Andrey Vlasov (1 (14) sentyabr 1901[1], Lomakino[d], Nijeqorod quberniyası[d]1 avqust 1946[2][3][…], Moskva) — 1942-ci ildə Volxov cəbhəsində əsir düşərək almanların tərəfinə keçmiş sovet generalı. II Dünya Müharibəsi illərində Rusiya Azadlıq Ordusunun rəhbəri.

Andrey Vlasov
Şəxsi məlumatlar
Doğum tarixi 1 (14) sentyabr 1901[1]
Doğum yeri
Vəfat tarixi 1 avqust 1946(1946-08-01)[2][3][…] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Qızıl Ordu
Xidmət illəri 1919-cu ildən
Rütbəsi general-leytenant
Döyüşlər
Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni Ostvolk Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andrey Vlasov Vinnitsk hərbi düşərgəsində olarkən rus "antistalin" hərəkatına rəhbərlik etmiş, 1945-ci ilin 12 mayında sovet tərəfinə əsir düşərək sonradan məhkəmənin qərarı ilə bütün mükafatlardan məhrum esilərək edam olunmuşdur.

Həyatı

redaktə

Andrey Vlasov sovet hərbi məktəblərində təhsil alaraq general rütbəsinədək yüksəlmişdi. Böyük Vətən Müharibəsinin gedişində — 20 aprel 1942-ci ildə o, ordu komandanı təyin edilmişdi.

Leninqrad cəbhəsində əsir düşəndən sonra Vinnitsada ali rütbəli zabitlər üçün təşkil edilmiş düşərgədə saxlanılırdı. Elə həmin düşərgədəcə almanlarla əməkdaşlıq etməyə razılıq verərək "Sovet xalqlarının azadlığı komitəsi"ni yaradır. Bundan sonra isə onun komandanlığı altında sovet hərbi əsirlərindən ibarət "Azadlıq ordusu" formalaşdırılır. Bəzi mənbələrə görə, bu ordu hissələrində 500 minə yaxın əsgər və zabit vardı. Stalin Vlasovu, ələ keçəcəyi təqdirdə, sorğu-sualsız yerindəcə güllələnməsini əmr etmişdi, amma tale elə gətirir ki, general sovet ordusuna əsir düşür və o dövrün qaydalarına zidd olaraq, güllələnmir… dar ağacından asılır.

Hərbi fəaliyyəti

redaktə

Hərbi əməliyyatların birində Vlasov almanlar tərəfindən əsir götürülüb. Bundan sonra almanlarla işbirliyinə razılaşan general asir düşən sovet əsgərlərindən ibarət "Rusiya Azadlıq Ordusu" quraraq SSRİ-yə qarşı vuruşmağa başlayıb. Onun ordusunda 1 milyona yaxın əsgər vardı. O, SSRİ-yə qarşı təkcə hərbi mübarizə aparmırdı, həm də antitəbliğatla məşul idi, sovet adamlarını sovet imperiyasına qarşı yönləndirməyə çalışırdı. Vlasovun ordusu müharibənin gedişində SSRİ-yə az zərbə vurmadı… Almanların müharibədə məğlub olması Vlasovu çətin vəziyyətə saldı. 1945-ci il mayın 8-də Almaniya Berlin yaxınlığında Karlsxorstda danışıqsız təslimolma aktını imzaladı. Mayın 9-da sovet ordusu Praqaya daxil oldu. Əslində, Praqa artıq mayın 6-da azad olunmuşdu. Belə ki, çexlər mayın 5-də üsyan qaldırmışdılar. Almanlar üsyanı yatırmaq üçün Praqaya əlavə SS hissələri yeritmişdilər. Çexlər radio ilə gah amerikalılara, gah da sovet qoşunlarına müraciət edirdilər. Bu zaman general Vlasov "Rusiya azadlıq ordusu"nu Şərq cəbhəsindən özbaşına çıxararaq Qərbə doğru irəliləyirdi ki, ABŞ qoşunlarına təslim olsun.

Mayın 6-da Praqa yaxınlığında olan general Vlasov öz vəziyyətini yüngülləşdirmək niyyəti ilə hücuma keçərək Praqanı tutdu. Çexlər Vlasovun portretlərini qaldıraraq, diviziyanın döyüşçülərini gül-çiçəyə qərq etdilər. Az sonra çexlər Vlasovun kimliyini öyrənib onun portretlərini küçələrdən yığışdırdılar. Praqada Stalinin, marşal Jukovun, marşal Konevin portretlərini qaldırıldı.

Mayın 8-də Vlasov diviziyanı Praqadan çıxarıb amerikalılara təslim olmaq üçün Qərbə doğru irəlilədi,

lakin onun istəyi baş tutmadı və sovet ordusu tərəfindən əsir götürüldü.

7 oktyabr 1946-cı ildə Vətənə xəyanətdə ittiham edilən "Rusiya azadlıq ordusu"nun komandanı general Vlasov edam edildi. Maraqlıdır ki, hökm o zaman sovet rejiminə xas olmayan yolla – asılmaqla icra edildib. 1946-cı ilin 2 avqustunda "Pravda" qəzetində general Vlasovun edamı haqqında məlumat dərc edildi.[4]

İstinadlar

redaktə
  1. 1 2 Andrey Andreyevich Vlasov // TracesOfWar.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Andrei Andrejewitsch Wlassow // Brockhauz Ensiklopediyası (alm.).
  4. "Vlasov və onun diviziyası…". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  NODES
os 2