953-cü ildən sonra burada meşəsalma və yaşıllaşdırma işləri mütəmadi olaraq davam etdirilmişdi.[17]

Tikinti işlərinin başa çatdırılması və Atatürkün nəəşinin köçürülməsi

redaktə

26 oktyabr 1953-cü ildə Anıtqəbirin tikintisinin başa çatdığı elan edildi.[17] Tikintinin sonunda layihənin ümumi dəyəri təxmini 20 milyon lirəyə çatdı və layihə üçün ayrılan 24 milyon lirədən təxminən 4 milyon lirəyə qənaət edildi.[49] Atatürkün nəəşinin Anıtqəbirə daşınması hazırlıqları çərçivəsində mərasimə bir neçə gün qalmış tikinti sahəsindəki binalar söküldü, Anıtqəbirə gedən avtomobil yolları tamamlandı və Anıtqəbir mərasim üçün hazırlandı.[17] Atatürkün nəəşi olan tabut 1953-cü il noyabrın 10-u səhər saatlarında Ankara Etnoqrafiya Muzeyindən götürüldü. Bankalar küçəsindən yola çıxan Atatürkün nəəşini daşıyan top arabası əvvəlcə Ulus meydanına çatdı. Top arabası daha sonra Türkiyə İkinci Böyük Millət Məclisinin binasına, oradan da Ankara Dəmiryolu vağzalına aparılıb, Tandoğan meydanından keçərək saat 12.50-də Anıtqəbirin girişinə, saat 12.50-də isə Fəxri zalın qarşısındakı pilləkənlərə gətirildi.[13] Atatürkün nəəşi məqbərənin qarşısındakı katafalka qoyulmuş, daha sonra məqbərə binasındakı qəbir kamerasında dəfn edilmişdir.[17]

İnşaatdan sonra

redaktə

Köçürmə sonrası iş və ekspropriasiya

redaktə

Köməkçi binaların istilik, elektrik enerjisi, ventilyasiya və santexnika işləri üzrə tender Nazirlər Şurasının 24 fevral 1955-ci il tarixli qərarı ilə təsdiq edildi.[17] 3 noyabr 1955-ci ildə Türkiyə Böyük Millət Məclisinin Rəyasət Heyətinə təqdim edilən Anıtkabirin Milli Təhsil Nazirliyinə verilməsi ilə bağlı qanun, parlamentin 1956-cı 9 iyul il tarixli ümumi yığıncağında müzakirə edilərək qəbul edildi.[17] Qanun 14 iyul 1956-cı il tarixli T.C.Rəsmi Qəzetində dərc olunduqdan sonra qüvvəyə mindi.[17]

Tikintisi başa çatdıqda Anıtqəbirin ümumi ərazisi 670.000 m², məqbərə binasının sahəsi isə 22.000 m² idi. Atatürkün nəəşi Anıtqəbirə daşındıqdan sonra da ekspropriasiya işləri davam etdi. 1964-cü ildə Ağdəniz küçəsi ilə Mareşal Fevzi Çaxmaq küçəsinin kəsişməsində iki parselli sahə və 1982-ci ildə Məbusevleri ilə Mareşal Fevzi Çaxmaq küçələri arasındakı 31.800 m² sahə ekspropriasiya edildi.[17]

Digər dəfn prosedurları

redaktə
   
Nəəşi 1966-cı ilin sentyabrında Anıtqəbirdə dəfn edilən və 1988-ci ilin avqust ayına qədər orada qalan Camal Gürsəl və 1973-cü ilin dekabrında dəfn edilən İsmət İnönü

27 may çevrilişindən sonra hakimiyyətə gələn Milli Birlik Komitəsi 3 iyun 1960-cı ildə dərc etdiyi bildirişdə 1960-cı il 28 aprel-27 may tarixləri arasında "azadlıq uğrunda nümayişlər" zamanı həlak olan "Azadlıq şəhidləri”nin Anıtqəbirdə qurulacaq Azadlıq Şəhidliyində dəfn ediləcəyi elan edildi. 10 iyun 1960-cı ildə Turan Əməksiz, Əli İhsan Qalmaz, Nədim Özpolad, Ərsan Özəy və Gültəkin Sökmənin dəfn işləri gerçəkləşdirildi.[17]

Milli Təhlükəsizlik Şurasının 23 may 1963-cü il tarixli iclasında qəbul edilən qərara əsasən, 20 may 1963-cü il hərbi çevrilişi zamanı baş verən toqquşmalarda şəhid olanlar şəhid elan edilərək Anıtqəbirdəki şəhidlikdə dəfn edildilər. Milli Müdafiə Nazirliyinin 1963-cü il 25 may tarixli açıqlaması ilə Türkiyə Silahlı Qüvvələrinin üzvləri Cəfər Atilla, Həsər Aktor, Mustafa Gültəkin, Mustafa Çakar və Mustafa Şahinin burada dəfn edildiyi açıqlandı. Fəhmi Ərol isə 29 may 1963-cü ildə burada dəfn edildi.[17]

