Böyük xallı qartal

Böyük xallı qartal (lat. Clanga clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü.

Böyük xallı qartal
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Böyük xallı qartal
Beynəlxalq elmi adı

Statusu

redaktə

Nadirdir.

Kateqoriyası

redaktə

(VU). Mənfi təsirlərə həssasdır.

Genefond əhəmiyyəti

redaktə

Cinsin 5 növündən biridir.

Qısa təsviri

redaktə

Bozqır (çöl) qartalından az kiçikdir. Səsi bərk çıxır– "kiyak-kiyak". Rəngi qara-qonurdur.

Yayılması

redaktə

AvropaAsiyada yayılıb. Azərbaycanda miqrasiya vaxtında olur, düzənlikdə tək-tək qışlayır.

Yaşayış yeri və həyat tərzi

redaktə

Mart-apreldə və bir də sentyabrda dağda və düzəndə görünür. Seyrək hündür ağac olan sahələri xoşlayır. Azərbaycanda miqrant populyasiyası qurbağa, kərtənkələ, siçanabənzər gəmiricilər və quşlar ilə yemlənir. Lakin yediyi quşların çoxu ovçular tərəfindən yaralanmış olanlardır.

XX əsrin axırına qədər adi saylı, sonralar isə nadir olub. Qışlamasını təsdiq edən müşahidə yoxdur. Son 10 ildə qışlamasını heç kim görməyib. Miqrasiya dövründə isə 2000-ci ildə cəmi 46 quş qeyd edilib. Son 10 ildə 30 quşdan çox olmayıb, yəni 35 % azalıb.

Məhdudlaşdırıcı amillər

redaktə

Azərbaycandan keçən populyasiyanın sayı Xəzər dənizindən şimala tərəf yerləşən ərazidən (Rusiya) asılıdır. Azərbaycanda miqrasiya dövründə olarkən zərərli hesab edilib ovlanması da nadir olmasına rəvac verib.

Əhali üçün əhəmiyyəti

redaktə

Siçan yeməsi faydalıdır. Sanitar əhəmiyyəti də var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Ovlanması qadağandır. Bioloji müxtəlifliyin saxlanılması prinsipinə əsasən, CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib. Beynəlxalq miqyasda qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Əhaliyə tanıdılması və qorunmasının vacibliyinin əhaliyə geniş izah edilməsi.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES