Avstraliyanın Antarktika ərazisi

Avstraliyanın Antarktika ərazisi (ing. Australian Antarctic Territory) — Avstraliyaın iddia etdiyi Antarktikada yerləşən bölgə. Avstraliyanın daxili ərazisidir. Bu Antarktidanın bir dövlət tərəfindən iddia olunan ən böyük bölgəsidir. Bölgə iki hissədən ibarətdir. Bölgə 60 °C.e. 44°38' ş.u. və 160° ş.u. arasında yerləşir. Bu iki hissənin arasında Adel Torpağı yerləşir. Qərbdən isə Kraliça Mod Torpağı, şərqdən isə Ross ərazisi ilə əhatələnir. Bu bölgənin ümumi sahəsi 5 896 500 km²-dir. Bu hissədə Avstraliyaya məxsus olan üç qütb stansiyası fəaliyyət göstərir.

Avstraliyanın Antarktika ərazisi
ing. Australian Antarctic Territory
Avstraliya bayrağı
bayraq
Avstraliyanın Antarktika ərazisi
Ən iri  qütb stansiyası
Mirnı
Bölgə
 
44°38' ş.u. 136°11' ş.u.
142°02' ş.u. 160°00' ş.u.
Ərazisi 5 896 500 km²
Əhalisi 1000 nəfərdən az.
İnternet-domen .aq, .au
Telefon kodu +6721

Ərazi bölgüsü

redaktə

Ərazi doqquz bölgəyə bölünür:

Rayon Qərb sərhədi Şərq sərhədi
1 Enderbi Torpağı 044°38' ş.u 056°25' ş.u.
2 Kemp Torpağı 056°25' ş.u. 059°34' ş.u.
3 Mak-Robertson Torpağı 059°34' ş.u. 072°35' ş.u.
4 Şahzadə Elizabet Torpağı 072°35' ş.u 087°43' ş.u.
5 II Vilhelm Torpağı 087°43' ş.u. 091°54' ş.u.
6 Kraliça Meri Torpağı 091°54' ş.u. 100°30' ş.u.
7 Uilks Torpağı 100°30' ş.u. 136°11' ş.u.
8 V Georq Torpağı 142°02' ş.u. 153°45' ş.u.
9 Ots Torpağı 153°45' в.д. 160°00' в.д.

Stansiyalar

redaktə
 
Deyvis stansiyası

Şərqdən qərbə olan fəaliyyətə olan və olmayan stansiyalar:

Stansiya Ölkə Status Enlik Uzunluq Rayon
Molodejnaya   Rusiya Rusiya Fəaliyyətini dayandırmışdır 67°40' c.e. 45°51' ş.u. Enderbi Torpağı
Mouson   Avstraliya Avstraliya Fəaliyyətdə olan 67°36' c.e. 62°52' ş.u. Mak-Robertson Torpağı
Soyuz   Rusiya Rusiya Fəaliyyətini dayandırmışdır 70°35' c.e. 68°47' ş.u. Mak-Robertson Torpağı
Drujnaya-4   Rusiya Rusiya Fəaliyyətini dayandırmışdır 69°44' c.e. 72°42' ş.u. Şahzadə Elizabet Torpağı
Çjunşan   ÇXR Çin Fəaliyyətdə olan 69°22' c.e. 76°22' ş.u. Şahzadə Elizabet Torpağı
Proqres   Rusiya Rusiya Fəaliyyətdə olan 69°23' c.e. 76°23' ş.u. Şahzadə Elizabet Torpağı
Deyvis   Avstraliya Avstraliya Fəaliyyətdə olan 68°35' c.e. 77°58' ş.u. Şahzadə Elizabet Torpağı
Sovetskaya   Rusiya Rusiya Fəaliyyətini dayandırmışdır 77°58′ c.e. 89°16′ ş.u. II Vilhelm Torpağı
Mirnı   Rusiya Rusiya Fəaliyyətdə olan 66°33' c.e. 93°01' ş.u. Kraliça Meri Torpağı
Komsomolskaya   Rusiya Rusiya Fəaliyyətini dayandırmışdır 74°05' c.e. 97°29' ş.u. Kraliça Meri Torpağı
Vostok   Rusiya Rusiya Fəaliyyətdə olan 78°28' c.u. 106°48' ş.u. Uilks Torpağı
Uilks   Avstraliya Avstraliya Fəaliyyətini dayandırmışdır 66°15' c.u. 110°32' ş.u. Uilks Torpağı
Keysi   Avstraliya Avtraliya Fəaliyyətdə olan 66°17' c.e. 110°31' ş.u. Uilks Torpağı
Konkordiya   Fransa Fransa
  İtaliya İtaliya
Fəaliyyətdə olan 75°06' c.e. 123°23' ş.u. Uilks Torpağı
Lelinqradskaya   Rusiya Rusiya Fəaliyyətini dayandırmışdır 69°30' c.e. 159°22' ş.u. Ots Torpağı

9 yanvar 1841-ci ildə Böyük Britaniya ilk dəfə Viktoriya Torpağı (qeyri-rəsmi), 1930-cu ildə Enderbi Torpağına ərazi iddiası etmişdir. 1933-cü ildə Böyük Britaniya 60 °C.e. 160° və 45° ş.u. arasında yerləşən ərazini Avstraliyaya dövr etmişdir. Adel Torpağı ilə sərhəd 1938-ci ildə müəyyənləşmişdir. Bu bölgəyə həm də 1947-ci ildə Herd adası və Makdonald adaları daxil edilir. 1954-cü ilin 13 fevralında Avstraliyaya məxsus olan ilk qütb stansiyası (Mouson) fəaliyyətə başlamışdır.

Bölgənin Avstraliyaya məxsus olmasını Böyük Britaniya, Yeni Zelandiya, FransaNorveç tanımışdır. Ancaq Antarktida haqqında konvensiyaya əsasən bütün iddialar dondurulmuşdur. Herd adası və Makdonald adaları 60 °C.e şimalda olduğundan ayrıca bölgə olaraq təsdiqlənmişdir.

Poçt markaları

redaktə
 

1957-ci ildən Avstraliya dövrü olaraq Antarktika mövzusunda poçt markaları buraxır. Bu markalar faktiki Avstraliya markaları olsa belə Avstraliyanın Antarktika ərazisi adından buraxılır.

Telefon əlaqəsi

redaktə

Ərazinin müstəqil telefon nömrəsi (+672) vardır. Avstraliyanın sahibi olduğu stansiyalara dünyanın istənilən yerindən zəng etmək mümkündür. Telefon kodu: 10-6 Deyvid, 11-7 Mouson, 12-8 Keysi və 13-9 Makkuori adası.

Mənbə

redaktə
  NODES