Asqı (avtomobil)
Asqı — nəqliyyat maşınlarında hərəkətetdirici orqanları (təkər, vərdənə, xizək) maşının gövdəsi ilə birləşdirən mexanizm və detallar sistemi. Asqı həmçi nin yolun kələ-kötürlüyündən maşına ötürülən dinamiki yükləri azaldır, maşının dartıcı keyfiyyətini yaxşılaşdırır, rəqs və titrəyişləri söndürür, hərəkət prosesində kuzanın vəziyyətini nizamlayır və eyni zamanda maşının dinamikliyini artırır.
Tarixçə: Asqı,(Pnevma) ilk dəfə Mersedes Benz tərəfindən 1998 ci ildə icad edilmiş və S-Class modelində istifadə edilmişdir
Əsas xarakteriskası
redaktəAsqılar sərt, yarım sərt və yumşaq olur.
- S ə r t asqılarda dayaq (hərəkətverici) elementlərinin oxları maşının gövdəsinə birbaşa, aralıq hərəkətli elementlər olmadan bərkidilir. Belə asqılar hərəkət sürəti 3–4 km/saat dan çox olmayan tırtıllı qaldırıcı kranlarda, ekskavatorlarda, torfyığan kombaynlarda və s. tətbiq edilir.
- Y a r ı m s ə r t asqılar əksər traktorlarda istifadə olunur. Onların dayaq elementləri xüsusi çərçivədə (zəncirli arabacıq) quraşdırılır və adətən, maşının gövdəsinə arxa tərəfdən oynaqla, qabaq tərəfdən, yaxud hər iki tərəfdən isə elastik elementlə (məs., ressorla)birləşdirilir.
- Y u m ş a q (elastik elementləri olan) asqılar avtomobil və digər sürətli maşınlarda, bir sıra traktorlarda tətbiq edilir və böyük potensial enerji ehtiyatına malik olur.
Avtomobil asqıları elastiklik xarakteristikasına görə sabit, dəyişən və artan sərtlikli, qüvvə və momentlərin ötürülmə üsuluna görə ressorlu, ştanqlı və lingli (bir və iki), istiqamətləndirici quruluşun tipinə görə asılı (əlahiddə, balansirli) və sərbəst (asılı olmayan), elastik elementin tipinə görə metal (ressor, spiral yay, torsion və kombinəedilmiş) və qeyri-metal (pnevmatik, hidropnevmatik, rezin və kombinəedilmiş), rəqssöndürücü quruluşun (amortizatorun) tipinə görə lingli (mexaniki, hidravliki) və teleskop şəkilli (bir və iki borulu) və s. olur. Dəmiryol nəqliyyat hərəkət vasitələrinin (lokomotiv, vaqon) asqıları əksər hallarda ressorlu olur. Bu tip asqılar ressorları, yayları, vərəqssöndürücüləri (hidravlik və friksion dempferləri) özündə birləşdirir.
Həmçinin bax
redaktəMənbə
redaktəAsqı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 125–126. ISBN 978-9952-441-05-5.