Antarktika haqqında konvensiya

Antarktika haqqında konvensiya və ya Antarktika haqqında beynəlxalq müqavilə[1]Antarktida ərazisinin demilitarizasiyasını, onun dinc məqsədlər üçün və nüvə silahından azad zona olmasını nəzərdə tutan müqavilə. 1 dekabr 1959-cu ildə Vaşinqtonda imzalanmış və 23 iyun 1961-ci ildə ilk 12 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Müqavilənən əsas məqsədi — Antarktidanın bütün bəşəriyyətin istifadəsi üçün imkan yaratmaqdır. Həmçinin elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün azad mühit yaratmaqdır. İstənilən nüvə sınaqlarının keçirilməsi və radioaktiv materialların basdırılması qadağandır. Hazırda müqaviləni imzalayan dövlətlərin sayı 50-dir.

Antarktika haqqında konvensiyanın emblemi
Antarktika haqqında konvensiyanın 10 illiyinə həsr olunmuş SSRİ-nin poçt markası, 1971-ci il

Məqsədlər

redaktə

Konvensiyanın əsas məqsədi Antarktidadan bütün bəşəriyyətin maraqlarına uyğun istifadəsini təmin etməkdir. Həmçinin elmi tədqiqat azadlığını təmin edir və beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Antarktidada hər hansı bir nüvə partlaması və ora radioaktiv materialların atılması qadağandır. 1982-ci ildə, Antarktika konvebsiyası sisteminin bir hissəsi və IX maddəsinin icrası olaraq Antarktika dəniz canlı resurslarının qorunması konvensiyası (CCAMLR) qüvvəyə mindi.[2] Bu Konvensiyanın müddəalarının praktik olaraq tətbiqi Avstraliyanın Tasmaniya adasındakı Hobart şəhərində yerləşən CCAMLR Komissiyası tərəfindən tənzimlənir.

Razılaşmaya gələn tərəflərin klasifikasiyası

redaktə

2010-cu ilin yanvar ayından etibarən, 46 dövlət müqavilənin tərəfdarıdır, bunlardan 28-i məşvərətçi tərəflərdir. Müqavilə ilə əlaqəli, mütəxəssislər üç qrup ölkəni ayırd edirlər:

Konvensiyada iştirak edən ölkələr

redaktə

İlkin iştirakçılar qalın qrafiklə verilib.

Ölkə Məsləhətçilər Qüvvəyə minmə tarixi
  Avstraliya 23 iyun 1961
  Avstriya 25 avqust 1987
  Argentina 23 iyun 1961
  Belarus 19 iyul 2006
  Belçika 23 iyun 1961
  Bolqarıstan 11 sentyabr 1978
  Braziliya 16 may 1975
  Böyük Britaniya 23 iyun 1961
  Venesuela 24 mart 1999
  Macarıstan 27 yanvar 1984
  Qvatemala 31 iyul 1991
  Almaniya 5 fevral 1979
  Yunanıstan 8 yanvar 1987
  Danimarka 20 may 1965
  Hindistan 19 avqust 1983
  İslandiya 13 oktyabr 2015
  İspaniya 31 mart 1982
  İtaliya 18 mart 1981
  Qazaxıstan 27 yanvar 2015
  Kanada 4 may 1988
  ÇXR 8 июня 1983
  Kolumbiya 31 yanvar 1989
  Şimali Koreya 21 yanvar 1987
  Kuba 16 avqust 1984
  Malayziya 31 oktyabr 2011
  Monako 30 may 2008
  Monqolustan 23 марта 2015
  Niderland 30 mart 1967
  Yeni Zelandiya 23 июня 1961
  Norveç 23 июня 1961
  Pakistan 1 mart 2012
  Papua-Yeni Qvineya 16 sentyabr 1975
  Peru 10 aprel 1981
  Polşa 23 iyun 1961
  Portuqaliya 29 yanvar 2010
  Cənubi Koreya 28 yanvar 1986
  Rusiya 23 iyun 1961
  Rumıniya 15 sentyabr 1971
  Slovakiya 1 yanvar 1993
  ABŞ 23 iyun 1961
  Türkiyə 24 yanvar 2006
  Ukrayna 28 oktyabr 1992
  Uruqvay 11 yanvar 1980
  Finlandiya 15 мая 1984
  Fransa 23 iyun 1961
  Çexiya 14 iyun 1962
  Çili 23 iyun 1961
  İsveçrə 24 aprel 1984
  İsveç 21 yanvar 1987
  Ekvador 15 sentyabr 1987
  Estoniya 17 may 2001
  Cənubi Afrika Respublikası 23 iyun 1961
  Yaponiya 23 iyun 1961

[3]

Həmçinin bax

redaktə

Antarktidaya Dair Konvensiya Katibliyi

İstinadlar

redaktə
  1. Нүвә силаһы сахланылмајан зона // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 310.
  2. "Конвенция АНТКОМ (полный текст)". 2015-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  3. "Parties". 2009-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.

Xarici keçidlər

redaktə
  NODES