Baltik dili (Vislik dili, pol. Mierzeja Wiślana, alm. Frische Nehrung‎) — ensiz dil Kalininqrad körfəzini Qdansk körfəzindən ayırır. Dilin uzunluğu 65 km təşkil edir. Dilin cənub hissəsi (30 km) Polşa, şimal-şərqi isə Rusiyanın Kalininqrad vilayəti (35 km) ərazisinfə yerləşir[1]. Eni orta hissəsələrdə 300—1800 metr, şimal hissədə isə 8–9 km təşkil edir. Dil əsasən qumlu çimərliklərdən ibarətdir. Burada dyunlara rast gəlinir. Cənub hissədən materikə birləşsədə, şimaldan isə materikdən Baltiysk kanalı ilə ayrılır. Dilin şimalı bəzən Pillau yarımadası adlanır[2].

Baltika dili
pol. Mierzeja Wiślana alm. Frische Nehrung
Yerləşməsi
54°24′00″ şm. e. 19°30′00″ ş. u.HGYO
Ölkələr
Baltika dili xəritədə
Baltika dili
Baltika dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyəti

redaktə

Baltik dili dəniz akkumulyasiyası zamanı formalaşmışdır. Əsasən küləklərin və onların fəaliyyəti nəticəsində qumların bir yerə tonlanmasından yaranmışdır. Baltik dilində dyunların hündürlüyü 40 metri keçmir. Dilin meydana gəlməsi 6 000 il öncəyə aid edilir.

Əhalisi

redaktə

Rusiya ərazisi

redaktə
 
Baltik dilinə açılan mənzərə.

Baltiysk şəhəri ilə birlikdə dilin ərazisi Baltiysk şəhər dairəsi ərazisinə daxildir. Bu dairənin ərazisində 34-35 min nəfər yaşayır[3].

Dilin Rusiya hissəsində Kosa və Rıbaçi qəsəbələri mövcuddur. Onlar əsasən dilin şimalında yerləşdiyindən Baltiysk şəhərindən açıq aşkar görünür. Dillə materik arasında katerlər fəaliyyət göstərir. Bunula da yaşayış məntəqələri ilə əlaqə yaradılır.

Polşa ərazisi

redaktə

Dilin Polşa hissəsində Rıbaskie Kontı, Krınısa Morska və Pyaski qəsəbələri vardır. Krınısa Morska məşhur kurort şəhərçiyidir.

Dilin sahəsi 2 522 ha-dır[4]. Dəniz sahilində çimərliklərin eni 30—40 metrdir[5]. Gizli turistik sahə ilə əlaqədar dilin Rusiya hissəsi 50 il müddətində qapalı zona olmuşdir.

Planlar

redaktə

Dildə gəmiçilik üçün kanalın tikintisi

redaktə

2004-cü ildə Kalininqrad vilayətində dilin Polşa hissəsində ksnalın tikintisi planı ətrafında böyük narazılıqlar yaranır. Polyaklar Elblonq limanını Baltik dənizini birləşdirmək məqsədi ilə kanalın tikintisini planlaşdırırlar. Bu məqsədlə hətta xüsusi fond təşkil edilir. Layihənin ümumi dəyəri 20 milyon dollar olaraq qiymətləndirilir[6].

Maraqlı fakt

redaktə
  • 19° 38' şərq uzunluğu dil ərazisində yerləşir. Bu sahə Rusiyanın ən ucqar qərb nöqtəsidir[7].
  • 2008-ci ilə qədər dil boyunca dəmir yolu fəaliyyət göstərirdi. Bu dəmir yolu Rusiyanın ən qərb nöqtəsində yerləşən dəmir yolu olmuşdur. Xəttin bəzi hissələrini hətta dəniz suyu yuyurdu. Hazırda xətt tamamən ləğv edilmişdir.

İstinadlar

redaktə
  1.  (rus.) «География Калининградской области». Пособие по краеведению для учащихся средней школы. П. П. Кучерявый, Г. М. Федоров. Калининградское книжное издательство 1989. ISBN 5-85500-037-0.
  2. Балтийск // Энциклопедия туризма Кирилла и Мефодия. 2008.
  3.  (rus.) İllərə görə əhalinin statistikası. Arxivləşdirilib 2008-08-07 at the Wayback Machine
  4.  (rus.) «Земля на Балтийской косе пошла с молотка». Ольга Гончарова. Газета «Комсомольская правда», 12.12.2007.[ölü keçid]
  5. "База отдыха «Балтийская коса»". 2008-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
  6.  (rus.) «Bəxtsiz ada. Baltika dilində kanalın tikintisi Kalinindrad vilayətinin ekologiyasına böyük zərbə vura bilər.» Aleksandr Ryabuşev. 2004.08.16. Nezavisimaya qəzeti. Arxivləşdirilib 2013-08-08 at the Wayback Machine
  7.  (rus.) Орлёнок В. В., Курков А. А., Кучерявый П. П., Тупикин С. Н. «Физическая география», Глава X. География Калининградской области. 1998 г. Arxivləşdirilib 2010-12-17 at the Wayback Machine

Mənbə

redaktə
  NODES
mac 5
os 1