Annalen der Physik

"Annalen der Physik" ("Fizika annalları") — fizika problemlərinə həsr olunmuş Almaniya elmi jurnalı. 1799-cu ildən nəşr olunan jurnal ən qədim elmi jurnallardan biridir. Eksperimental, nəzəri, tətbiqi və riyazi fizika, eləcə də əlaqəli sahələr üzrə orijinal məqalələr dərc edir. Bütün məqalələr əvvəlcədən nəzərdən keçirilir. XIX əsrin sonundan etibarən jurnalın hər il təxminən 1,000 səhifə olmaqla üç nömrəsi çıxırdı. Hal-hazırda ildə 12 kitab çap olunur, ümumilikdə 800 səhifəyə yaxındır.

Annalen der Physik
Təsis tarixi 1790[1]
Ölkə
Dil alman dili[3][2], ingilis dili
ISSN 0003-3804, 1521-3889
OCLC nömrəsi 5854993, 1481215
wiley-vch.de/publish/en/…
onlinelibrary.wiley.com/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniyada ilk fizika jurnalları 1790–1794-cü illərdə nəşr olunan "Journal der PhysikNeues Journal der Physik" (1795–1797) idi.[4] 1799-cu ildə onları əvəz edən "Annalen der Physik"in fəaliyyəti daha uğurlu olmuş, 2 əsrdən çox nəşr edilmişdir. Tarixində adını iki dəfə dəyişmiş: "Annalen der Physik und der physikalischen Chemie" (1819–1824), "Annalen der Physik und Chemie" (1824–1899), lakin 1899-cu ildə orijinal adına qayıtmışdır.

Jurnal XIX–XX əsrlərdə Almaniya fizikasının sürətli inkişafına fəal töhfə vermişdir. Burada Henrix Hers, Vilhelm Konrad Rentgen, Albert Eynşteyn, Maks Plank,Herman Minkovski, Ervin Şredinger öz elmi məqalələrini dərc etmişdir. Nisbilik nəzəriyyəsi ilk dəfə jurnalın səhifələrində təqdim edilmişdir.[5]

1950–1990-cı illərdə jurnal almaningilis dillərində nəşr olunurdu, lakin alman dilində məqalələrin payı hər il azalırdı. Almaniyanın yenidən birləşməsindən sonra jurnal nəhayət ingilis dilinə keçid etmişdir. 2011-ci ildə nəşrdə islahatların aparılması planları elan edilmişdir.[6]

İstinadlar

redaktə
  1. Biodiversity Heritage Library. 2006.
  2. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 0003-3804
  3. Internet Archive. 1996.
  4. "Annalen der Physik — History". 2015-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-13.
  5. http://www.physik.uni-augsburg.de/annalen/history/einstein-papers/1905_17_891-921.pdf (#bare_url_missing_title) (PDF). 2015-09-24 tarixində arxivləşdirilib (PDF).
  6. http://onlinelibrary.wiley.com/journal/10.1002/%28ISSN%291521-3889/homepage/Relaunch.html Arxivləşdirilib 2016-12-22 at the Wayback Machine (retrieved 17-aug-2011).

Xarici keçidlər

redaktə
  NODES
INTERN 2