Berlin döyüşü (1945)

Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri.

Berlin döyüşü
İkinci Dünya müharibəsi
Böyük Vətən müharibəsi
Döyüşdən sonra olan dağıntılar.
Döyüşdən sonra olan dağıntılar.
Tarix 16 aprel 19452 may 1945
Yeri Berlin, Almaniya
Nəticəsi

SSRİ-nin qələbəsi

  • Adolf Hitler və digər yüksək vəzifəli şəxslərin intihar etməsi;
  • Berlin qarnizonunun müdafiəsiz təslim olması;
  • Almaniyanın siyasi səlahiyyətlərini Flensburq hökümətinin yerinə yetirməsi.
Münaqişə tərəfləri

Üçüncü Reyx Almaniya

SSRİ SSRİ
Polşa Polşa

Komandan(lar)

Üçüncü Reyx Adolf Hitler
"Visla" Ordu Qrupu:
 • Üçüncü Reyx Qotxard Xeynritsi
 • Üçüncü Reyx Kurt fon Tippelskirx Təslim olmaq
"Mərkəz" Ordu Qrupu
 • Üçüncü Reyx Ferdinand Şerner
Berlin Müdafiə Sahəsi:
 • Üçüncü Reyx Hellmut Reymann
 • Üçüncü Reyx Helmut Veidlinq Təslim olmaq
 • Üçüncü Reyx Rudolf Siekenius
Üçüncü Reyx Xasso fon Mantoyfel
Üçüncü Reyx Teodor Busse
Üçüncü Reyx Valter Venk
Üçüncü Reyx Valter Reinq

SSRİ İosif Stalin
1-ci Belarusiya cəbhəsi:
 • SSRİ Georgi Jukov
2-ci Belarusiya cəbhəsi
 • SSRİ Konstantin Rokossovski
1-ci Ukrayna cəbhəsi
SSRİ İvan Konyev

Tərəflərin qüvvəsi

Berlin əməliyyatı:
766,750 əsgər
1,519 zirehli döyüş vasitəsi[1]
2,224 təyyarə[2]
9,303 top[3]
Berlin döyüşü:
45,000 polis hərbi qüvvəsi
Hitleryuqend qüvvələri
40,000 folksşturm qüvvələri[4]

Berlin əməliyyatı:
2,5 milyon hərbi qüvvə
6,250 tank
7,500 təyyarə
41,600 top[5][6]

Berlin döyüşü:
1,5 milyon hərbi qüvvə[4]

İtkilər

SSRİ mənbələri:
458,080 ölən
479,298 həbs edilən[7]
Ümumi: 937, 378 şəxs.
Alman mənbələri: 100 min ölən.[8]
Berlin döyüşü: 22 min vətəndaş, 22 min əsgər itkisi.[9]

SSRİ mənbələri: 81,116 ölən və itkin,[10] 280.251 yaralı.
Ümumi: 361,367 hərbi qüvvə
1,997 tank
2.108 top
917 təyyarə.[10]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi.

Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar. Şərqi Prussiya, Aşağı Sileziya, Şərqi Pomeraniya və Yuxarı Sileziya torpaqlarını ələ keçirən sovet qoşunları Odra çayı ərazisində Berlinin 60 km şərq istiqamətində yerləşən Kustrn yaxınlıqlarındakı Odar körpüsündə müvəqqəti olaraq dayandılar. Ardınca isə Berlinə istiqamətlənən ümumi hücum ərzində iki Sovet cəbhəsinə bağlı olan qoşunlar Berlinə şərqdən və cənubdan irəlilədilər. Üçüncü sovet cəbhəsi isə Berlinin şimalında mövqe tutan Alman qüvvələrini bu ərazidə məğlubiyyətə uğratdı.

