Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqantoxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlardaməməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır. Ora da oksigenlə zənginləşmiş qan onurğa Aortasına yığılır. Onurğasızlarda (mollyusklarda, buğumayaqlılarda) ürəkdən çıxan iri damar Aorta adlanır.[1]

Aorta
İnsan aortasının diaqramı
(Ön proyeksiya)
Arteriya diaqramı
Şəkil
Şəkil
Aortanın sxematik təsviri
Latınca aorta
Təchizatı Bütün üzv və orqanları
Başlanır Sol mədəcik
Şaxələri Aorta qövsü:
Tac arteriyalar
bazu-baş kötüyü
sol körpücükaltı arteriya
sol ümumi yuxu arteriyası
Döş aortası:
bronx şaxələri – rami bronchiales
qida borusu şaxələri – rami oesophagei
ürək kisəsi şaxələri – rami pericardiaci
orta divar şaxələri – rami mediastinales
III-XI dal qabırğaarası şaxələr – arteriae intercostales posteriores (III-XI)
diafraqmanın yuxarı arteriyaları – arteriae phrenicae superiores
Qarın aortası:
arteriae intercostales posteriores
aşağı və yuxarı çöz arteriyalaeı – arteria mesenterica inferior et superior
orta böyrəküstü arteriyaları – aa. suprarenales medii
ümumi qalça arteriyalarıaa. iliaca communis
diafraqmanın aşağı arteriyası – arteriae phrenicae inferior
bel arteriyaları – arteriae lumbales
tən orta oma arteriyası – arteria sacralis mediana

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 568– 569. ISBN 978-9952-441-02-4.

Mənbələr

redaktə
  NODES