Ankara

Türkiyənin paytaxtı

Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir.

Paytaxt
Ankara
Ankara
39°56′09″ şm. e. 32°50′19″ ş. u.HGYO
Ölkə
Başçı Mansur Yavaş[1]
Tarixi və coğrafiyası
Sahəsi
  • 25.632 km²[2]
Mərkəzin hündürlüyü 938 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.803.482 nəf. (2023)[3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 312
Poçt indeksi 06000–06999
Nəqliyyat kodu 06
Digər
ankara.bel.tr
Ankara xəritədə
Ankara
Ankara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya

redaktə
  Əsas məqalə: Ankara (ad)

Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində AnkyraAncyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Anqara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.

Digər etimologiyaya görə isə Ankara sözü iki sözün birləşməsindən An Kara əmələ gəlir. Bunun mənası isə Türk dilində Ən qara deməkdir.

Ankarada aşkar edilmiş ən qədim tarixi əsərlər qədim daş dövrünə aiddir. Bu dövrə aid müxtəlif əsərlərə Qavurkale, Ergazi, Lodumlu ve Maltəpədə rast gəlmək olar. Bunlardan başqa, Ankaranın Polatlı rayonunda e.ə aid olan 3000-ə qədər olan yaşayış yerləri tapılmışdır.

Muzeylər

redaktə
  Əsas məqalə: Ankarada muzeylər
 
Mustafa Kamal Atatürkün əmrləri ilə memar Arif Hikmət Qoyunoğlu tərəfindən layihələşdirilən və 1927-ci ildə tikilən Ankara Dövlət Rəsm və Heykəl muzeyi.
 
Anıtqəbir. Bu muzeydə Mustafa Kamal Atatürkün abidə məzarı var. 1966-cı ildə Türkiyə Cümhuriyyətinin dördüncü prezidenti, Milli Birlik Komitəsinin rəhbəri Camal GürsəlTürkiyənin ilk baş naziri, ikinci prezident İsmət İnönü burada dəfn edilib.

İlin Super Liqasında iki komandası var: "Gənclərbirliyi" və "Osmanlıspor".[4] İlin komandalarından "Ankaragücü MKE" və "Gənclərbirliyi" 19.209 nəfərlik Ankara 19 may stadionunu[5], "Osmanlıspor" isə 20 min nəfərlik Osmanlı stadionunu istifadə edir.[6] "Ankaragücü MKE", "Hacəttəpəspor", "Keçirörengücü", "Buqsaşspor" II liqada yer alır.

Basketbol

redaktə
 
Ankara Arena

İl mərkəzi İstanbulda təşkil edilən 1959 Avropa Basketbol Çempionatından sonra 2001-ci ildə Türkiyədə təşkil edilən ikinci Avropa Basketbol Çempionatına ev sahibliyi etmişdir.[7] Bu çempionatda Türkiyə milli basketbol komandası Yuqoslaviyadan sonra ikinci yerdə olmuşdur.[8] İldə olan basketbol komandaları Türkiyə Basketbol Liqasında "TED Ankara kollecləri" və "Türk Telekom", Türkiyə Qadınlar Basketbol Liqasında "Çankaya Universiteti İdman Kulubu"-dur. Bu komandalardan biri olan "Türk Telekom", üç dəfə Prezident kubokunu, iki dəfə Türkiyə kubokunu qazanmışdır.[9] 2010-cu ildə tikilən Ankara Arena Çoxməqsədli Basketbol Kompleksi 2010 Dünya Basketbol Çempionatına ev sahibliyi etmişdir.

Voleybol

redaktə

2017-ci ildə keçirilən Çempionlar kubokunda kişilərdən ikinci yeri "Xalqbank" tutmuşdur. 20162017 mövsümündə kişilər arasında keçirilən Voley kubokunda "Xalqbank" ikinci yeri tutmuşdur. 20172018 mövsümündə Voley kubokunda kişilərdən çempion "Xalqbank", ikincisi isə "Maliyyə lotereyası" olmuşdur.