Berlinin xaricindəki preventiv müdafiə hazırlıqları mart ayının 20-də başlandı. Bu tarixdə "Visla" Ordu qrupunun komandiri olan general Qotxard Heinritsi əsas sovet hücumunun cəbhə xəritələrində də məlum olduğu kimi Odra çayının üstündəki körpüdə ediləcəyini fikirləşirdi. Bu fikirlə o, Berlinin 90 kilometr (56 mil) şərqində olan Zeelovskada müdafiə tərtibatı qurmuşdu. Berlində baş verən əsas müharibə başlamazdan əvvəl sovet qoşunları bu mövqelərə hücum edərək Zeelovska və Xalba döyüşləri ilə Berlinin mühasirəsini tamamlandı.

Berlin döyüşünün nəticəsi "Berlin əməliyyatı"nın ilk mərhələlərində Almaniyanın paytaxtının xaricində təyin olunmağa başlamışdı. Sovet qüvvələri ərazini mühasirəyə almağa çalışarkən, alman qüvvələri də bunun qarşısını almaq üçün mübarizə aparırdı. Döyüşün sonunda alman qüvvələrinin mütləq əksəriyyəti məhv edildi və yerli komandanlıq təslim olmağı qərara aldı. Bu ilkin döyüşlər ümumi prosesin də müqəddəratını müəyyən etdi. Bundan sonra da Berlində sərt şəhər döyüşləri davam başlamış, Qızıl Ordu qüvvələri şəhərin mərkəzinə doğru hər küçədə döyüşərək irəliləməyə müyəssər olmuşlar.

Hazırlıq

redaktə

Sovet Silahlı Qüvvələrinin Berlin üzərində zərbə vuracağını gözləyən alman-faşist komandanlığı bu zərbənin qarşısını almaq üçün bütün tədbirləri görməyə başladı. Sovet qoşunları Berlin üzərinə hücum edərkən, Berlini faşistlərin 64 diviziyası, 4 xüsusi briqadası, 39 xüsusi piyada və tank polkları, 98 xüsusi batalyonu, 4 artilleriya və minaatan briqadası, 10 xüsusi ağır artilleriya polku müdafiə edirdi. Hitler komandanlığının əmri ilə bütün ehtiyat piyada, tank və artilleriya hissələri, xüsusi qoşun hissələri, həmçinin esesçilər hissəsi Berlinə gətirilmişdi. Hitler qoşunları Berlin ətrafında bir neçə zonada və mövqelərdə bir-birindən 100 km. dərinliyində müdafiədə dayanmışdıəar. Onların müdafiə sistemində çoxlu səngər, taxta-torpaq atəş nöqtəsi, tanka qarşı xəndəklər, mina səhraları, tankın qarşısını kəsmək üçün yerə basdırılmış dirəklər, məftil çəpərlər var idi. Sovet Ali Baş Komandanlığı 1-ci və 2-ci Belorusiya və 1-ci Ukrayna cəbhəsinin qoşunları qarşısında alman-faşist ordusunu mümkun qədər tez məhv etmək və Berlini ələ keçirmək vəzifəsini qoymuşdu. Diviziya komandirinin əmri ilə hücumçu qruplar yaradıldı. Bu qrupların tərkibinə 1-2 atıcı rotası, 76 mm-lik toplar batareyası, 122 mm-lik toplar batareyası, 152mm-lik ağır toplar batareyası, 203 mm-lik bir-iki top, 3 ədəd özüyeriyən top, 120 mm-lik minaatanlar batareyası, sapyor vzvodu, tüstü buraxan bölmə və avtomatçılar vzvodu daxil idi.

Hər bir atıcı alay 3 belə hücumçu qruplar təşkil etmişdi. Hücumçu qrupların bu şəkildə yaradılması Berlin uğrunda gedən vuruşmalarda özünü doğrultmuşdu. Hər bir hücumçu qrupun 1,5 komplekt hərbi sursatı, bir günlük ərzaq ehtiyatı, hər bir əsgərin 8-10 qumbarası var idi. 1054-cü artilleriya alayının hərbi texnikası 1945-ci il aprelin 15-də növbəti hərbi əməliyyata ümumi artilleriya hazırlandığında iştirak etmək üçün Vilhelm-Minenxov rayonunda ön xəttə gətirildi. Bundan başqa bütün atıcı alayların artilleriyası atəş mövqelərində hazır vəziyyətə gətirildi. Atıcı alayların bütün minaatanları da ümumi minaatan qrupunda birləşdirildiş Diviziya aprelin 16-da qərargahın əmri ilə körpü dar dəmir yolu qovşağı, bənd qovşağı rayonlarında özünə döyüş mövqeyi tutdu. Diviziya 60-cı qvardiya atıcı diviziyasının ardınca hücuma keçməli idi. O, Alt-Oderə çatdıqdan sonra Noy-Xardenberqin cənub tərəfinə doğru ümumi hücumu genişləndirməli idi.

