Avropa Kredit Köçürməsi Sistemi

Avropa Kredit Köçürməsi Sistemi (ing. European Credit Transfer System) — öyrənmə nailiyyətlərini ölçmək və müqayisə etmək yollarını və onların bir müəssisədən digərinə köçürülrməsini təmin edən kredit sistemi. Bu sistem ilkin olaraq Erazmın (Erasmus) (1989–1996) proqramı əsasında qurulmuşdur və Avropa Birliyinin bütün Üzv Dövlətlərində və Avropa İqtisadi Ərazisı ölkələrində 145 ali təhsil müəssisəsinin cəlb olunduğu pilot layihəsində 6 il müddətində sınaqdan keçirilmişdir.

1997–1998-ci illərdə Sokrat/Erasmus proqramında Müəssisə Müqaviləsinin təqdimatından bəri bütün Avropa universitetləri Avropa Kredit Köçürməsi Sistemində iştirak edə bilərlər. Tədris proqramının şəffaflığını yaratmaq və akademik tanınmanı asanlaşdırmaq üçün Avropa Kredit Köçürməsi Sistemi Avropa boyu mütəhərrikliyi, irəliləməni dəstəkləyir.

Şəffaflıq tədris proqramı və onun dərəcəyə uyğunluğu ilə bağlı ətraflı məlumatı təmin etməklə yaradılır. Avropa Kredit Köçürməsi Sisteminin fəaliyyət göstərməsi və akademik tanınmani asanlaşdırmaq üçün istfadə olunan əsas vasitələr öyrənmə razılıq paketi və sənədlərin surətinin transkripsiyasıdır(surətinin çıxarılması)

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES