Bərkə xan (1209, Burxan Xaldun dağı1267[1], Tiflis[2]) – Qızıl Orda xanı, Cuçi xanın oğlu.

Bərkə xan Cuçi xan oğlu Borucigin
Бэрх хаан
1257 – 1266
ƏvvəlkiUlaqçi
SonrakıMəngü Timur
Şəxsi məlumatlar
Doğum tarixi 1209
Doğum yeri Burxan Xaldun, Monqolustan
Vəfat tarixi
Vəfat yeri Kür çayı sahili
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti xan
Atası Cuçi xan
Anası Borakçin xatun
Ailəsi Çingizlilər
Dini İslam

İlkin həyatı

redaktə

Bərkə xan Cuçi xanın övladlarından biri idi. I Monqol qurultayında, 1236-cı ildə Batı xanın qərbə səfərində iştirak etmişdi. Buxarada olan vaxt, Xarəzmli Şeyx Seyfəddin Dərvişdən İslamı öyrənərək müsəlman olmuşdu. 1248-ci ildə II Monqol qurultayının hazırlanmasına kömək etmişdi.

Hakimiyyəti

redaktə

Ulaqçi xanın taxtdan əl çəkməsindən sonra yerinə əmisi Bərkə xan keçdi (1257). 1259-cu ildə Boroldayın Polşa və Litvaya yürüşünü əmr edərək bir çox şəhəri ələ keçirmişdi.

Hülakü ilə müharibə

redaktə

Hülaku xanın xəlifə Müstəsim Billahı edam etməsi Bərkəni qəzəbləndirmişdi. 1262-ci ildə onunla müharibəyə başladı. Baybarsla müttəfiq olan Bərkə xan Noqay xanın başçılığı ilə Hülakunu Terek çayı sahilində məğlub etdi. Bu sırada Çingiz xanın digər oğulları bir-biriylə anlaşmazlığa düşmüş, Böyük xaqanlıq taxtı üçün öz aralarında savaşmağa başlamışdılar. Bərkə xan bu durumu yaxşı dəyərləndirdi. Böyük xaqanlıq savaşında öncə Arıq Buğaın tərəfini tutdu və onun adına pul kəsdirdi. 1264-cü ildə Xubilay onu və Hülakunu Arıq Buğa məsələsi haqda müzakirə üçün çağırmışdı. Lakin heç biri qurultaya getmədi.

Sonrakı həyatı

redaktə

Bərkə xan, Bizansla da məşğul olmağa başladı. 1265-ci ildə qardaşıoğlu Noqay xanın başçılığında 20 min nəfərlik bir ordunu Dunayın şimalına göndərdi. Bizans ordusuna qalib gəldi və tamamiylə dağıtdı. Bu səfəri ilə İstanbulda əsir olan II Keykavusu da götürərək Krıma apardı.

Ölümü

redaktə

Bərkə xan 1266-cı ildə Kür çayı sahilində xəstələnərək vəfat etdi. Yerinə Məngü Timur keçdi.

İstinadlar

redaktə
  NODES