Döyüş

redaktə

Diviziya aprelin 15-dən 16-na keçən gecədə düşmənin Genşmarqoltsev, Vilhelm, Minenxov-Ser mövqeleərini ələ keçirdi. Beləliklə korpusun ikinci eşelonunu təşkil edən 416-cı diviziya bənd üzərinə hücum etmək üçün martın 16-da gecə saat 2-də 60-cı qvardiya və 295-ci atıcı diviziyaları arasında çıxış mövqeyi tutur. Diviziya düşmənin müdafiəsini yardıqdan sonra, saat 3-də əsas vəzifəni yerinə yetrmək işinə başladılar. Diviziya hissələri kolonnalar halında Noy-Xardenberq istiqaməti ilə irəlilədilər və saat 17.30-da Buşdorf rayonundan birləşdilər. Onlar korpusun 1-ci eşelonunun hücumunu genişləndirmək üçün hazırlıq işlərinə başladılar. Faşist qoşunları 1-ci eşelonun hücum edən hissələrinə Alt-Oderdə şiddətli müqavimət göstəridilər. Bunun nəticəsində eşelonun hücumu ləngidi, sürəti nisbətən azaldı. Aprelin 17-də səhər düşmən geriyə çəkildi və diviziya onu təqib etməyə başladı. Sovet əsgərləri həmin gün Alt-Oder çayını keçərək, Noy-Xardenberqə yaxınlaşdılar. Diviziyanın ön dəstələri şiddətli döyüşdən sonra 295-ci atıcı diviziyası ilə birlikdə Noy-Xardenberqi tutdular. 416-cı diviziya Qrunov-Belersdrof rayonundan çıxarılıb Klosserdorf istiqamətində döyüşə göndərildi. Diviziyanın 1368-ci polku düşmənə qarşı vuruşaraq, aprelin 20-də Sar şəhərciyinə yaxınlaşdı. 1373-cü polkun üzərinə düşmənin bir batalyon piyada əsgərləri əks-hücum etdiş Düşmənin əks-hücumu dəf edildiş 1368-ci alay qəti həmlə ilə Klosserdorfun şərq tərəfini ələ keçirdi. Bu zaman 1373-cü atıcı alay ön dəstələrin tərkibnə daxil edilmiişdi. Bu polk bütün günü 1368-ci atıcı alayla birlikdə əməliyyat aparırdı. Hər iki alay irəliləyərək, Klosserdorfun cənub-şərq tərəfini düşməndən təmizlədilər. Aprelin 20-də iki alayın qəti hücumu nəticəsində 416-cı diviziya Klosserdorfu ələ keçirdi. Bu döyüşdə düşmən 100 nəfərədək əsgər və zabit itirdi. 15 pulemyot və 5 top ələ keçirildi. Aprelin 21-də qısamüddətli artilleriya atəşi hazırlığından sonra diviziyanın 1374 və 1368-ci alaylarının hissələri Ştrausberq istiqamətində hücuma keçdilər və şəhərin arxasına keçərək qəti hücumla onu tutdularş Qoşun hissələrimiz Gilşdrof, Vezental, Buxqolst istiqamətində hücumu genişləndirərək, Alt-Lansberqin qərb tərəfinə Berlinə gedən dövrələri avtomaşın şısesinə çıxdılar. Bu əməliyyat zamanı düşmənin 250 nəfər əsgər və zabiti öldürülmüş və yaralanmışdı. 50 pulemyot, 28 top, 6 transportyor, 40 təyyarə və çoxlu hərbi susat ələ keçirilmişdi. 416-cı diviziya Berlinə lap yaxınlaşdırdı. Hissələrin komandirləri gecənin qaranlığında düşmənin müdafiə mövqelərində kəşfiyyat aparılmasını təşkil etdi. Düşmən mövqelərinə üç eşelon üzrə hücum edilməsi qərara alındı. Ppolkların və diviziyanın müşahidə məntəqələri hücum edən cərgələrdən 200-600 metr uzaqlaşdırıldış Budöyüş meyadanı meydanını mühasirə etməyə və əməliyyat aparmağa imkan yaradırdı. Diviziya aprelin 22-də səhər hücuma keçdi. 1368 və 1373-cü atıcı polkları cınub-qərb istiqamətində Maledrof, Gitstin cənub tərəfinə, Sileziya vağzalı və Reyxstaqa doğru irəliləməyə başladılar. Saat 11-ə yaxın onlar Malsdorfun şimal və şərq tərəfini ələ keçirdilər. Diviziya düşməni səngərlərdən, binalardan vurub çıxararaq, saat 2-də Bulqarten dəmir yolu stansiyasını tutdu və Bisdorfa doğru irəliləməyə başladı. Hücumçu qruplar 1-ci eşelonda əməliyyat apararaq, binaları, məhəllələti mühasirəyə alırdl. Düşmənin qəti məhv edilməsini isə ikinci eşelonda irəliləyən hücumçular və xüsusi olaraq, ayırılmış polk qrupları başa çatdırırdılar. Faşist qoşunları "panser-faust" silahlarından, səhra toplarından, ozüyeriyən toplardan istifadə edərək, tez-tez əks-hücuma keçirdilər. Döyüşün əsas xüsusiyyəti ondan ibarət idi ki, düşmənin kiçik qrupları arxada qalaraq, pulemyot atəşi ilə arxanın işini pozurdu. 1373-cü atıcı alayı 1945-ci il aprelin 23-də Berlinin yaxınlığında almanların çox dərinlərə uzanıb gedən güclü müdafiəsini müvəffəqiyyaətlə yararaq, şəhərə daxil oldu. Burda döyüşçülər kiçik qruplara bölündülər. Hər qrupda 1-20 əsgər vardı.