Digər idmanlar

redaktə

Ankara Gənclər və İdman Nazirliyi hər il müxtəlif idman fəaliyyətləri təşkil edir. Yüngülağır atletika, gimnastika, velosiped, buz, qılıncoynatma, cüdo, taekvondo, karate, həndbol, at sürmə, güləş, üzgüçülük üçün şəhər mərkəzində müxtəlif imkanlar mövcuddur.[10] Almadağda xizək, digər məhəllələrdə də idman zalları var.[11] Beynəlxalq "Yaşar Doğu Güləş Çempionatı" hər il Ankarada təşkil edilir.

Qardaş şəhərləri

redaktə
 
İzmir prospektində yerləşən və 2003-cü ildəki qardaş şəhərləri göstərən abidə.

Ankaranın 40 ədəd qardaş şəhəri var.[12] 2003-cü ildən İzmir prospektində Ankanın qardaş şəhərləri üçün abidə var.[13][14][15]

Ədəbiyyat

redaktə
  • Küçük Asya'nın Bin Yüzü (Türkçe). Ankara: Dost Yayınları. ISBN 975-298-173-9.
  • Ankara, Başkentin Tarihi, Arkeolojisi, Mimarisi (Türkçe). Ankara Enstitüsü Vakfı Yayınları. ISBN 975-95848-3-2.
  • Sargın, Haluk. Antik Ankara (Türkçe). ISBN 975-288-886-0.
  • Hengirmen, Mehmet. Turistik Ankara (Türkçe). ISBN 975-320-123-0.
  • Erdoğan, Abdülkerim. Tarih İçinde Ankara (Türkçe). Ankara: SFN. 2007. ISBN 9944-473-07-3. (#redundant_parameters)
  • "Ankara." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc.

İstinadlar

redaktə
  1. https://www.ankara.bel.tr/baskan?web=1.
  2. https://www.harita.gov.tr/images/urun/il_ilce_alanlari.pdf.
  3. https://www.nufusu.com/il/ankara-nufusu.
  4. "Türkiye Futbol Federasyonu resmî sitesi". 2 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  5. "Türkiye Futbol Federasyonu resmî sitesi, Ankara 19 Mayıs sayfası". 4 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  6. "Türkiye Futbol Federasyonu resmî sitesi, Yenikent ASAŞ sayfası". 5 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  7. "2001 Avrupa Basketbol Şampiyonası resmî sitesi, Tarihçe sayfası". 28 August 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  8. "2001 Avrupa Basketbol Şampiyonası resmî sitesi, Tüm Maçlar sayfası  (ing.)". 24 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  9. "Türk Telekom Basketbol Takımı resmî sitesi, Tarihçe sayfası". 21 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  10. "Ankara Gençlik ve Spor İl Müdürlüğü Merkez Tesislerimiz". 7 November 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  11. "Ankara Gençlik ve Spor İl Müdürlüğü - İlçe Tesislerimiz". 7 November 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 "Kardeş Kentleri Listesi ve 5 Mayıs Avrupa Günü Kutlaması" (Türkçe). Ankara Büyükşehir Belediyesi. 23 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  13. "Ankara Büyükşehir Belediyesi resmi sitesi, Ankara'nın Kardeş Kentleri Zirvesi 13-16 Haziran 2003 sayfası". 29 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  14. "Güncelyorum.com, Ankara Kardeş Şehirleri sayfası". 1 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  15. "Ankara Büyükşehir Belediyesi resmi sitesi, Kardeş Kentleri Listesi ve 5 Mayıs Avrupa Günü Kutlaması sayfası". 29 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  16. "Etiyopya'nın başkenti Ankara'nın kardeşi oldu" (Türkçe). Zaman Gazetesi. 21 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  17. "Ankara-Washington Kardeş Şehir Oldu…" (Türkçe). Ankara Büyükşehir Belediyesi. 8 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  18. "Sister Cities". Beijing Municipal Government. 7 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  19. Ankara Büyükşehir Belediyesi. "Kardeş Kentleri Listesi". 1 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  20. "Twin towns of Minsk". The department of protocol and international relations of Minsk City Executive Committee. 8 dekabr 2008. 30 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.
  21. "Zagreb İle Ankara Arasında Kardeş Şehir Protokolü İmzalanması". Ankara Büyükşehir Belediyesi. 27. 29 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2018.

Xarici keçidlər

redaktə
  NODES
Done 1