Nazirlər Şurasının 1966-cı il 15 sentyabr tarixli iclasında 14 sentyabr 1966-cı ildə vəfat edən Türkiyə Cümhuriyyətinin dördüncü prezident Camal Gürsəlin Anıtqəbirdə dəfn edilməsinə qərar verildi. 1966-cı il sentyabrın 18-də keçirilən dövlət mərasimindən sonra Gürsəlin nəəşi Hürriyyət Şəhidliyində dəfn edildi. [17] Lakin bu müddət ərzində Gürsəlin məzarı inşa edilmədi. 1971-ci il 14 sentyabrda Baş nazirin müavini Sədi Koçaş, İctimai İşlər Nazirliyi tərəfindən aparılan araşdırmaların tamamlanmaq üzrə olduğunu və Anıtqəbirin memarlıq xüsusiyyətini pozmadan yeni bir türbənin tikiləcəyini bildirdi. Baş nazir Nihad Erim, 1971-ci il 16 avqustda Ankara Millət vəkili Suna Turalın ünvanladığı suala cavabında o, Camal Gürsəl və digər yüksək rütbəli dövlət adamları üçün “Dövlət xadimləri qəbiristanlığı”nın yaradılmasına çalışıldığını və monolit binanın tikiləcəyini bildirmişdi.[17]

İsmət İnönünün 1973-cü il dekabrın 25-də vəfatından sonra Naim Talunun rəhbərliyi ilə Nazirlər Kabinetinin Çəhrayı Köşkdə keçirdiyi iclasda İnönünün cənazəsinin Anıtqəbirdə dəfn edilməsinə qərar verildi. 1973-cü il 26 dekabrda İnönünin dəfn olunacağı yeri müəyyən etmək üçün Anıtqəbiri ziyarət edən Baş nazir Naim Talu, Nazirlər Kabineti, Baş Qərargah rəisi, İctimai İşlər Nazirliyinin səlahiyyətli nümayəndələri, memarlar və İsmət İnönün oğlu Ərdal İnönü və qızı Özdən Tokər İnönü məqbərəsinin Atatürk məqbərəsi ilə üzbəüz eyvan hissəsinin ortasında tikilməsinə qərar verdilər. Qərar Nazirlər Şurasının ertəsi gün keçirilən iclasında rəsmiləşdirildi və İnönü 1973-cü il dekabrın 28-də dövlət mərasimi ilə burada dəfn edildi.[17]

1981-ci il noyabrın 10-da qüvvəyə minən 2549 saylı Dövlət Qəbiristanlıqları haqqındakı qanuna əsasən Anıtqəbirdə Atatürkün məzarı ilə birlikdə yalnız İnönünün məzarının qalması qanuniləşdirildi.[17][65] Qanun hazırlanarkən İnönünün məzarının Türkiyə Dövlət qəbiristanlığına köçürülməsi nəzərdə tutulsa da, İnönü ailəsinin İnönünün məzarının Anıtqəbirdə qalması barədə fikirləri alındıqdan sonra bu fikrə uyğun olaraq qanun qəbul edildi. 27 may 1960-cı il və 21 may 1963-cü il tarixlərindən sonra Anıtqəbirdə dəfn edilən 11 nəfərin məzarları 24 avqust 1988-ci ildə açılaraq məzarları Cebeci Hərbi Şəhidliyinə, Camal Gürsəlin məzarı isə 30 avqust 1988-ci ildə isə Türkiyə Dövlət qəbiristanlığına köçürüldü.[17]

Əlavə, təmir və bərpa işləri

redaktə
 
2002-ci il 26 avqustda tamamlanan təmir işlərindən sonra Atatürk və İstiqlaliyyət müharibəsi Muzeyinin görünüşü

1977-ci ildə Şərəf zalının pəncərələrinə şüşə qoyuldu. Atatürkün anadan olmasının 100 illiyinə təsadüf edən 1981-ci ildə Türkiyənin 67 vilayəti ilə yanaşı, Kiprdən gətirilən torpaqlar mis vazalara qoyularaq Atatürkün cənazəsinin ətrafına düzüldü. Əyalətlərin sayı artdıqca, içi torpaqla doldurulmuş vazaların sayı da çoxalırdı. Azərbaycandan gələn torpaqla isə bu rəqəm 83-ə çatdı. Həmin il, Atatürkün 1938-ci il 29 oktyabr tarixli türk ordusuna son mesajı Fəxri zalın içəri hissəsindəki qapının sağ tərəfindəki divara, İnönünün Atatürkün vəfatı ilə bağlı dərc olunmuş 1938-ci il 21 noyabr tarixli türk millətinə başsağlığı mesajının mətni isə sol tərəfdəki divara əlavə edildi.[13]