Həmin qruplardan biri Sileziya vağzalının içərisində düşmənə qarşı vuruşurdu. Faşistlər burda şiddətli müqavimət göstərirdilər. Onlar snansiya binasının pəncərələrinə qoyduqları dəzgahlı pulemyotlardan atəş açdılar. Binanın damında snayperlər gizlənmişdilər. Kiçik leytenant V. Taqantsev başda olmaqla, bir qrup əsgər, həmçinin tankçıların atəşinin köməyilə Berlində Sileziya vağzalı və ardınca tikiş fabriki ələ keçirilir və ordu Şpree çayı üzərindəki körpüyə çatır. Bu, ikimərtəbəli körpü idi. Körpünün aşağı gözündən avtomaşın yolu, üst gözündən isə dəmir yolu keçirdi. Alman hərbçiləri belə zənn edirdilər ki, Sovet qoşunları körpünün gücünü bu tərəfə çevirmişdilər. Lakin batalyon komandanlığı isə Şpree çayını körpünün yuxarı gözü ilə keçməyi qət etdi. Aprelin 24-də saat 12-yə yaxın batalyon körpüyə doğru hücuma keçdi. Ağır döyüş başladı. Bu döyüşdə əsgərlər bir çox igidliklər göstərdilər. Onlardan starşina Sərdar Hüseynov, sanitar Kornev seçilirdi. Həmin döyüşdə qvardiyaçı leytenant Süleymanov qəhrəmancasına həlak oldu. Axşam bütün ordunun bölmələri Şpree çayını bütünlüklə keçdilər. Diviziyanın ağır topçu və piyada hissələri aprelin 25-də Şpree çayının sol sahilinə keçdi. 9-cu atıcı korpusunun hissələri Şpree çayının sol sahilində 416-cı diviziyanın hissələri ilə birləçdilər. 416-cı diviziya aprelin 28-də çayın şimal sahilindəki öz döyüş mövqeyini 26-cı atıcı korpusunun hissələrinə tərk etdi. Səhər saat 7-yə yaxın 1368-ci atıcı polku- Keppeniker-ştrasse, Altberq-ştrasse küçələrinin tinində, 1373-cü atıcı polku Korx-ştrasse rayonunda yerləşdilər. 1374-cü atıcı polk 230-cü atıcı diviziyanın tərkibinə daxil olaraq, Podrezdener-ştrasse rayonuna hücum etməyə hazırlaşdı. İyirmi dəqiqəlik artilleriya hazırlığından sonra polun hücumçu qrupları həmləyə keçərək saat 13-də Qründ-ştrasse küçəsinə çatdılar. Aprelin 29-da 1347-cü polk daha 2 məhəlləəni düşməndən təmizləyərək, Berlinin cənub-qərb tərəfinə çıxıd. Polk həmin gün saat 20.00-da döyüşə girərək körpünün şimal-şərq tərəfindən keçən Geppeniger-ştrasse boyunca əməliyyatı davam etdirdi.

