Avtokefal (yun. αὐτοκεφαλία "özünə başçılıq etmək"; αὐτός "özü" + κεφαλή "baş" sözlərindən) — digər yerli kilsələrdən inzibati müstəqilliyi nəzərdə tutan yerli kilsə statusu. Avtokefal kilsəyə patriarx, arxiyepiskop və ya mitropolit tituluna (sanına) malik yepiskop rəhbərlik edir.[1]

Bu termin pravoslavqədim şərqi kilsələrinə münasibətdə istifadə olunur. İlk avtokefal kilsələr Bizans imperiyası vilayətlərində patriarxatlarmitropoliyaların ayrılma prosesi zamanı meydana gəldi.

Avtokefal statusu kilsə muxtariyyəti ilə qarışdırılmamalıdır.

Qədim dövrlərdə avtokefal birbaşa patriarxa tabe olan və yerli mitropolitdən asılı olmayan arxiyepiskopluğa deyilirdi.

Avtokefal pravoslav kilsələr

redaktə

Konstantinopol Pravoslav Kilsəsində qəbul olunan diptixə əsasən, hazırda 15 avtokefal pravoslav kilsəsi mövcuddur (onların 14-ü hamı tərəfindən tanınır və biri qismən tanınmış kilsədir), onlar aşağıdakı şərəf iyerarxiyasında yerləşirlər:

  1. Konstantinopol (7 milyon nəfər)
  2. Aleksandriya (1 milyon nəfər)
  3. Antioxiya (1,5 milyon nəfər)
  4. Yerusəlim (156 min nəfər)
  5. Rus (160 milyon nəfər)
  6. Serb (8 milyon nəfər)
  7. Rumın (20 milyon nəfər)
  8. Bolqar (8 milyon nəfər)
  9. Gürcü (3 milyon nəfər)
  10. Kipr (500 min nəfər)
  11. Yunan (10 milyon nəfər)
  12. Polyak (1 milyon nəfər)
  13. Albaniya (700 min nəfər)
  14. Çex və slovak (74 min nəfər)
  15. Ukrayn

Avtokefal qədim şərq kilsələri

redaktə

İstinadlar

redaktə
  1. Dr. Lewis J. Patsavos, Ph.D. Unity and Autocephaly: Mutually Exclusive? Arxivləşdirilib 2019-01-09 at the Wayback Machine
  NODES
Done 1