1982-ci il 9 aprel tarixində qüvvəyə minən 2524 saylı Anıtqəbir xidmətlərinin icrası haqqında qanunun 2-ci maddəsinə uyğun olaraq hazırlanan əsasnaməyə əsasən, Anıtqəbirdə bəzi təmir-bərpa işlərinin aparılacağı müəyyən edildi. Bu təmir-bərpa işlərinin; Mədəniyyət və Turizm Nazirliyinin Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin nümayəndəsi, Daşınmaz Əmlak Qədim Əsərlər və Abidələr Ali Şurasının nümayəndəsi, Vəqflər Baş İdarəsinin eksperti və ya nümayəndəsi, Orta Şərq Texniki Universitetinin Bərpa departamentinin eksperti, Anıtqəbir Komandanlığı sənət tarixi eksperti, İctimai İşlər Nazirliyinin nümayəndəsi, Milli Müdafiə Nazirliyinin nümayəndəsi və xarici ekspert və nümayəndələrdən ibarət kollegiya tərəfindən həyata keçiriləcəyi bildirildi.[66]

 
2013-cü ilin oktyabrında dəyişdirilənə qədər istifadə olunan Bayraq dirəyi (2005, oktyabr)

1982-ci il 3 avqustda şüşə və qapıların əlavə edildiyi Mehmetçik və Müdafayi Hüquq qüllələri növbə ilə məlumat büroları və sərgi salonlarına çevrildilər.[52] 1983-cü il yanvarın 20-də Sülh parkında tikintisinə başlanan Mühafizə dəstəsinin yerləşdiyi bina 1984-cü ilin 13 sentyabrında istifadəyə verildi.[52]

Anıtqəbirin uyğun layihəsi olmadığı üçün 1984-cü ildə Orta Şərq Texniki Universiteti ilə Milli Müdafiə Nazirliyi arasında bağlanan müqaviləyə əsasən "Anıtqəbir araşdırma layihəsi" hazırlanmağa başlandı. Bundan sonra aparılan təmir-bərpa işlərində bu layihə əsas götürüldü.[67] 1990-cı illərin ortalarına qədər davam edən təmir-bərpa işləri çərçivəsində 1983-cü ilin iyunundan 1986-cı ilin oktyabrına qədər davam edən dizayn işləri Orxan Ardanın oğlu Ömər Arda tərəfindən gerçəkləşdirildi. Anıtqəbirin ərazi sərhədlərini əhatə edən, hündürlüyü təxminən 1,5 m olan travertin daşlarla örtülü beton divarlar ucaldıldı.[67][13][52] 1986-cı ilin oktyabrında Tandoğan, Ağdəniz və Marşal Fevzi Çaxmaq küçələrinin giriş qapılarının tikintisi başa çatdırıldı.[52] 1988-ci il oktyabrın 28-dən Anıtqəbirin hər gecə işıqlandırılmasını təmin edən işıqlandırma sistemi istifadəyə verildi.[52] 1989-cu il mayın 19-dan 1990-cı ilin sonunadək davam edən işlər çərçivəsində Sülh parkının daxilində təhlükəsizlik yolu çəkildi.[52] 19 may 1993-cü ildə Milli Pakt qülləsinin altındakı boş yerdə yeni konfrans zalı tikilərək, istifadəyə verildi.[52]

2000-ci ildə başlanan qiymətləndirmələr nəticəsində məqbərənin qismən aşağı hissəsində təxminən 3000 m² sahənin muzey kimi qəbul edilməsinə qərar verildi. Bu istiqamətdə aparılan işlərdən sonra muzey olaraq təşkil edilən bu bölmə 2002-ci il 26 avqustda Atatürk və İstiqlaliyyət müharibəsi Muzeyi adı ilə açılmışdır.[68]

Türkiyə Silahlı Qüvvələrinin 2013-cü il 20 sentyabr tarixli bəyanatında, Orta Şərq Texniki Universiteti tərəfindən aparılan araşdırmalar nəticəsində Anıtqəbirdəki bayraq dirəyinin meteoroloji təsirlərdən zədələndiyi və dirəyin dəyişdiriləcəyi qeyd olunmuşdu.[69] Bayraq dirəyi 2013-cü il oktyabrın 28-də keçirilən mərasimlə dəyişdirildi.[70]