Bu zaman divizyanın hissələri qarşısında yeni vəzifə: cabhəni yarıb Reyxstaqa çatmaq vəzifəsi qoyulmuşdu. Diviziyanın 1373-cü polku döyüş nəticəsind Zeydel və Gertraudeq-ştrassenin təmizlənməsini başa çatdırdı və həmin küçələrin çarpazlaşdığı yeri, Gertraudeq-ştrassedəki kilsəni ələ keçirmək üçün döyüşləri davam etdirdi, alkin müvəffəqiyyət qazana bilmədi. Faşistlər mühasirəyə alındıqlarına baxmayaraq hər bir binanı, barrikadanı, zirzəmini hətta pilləkənləri inadla müafiə edirdilər. Döyüşlər son dərəcədə şiddətli xarakter almışdı. Küçə vuruşmaları məhdud olduğundan faşistlər hücumçu qrupların irəliləməsini ləngidirdilər. Diviziyanın 1373 və 1374-cü atıcı polkları aprelin 30-da səhər tezdən hücumu genişləndirərək, daha bir məhəlləni düşməndən təmizlədilər. Həmin gün faşistlər 100 nəfər əsgər itirdi. 11 faşist əsir alındı, 3 top, ərzaq və hərbi sursatla dolu 4 anbar, 200 avtomaşın ələ keçirildi. 416-cı diviziyanın 1373-cü atıcı polkuna Kayzer sarayını ələ keçirmək vəzifəsi tapşırılmışdı. Faşistlər burada son dərəcə ciddi müqavimət göstərirdilər. Diviziyanın komandirləri 1945-ci ilin 1 Mayında kayzer sarayını təmamilə ələ almağı qət etdilər. Kəşfiyyatçılar sarayın zirzəmisinə girdilər. Alman əsgərləri onların üzərinə böyük bir hissənin hücum etdiyini zənn edərək qaçdılar. Yerdə qalanları isə müəyyən fəndlər işlədərək, çox tez bir zamanda saraydan təmizləmək mümkün oldu. Kayzer sarayının ələ keçirilməsi uğrundakı döyüşlərdə 1374-cü atıcı alayının əsgərləri xüsusilə fərqlənmişdilər.

