Belçika çoban iti

Belçika çoban iti .(nid. Belgische Herder, fr. Chien de Berger Belge) — orta ölçülü və belçikamənşəli çoban iti cinsi. Bu cins tüklərin tipi və rənginə görə dörd fərqli növ üzrə təsnif edilir: uzun tüklü qara qryunendal, sərt tüklü sarımtıl lakenua, qısa tüklü sarımtıl malinua və uzun tüklü sarımtıl tervyuren. "Amerika İtçilik Klubu" (AKC) bu dörd növü ayrı cinslər olaraq qəbul edir.

Belçika çoban iti
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Belçika çoban iti Qərbi Avropada rast gəlinən bir çox çoban iti tipindən, o cümlədən Arden buvyesi, flamand çoban itialman çoban iti kimi müasir cinslərdən təkamül etmişdir. Əsrlər boyu belçikalı çobanlar tərəfindən istifadə edilən bu itlər XIX əsrin sonunda bir cins klubunun qurulması ilə standartlaşdırılmağa başlanmışdır.

XIX əsr boyunca Avropanın digər ölkələrində olduğu kimi, Belçikada da çoban itləri standartlaşdırılmağa çalışılmışdır, lakin bu cins əsrin sonlarında nəsli tükənmək təhlükəsi ilə üzləşmişdir. 1891-ci ildə Belçika Çoban İti Klubu (fr. Club de Chien Berger Belge) qurulmuş və Adolf Reul rəhbərliyində bir komanda bu cinsin sahədə təhlilini apararaq standartlaşdırma işlərinə başlamışdır.[1][2] 1905-ci ildə fərqli növlər arasında yetişdirilmə qadağan edilmişdir, lakin Birinci Dünya müharibəsi səbəbindən bu cinsin sayı azalmışdır.[2] 1920-ci ildə növlər arasında cütləşməyə yenidən icazə verilmiş və 1945-ci ildən sonra cinsin nəsli bərpa edilmişdir.[3][2][4]

Növləri

redaktə
  • Qryunendal: 1885-ci ildə Qryunendal qəsri mülkünün sahibi Nikolas Rua tərəfindən yaradılmışdır. Bu növ tamamilə qara və uzun tüklü olması ilə seçilir. Uzun düz tükə və boyun ətrafında sıx yaxalığa malikdir.[3][2]
  • Malinua: İlk dəfə öz tipinə uyğun yetişdirilən növ olub, adını Belçikanın Mexelen regionundan almışdır. Bu növ qısa tüklü və sarımtıl rəngdədir.[5][1]
  • Lakenua: Laken qəsri mülkü ilə əlaqəli olan bu növ ən nadir olan növdür. Belçika kral ailəsinin himayəsini qazanmışdır. Sərt tüklü və sarımtıl rəngdədir.[5][2]
  • Tervyuren: M. Korbeel tərəfindən yetişdirilmiş və adını Belçikadakı Tervyuren regionundan almışdır. Uzun tüklü, sarımtıl rəngdə və qara ayaqlara sahibdir.[3][2][1]

Xüsusiyyətləri

redaktə

Belçika çoban iti orta ölçülü, atletik quruluşlu bir cinsdir. Çəkiləri 20–30 kiloqram, boyları isə 56–66 santimetr arasında dəyişir. Uzun və dar baş quruluşu, dik qulaqları ilə xarakterizə olunur. Bədən quruluşu əzələli, lakin ağır olmayan bir quruluşa malikdir. Bu cins ümumiyyətlə sağlamdır, lakin malinua növü bəzi genetik xəstəliklərə, xüsusilə omba displaziyası və epilepsiyaya meyillidir. Cinsin ömrü 12–14 il arasında dəyişir. Belçika çoban itləri çox ağıllı, ayıq və həssasdır. Təlimə asan uyğunlaşırlar və güclü qoruma instinktlərinə malikdirlər, bu da onları ətraflarını qorumağa meyilli edir.[6][5][7]

Belçika çoban itləri əsasən ev heyvanı və ya yoldaş it kimi saxlanılır. Lakenua Belçika ordusu tərəfindən müxtəlif vəzifələrdə istifadə edilir. Tervyuren narkotik aşkar etmə işlərində geniş istifadə olunur. Malinua xüsusilə ABŞ, İsrail və Avstraliya kimi ölkələrin hərbi və təhlükəsizlik qüvvələri tərəfindən geniş istifadə edilir.[5][3][1]

İstinadlar

redaktə
  1. 1 2 3 4 Wilcox, Bonnie; Walkowicz, Chris. Atlas of dog breeds of the world. Neptune City, N.J.: TFH Publications. 1995. 170–174.
  2. 1 2 3 4 5 6 Fiorone, Fiorenzo. Les chiens de berger belges: Groenendael, Tervueren, Malinois, Laekenois (fransız). Paris: De Vecchi. 1979. 11–19.
  3. 1 2 3 4 Morris, Desmond. Dogs: the ultimate dictionary of over 1,000 dog breeds. North Pomfret, VT: Trafalgar Square Publishing. 2001. 425–428. ISBN 978-1-57076-219-2.
  4. Hancock, David. Dogs of the shepherds: a review of the pastoral breeds. Ramsbury, Wiltshire: The Crowood Press Ltd. 2014. 112–113. ISBN 978-1-84797-808-0.
  5. 1 2 3 4 Fogle, Bruce. The encyclopedia of the dog. New York: DK Publishing. 2009. 306–307. ISBN 978-0-7566-6004-8.
  6. Alderton, David. The encyclopedia of dogs. Bath: Parragon Books Ltd. 2008. 272–273. ISBN 978-1-4454-0853-8.
  7. "FCI-Standard N° 15: Belgian Shepherd Dog" (PDF). Fédération Cynologique Internationale. 13 March 2001. İstifadə tarixi: 5 October 2020.

Xarici keçidlər

redaktə
  NODES
Done 1