İstinadlar

redaktə
  1. 1 2 3 Boran, 2011a. səh. 151
  2. 1 2 Boran, 2011a. səh. 149-150
  3. "Atatürk anıtı". Akşam. Ankara. 15 Kasım 1938.
  4. Boran, 2011a. səh. 153, 155
  5. 1 2 Boran, 2011a. səh. 155
  6. Boran, 2011a. səh. 154
  7. "Anıt-Kabir yerini tespit hazırlığı". Ulus (gazete). 8 Aralık 1938.
  8. 1 2 3 Wilson, Christopher S. "Representing National Identity and Memory in the Mausoleum of Mustafa Kemal Atatürk". Journal of the Society of Architectural Historians (İngilizce). Berkeley, Kaliforniya: University of California Press. JSTOR 10.1525/jsah.2009.68.2.224.
  9. "Atatürk Anıt-Kabri". Vakit (gazete). 25 Aralık 1938.
  10. "Atatürk kabrı". Akşam.
  11. Boran, 2011a. səh. 157
  12. 1 2 Boran, 2011a. səh. 158
  13. 1 2 3 4 5 6 7 8 Wilson, 2015
  14. Boran, 2011a. səh. 158-159
  15. Boran, 2011a. səh. 159
  16. Boran, 2011a. səh. 158, 161
  17. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 Boran, 2011b
  18. "Anıt - Kabir Müsabakaya konuldu". Arkitekt. İstanbul.
  19. Boran, 2011b. səh. 149
  20. Boran, 2011b. səh. 128
  21. Boran, 2011b. səh. 129
  22. Boran, 2011b. səh. 131
  23. Boran, 2011b. səh. 149-150
  24. Boran, 2011b. səh. 150
  25. Boran, 2011a. səh. 162
  26. Boran, 2011a. səh. 162-163
  27. Boran, 2011a. səh. 163
  28. 1 2 Boran, 2011b. səh. 150-151
  29. Boran, 2011b. səh. 151-152
  30. Boran, 2011b. səh. 152-153
  31. Boran, 2011b. səh. 137-138
  32. Boran, 2011b. səh. 138-139
  33. Boran, 2011b. səh. 140-141
  34. Boran, 2011b. səh. 141-144
  35. Boran, 2011b. səh. 144-146
  36. Boran, 2011b. səh. 154-155
  37. 1 2 Boran, 2011b. səh. 156
  38. 1 2 3 4 Boran, 2011b. səh. 157
  39. 1 2 Boran, 2011b. səh. 158
  40. Boran, 2011b. səh. 158-160
  41. Boran, 2011b. səh. 160-161
  42. Boran, 2011b. səh. 165-166
  43. Boran, 2011b. səh. 166
  44. Boran, 2011b. səh. 166-167
  45. Boran, 2011b. səh. 188-189
  46. 1 2 3 Boran, 2011b. səh. 190
  47. Boran, 2011b. səh. 167-168
  48. Boran, 2011b. səh. 168-169
  49. 1 2 Boran, 2011b. səh. 168
  50. Boran, 2011b. səh. 193
  51. 1 2 Boran, 2011b. səh. 194
  52. 1 2 3 4 5 6 7 8 Genelkurmay, 1994
  53. Boran, 2011b. səh. 171
  54. Boran, 2011b. səh. 171-172
  55. Boran, 2011b. səh. 172
  56. Boran, 2011b. səh. 174-175
  57. Boran, 2011b. səh. 176
  58. Boran, 2011b. səh. 177-178
  59. Boran, 2011b. səh. 178
  60. Boran, 2011b. səh. 179
  61. Boran, 2011b. səh. 172-173
  62. Çakmakoğlu Kuru, Alev. "Anıtkabir'deki renkli taş süslemeler -İkonografik bir yaklaşım-". Sanat Tarihi Dergisi. 69–93. doi:10.29135/std.290790. ISSN 1300-5707. 15 Şubat 2020 tarixində arxivləşdirilib.
  63. 1 2 Osmanağaoğlu İlmen, 2007
  64. Çakmakoğlu Kuru, 2017
  65. "Devlet Mezarlığı Hakkında Kanun" (PDF). T.C. Resmî Gazete. 10 Kasım 1981. səh. 3. 22 Mayıs 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 Kasım 2020.
  66. "Anıtkabir Hizmetlerinin Yürütülmesine İlişkin Yönetmelik" (PDF). 9 Nisan 1982. 2023-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-20.
  67. 1 2 Altan Ergut, 2009
  68. "Anıtkabir'e yeni müze". Türkiye (gazete). 27 Ağustos 2002. 31 Mart 2020 tarixində arxivləşdirilib.
  69. "Anıtkabir'de 63 yıllık bayrak direği yenilenecek". Ankara: Anadolu Ajansı. 20 Eylül 2013. 23 Mart 2020 tarixində arxivləşdirilib.
  70. "Anıtkabir'deki 63 yıllık bayrak direği yenilendi". Sabah (gazete). 28 Ekim 2013. 7 Temmuz 2015 tarixində arxivləşdirilib.

Mənbə

redaktə
  NODES
mac 1
os 19