1945-ci il mayın 1-də 416-cı diviziyanın 1374-cü alayı 266-cı atıcı diviziyasının hissələri ilə birgə əməlyyat apararaq, Berlin şəhərində Breytes-ştrasse və Brauder-ştrasse küçələrini ələ keçirərək, şəhərin digər məhəllələrini almanlardan təmizləməyi davam etdirdilər. Almanlar diviziyanın 1373-cü polkuna cidd müqavimət göstərdikləri üçün polk nisbətən ləng irəliləyirdi. Düşmən bəzən şiddətli əks-hücuma keçirdi. 1373-cü alayının əsgərləri faşistlərin əks-hücumunu müvəffəqiyyətlə dəf edirdilər. 1945-ci il mayın 1-də 11:30-da Qafqazın qəhrəman müdafiəçiləri və Volqoqradın bahadırları-general Çyukovun şöhrət qazanmış ordusunun əsgərləri Berlinin mərkəzində birləşdilər. Onlar bir-birinii qucaqlayır və təbrik edirdilər. 416-cı diviziyanın qəhrəman əsgərlər Reyxtaqa qəti hücum əməliyyatında iştirak etmişdilər. Faşistlər Reyxstaqın yaxınlığındakı küçənin o biri tərəfində yerləşmiş altımərtəbəli binadan vurub çıxarmaq lazım idi. Bu bina düşmənin müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi. Binada faşistlərin avtomatçılardan, pulemyotçulardan və faust-patronçulardan ibarət güclü bir qrupu yerləşird. Altımərtəbəli binaya hücum etmək kiçik leytenant Əliyevin vzvoduna tapşırıldı. Qısa müddət ərzində Əliyevin vzvodu binanın bütün altı mərtəbəsinin hamısını ələ keçirdi. Faşistllər binanı yenidən geri almaq üçün küçə və həyətdən əks-hücuma keçdilər. Lakin Əliyevin vzvodu onları elə güclü pulemyot və avtomat atəşinə tudu ki, faşistlər geri çəkildilr və daha qayıtmadılar. 1945-c il may ayının 2-də səhər saat 6-da Berlin süqut etdi. 416-cı Taqanroq diviziyasının iştirak etdiyi Berlin əməliyyatı faşist işğalçılarına qarşı II Dünya Müharibəsinin son əməliyyatı oldu. Berlin alındıqdan 7 gün sonra Hitler Almaniyası təslim oldu. 1945-ci ilin may ayının 9-u Qələbə günü kimi tarixə keçdi.

Sovet ordusunun ən yaxşı əsgəri birləşmələrindən biri də 416-cı atıcı Taqanroq diviziyası oldu. Bütün müharibə ərzində diviziyanın təşkil olunduğu vaxtdan qələbə gününədək onun sıralarında düşmənə qarşı vuruşan döyüşçülərdən 14369 nəfəri orden və mefdallarla təltif olunmuşdur.

İstinadlar

redaktə
  1. Ray Wagner - The Soviet Air Force in World War II: the Official History, Sh: 346
  2. Christer Bergstrom - Bagration to Berlin - The Final Air Battles in the East: 1944-1945, Sh: 117
  3. David M. Glantz - When Titans Clashed: How the Red Army Stopped Hitler, Sh: 373
  4. 1 2 Antony Beevor - Berlin: The Downfall 1945 (2002), Sh: 287
  5. Earl F. Ziemke - Battle for Berlin End of the Third Reich Ballantine's Illustrated History of World War II (Battle Book #6) 1969 Sh: 71
  6. Williamson Murray, Allan Reed Millett - A War to be Won 2000, Sh: 482
  7. David M. Glantz - When Titans Clashed: How the Red Army Stopped Hitler, (1998) Sh: 271
  8. Rolf-Dieter Müller - Das Deutsche Reich und der Zweite Weltkrieg, Band 10/1: Der Zusammenbruch des Deutschen Reiches 1945 und die Folgen des Zweiten Weltkrieges - Teilbd 1: Die militärische Niederwerfung der Wehrmacht, (2008) Sh: 673
  9. "Həbs edilənlərin bir hissəsi xüsusi formada olsalar da, onlar hərbi qüvvə deyil. Liman və dəmiryolu işçilərinin bəziləri də həbs olunmuşdur.". Antony Beevor - Berlin: The Downfall 1945, Sh: 287)
  10. 1 2 G. F. Khrivosheev - Soviet Casualties and Combat Losses in the Twentieth Century, 1997, Sh: 219, 220
  NODES