Avtomat açar (ing. Circuit breaker, rus. Автоматический выключатель )— cərəyan yüklənməsi və qısa qapanma nəticəsində yarana biləcək zədələnmələrdən elektrik dövrəsini qorumaq üçün layihə olunmuş, avtomatik fəaliyyət göstərən elektrik açarı. Onun əsas funksiyası nasazlıq aşkar edildikdən sonra cərəyanın axınını kəsməkdən ibarətdir. Əriyən qoruyucudan fərqli olaraq, avtomat açarın normal iş fəaliyyəti bərpa edilib, yenidən işlədilə bilər (əllə və ya avtomatik). Avtomat açarlar müxtəlif ölçülərdə hazırlanırlar. Kiçik avtomat açarlar aşağı cərəyan dövrələrini və fərdi məişət cihazlarını qorumaq üçün nəzədə tutulur. Bütün şəhəri elektrik enerjisi ilə təmin edən yüksək gərginlik dövrələrinin qorunması üçün isə daha fərqli kontruksiyada açarlar istehsal olunur.

Modulyar avtomat açarın daxili quruluşu

DIN-reykaya montaj edilə bilən termal maqnetik modulyar avtomat açar aşağıdakı hissələrdən ibarətdir.

  1. Açma və qoşma üçün istifadə olunan ling.
  2. Kabel giriş və çıxışları üçün terminallar.
  3. DİN-reykaya elektrik açarının korpusunu toplayır və lazım gəldikdə avtomat açarı reykadan çıxarmaq mümkün olur.
  4. Hərəkətli və hərəkətsiz kontaktların kommutasiyasını həyata keçirir
  5. Solenoid – yüksək cərəyan yüklənməsi olduqda cəld bir şəkildə kontaktların ayrılmasını həyata keçirir.
  6. Kontaktların ayrılması zamanı elektrik qövsü yarana bilər. Bu məqsədlə avtomat açarın daxilində qövs söndürən istifadə edilir.[1]

İstinadlar

redaktə
  1. "Устройство автоматического выключателя". electricalschool.info (rus). 7 oktyabr 2017. 2011-07-18 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  NODES