Barri Lindon — amerikalı rejissor Stenli Kubrikin filmi. Ekranlara 1975-ci ildə çıxıb.

Barri London
Barry Lindon
Janr dram
Əsas mövzu şiddət[1], azadlıq[1], Maskulanlıq[1], müstəmləkəçilik[1], Opportunizm[2]
Rejissor Stenli Kubrik
Prodüser
Əsərin müəllifi Uilyam M. Tekkerey
Ssenari müəllifi Stenli Kubrik
Baş rollarda Rayan Onil
Patrik Meqi
Mariya Berenson
Operator Con Alkot
İstehsalçı Warner Bros.
Distribütor Warner Bros.
İlk baxış tarixi 18 dekabr 1975
Filmin növü tammetrajlı bədii film
Müddət 184 dəq.
Büdcə 11.000.000 $[3]
Gəlir 20.000.000 $[3]
Ölkələr  Böyük Britaniya
ABŞ ABŞ
Dil ingiliscə
Rəng rəngli[d]
Çəkiliş yeri Oksfordşir[d]
IMDb ID0072684
Mükafatları Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Academy Award for Best Costume Design
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

redaktə

Film irlandiyalı yetim kəndli oğlanın necə zadəgan Barri Lindon olmasından bəhs edir.

Gənc Barri Redmond öz dayısı qızına vurulur, onun zabit nişanlısını qısqanclıqdan duelə çağırıb, yaralalıyır və doğma yerləri tərk etməli olur. Daha sonra orduya qoşulur.

Avropadakı sərgüzəştləri zamanı Barri Yeddillik müharibədə iştirak edir, Prusiya dövlətinin xeyrinə casusluq edir və peşəkar qumarbaz olur. Böyük Britaniyaya qayıtdıqdan sonra o varlı bir gənc dul qadınla evlənir və Lindon soyadını qəbul edir. Arvadı onu sevsə də, oğulluğu ona nifrət edir. Varlı arvadından bir oğlu olur. Bir qəza nəticəsində uşaq ölür. Barri doğma oğlunun ölümünə dözə bilmir — pozğun həyat tərzi sürməyə başlayır, arvadını itirir. Filmin sonunda oğulluğu onu duelə çağırır.

Film bütün bu dövürü valehedici formada nəql etsə də, filmin möhtəşəmliyi və əsas ideyası XVIII əsrin sonu XIX əsrin əvvəlində zadəgan təbəqənin yox olması — ölməsidir.

Film haqqında

redaktə
  • Ssenari XIX əsrin ingilis yazıçı Uilyam M. Tekkereyin "Centlmen Barri Lindonun xatirələri" əsəsri əsasında yazılıb. Film dörd Oskar mükafatına layıq görülüb (ən yaxşı operator işi, musiqi, ssenari və geyim).
  • Stenli Kubrik filmin çəkilişi zamanı süni işıqlandırmadan demək olar ki, istifadə etməyib. Müvafiq səhnələr şam işığında çəkilib.
  • Stenli Kubrik şam işığında çəkilən səhnələr üçün xüsusi kamera linzalarını NASAdan gətizdirib.
  • Xüsusi linzalarla çəkilən səhnələrin olduğu hissələr üçün kinoteatr maşınisti üçün xüsusi göstəriş məktubu hazırlanıb.
  • İrlandiya Respublika Ordusu (İRA) Kubrikın adını özünün ölüm siyahısına alandan sonra filmin çəkilişi İrlandiyadan İngiltərəyə keçirilib.
  • Çəkiliş iki il davam edib.
  • Barri və onun oğulluğu, Lord Ballinqton arasındakı duelin montajı 42 gün çəkib.

Rollarda

redaktə
  • Rayan Onil
  • Patrik Meqi
  • Mariya Berenson

İstinadlar

redaktə
  1. 1 2 3 4 Pramaggiore M. 138,2 // Making Time in Stanley Kubrick’s Barry Lyndon (ing.): Art, History, and Empire. Bloomsbury Publishing, 2015. ISBN 978-1-4411-6775-0
  2. Barry Lyndon // The Encyclopedia of Stanley Kubrick (ing.): From Day of the Fight to Eyes Wide Shut. / G. D. Phillips, R. F. Hill Facts on File, 2002. P. 19. ISBN 0-8160-4388-4
  3. 1 2 Pramaggiore M. 60,6 // Making Time in Stanley Kubrick’s Barry Lyndon (ing.): Art, History, and Empire. Bloomsbury Publishing, 2015. ISBN 978-1-4411-6775-0
  NODES
Note 1