1991-ci ildə qurulan “Bney Saxnin” ərəblərin qurduğu və yaşatdığı klub kimi tanınır. Yaxın Şərqdə, demək olar ki, hamının dəstəklədiyi bu komanda daha çox Qətər hökumətindən yardım alıb. Belə ki, stadionun yenidən qurulması üçün Qətər hökuməti öz dəstəyini əsirgəməyib. Klub rəhbərliyi də bunu unutmayaraq, stadionun adını Qətərin paytaxtının şərəfinə “Doha” qoyub. Komandada həm ərəb, həm də yəhudi əsilli futbolçular forma geyinir. “Bney Saxnin”in kapitanı Abbas Suan müsəlman olmasına baxmayaraq, 12 dəfə İsrail millisinin formasını geyinib. Xatırladaq ki, Abbas Suan dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya ilə oyunda son dəqiqələrdə qola imza ataraq İsrail millisinə vacib qələbə qazandırmışdı.

Bney Saxnin FK
Ölkə
Yaranma tarixi 1996
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu komandanın ev oyunlarını keçirdiyi gün stadionda əsasən ərəb mahnıları səsləndirilir.

Avropa kuboklarında iştirak

redaktə
  NODES