Bokkoni Universiteti
Bokkoni Universiteti və ya tam adı Luici Bakkoni adına Kommersiya Universiteti (it. Università Commerciale Luigi Bocconi) — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi; biznes sahəsi üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. Bokkoni Universiteti dünyanın ən nüfuzlu universitetlərindən biri kimi qəbul edilir[2] və Milanın tarixi mərkəzindəki Viale Bligny yerləşir[3] .
Bokkoni Universiteti UNIBOCCONI | |
---|---|
45°27′01″ şm. e. 9°11′23″ ş. u.HGYO | |
Əsası qoyulub | 10 noyabr 1902 |
Tip | Özəl |
Prezident | Mario Monti |
Rektor | Andrea Sironi |
Tələbə sayı | 13.404 (7 yanvar 2015)[1] |
Ölkə | |
Ünvan | İtaliya, Milan şəhəri |
Universitet şəhərciyi | Viale Bligny Milan |
Sayt |
unibocconi.it unibocconi.eu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUniversitet 10 noyabr 1902-ci ildə fəaliyyətə başlamışdır.
Universitet məşhur biznesmen və xeyriyyəçi Ferdinand Bokkoninin oğlu Luici Bakkoninin şərəfinə belə adlandırılmışdır.[4] Həmçinin bu ali təhsil müəssisəsi həmin biznesmenin maliyyələşdirməsi sayəsində yaradılmışdır.[4] Sahibkar Birinci İtaliya-Həbəşistan müharibəsi zamanı 1 mart 1896-cı ildə Adua döyüşündə həlak olmuş oğlu Luicinin adını şərəfləndirmək və yaşatmaq qərarına gəlmişdi.[4] Bu döyüşlərdə İtaliya Həbəşistana tam məğlub olaraq 11 mindən çox insan itirmişdir.[4]
Bu ali məktəb İtaliyada məzunların iqtisadçı diplomu əldə etdiyi ilk təhsil müəssisəsi idi.[4]
Fəaliyyəti
redaktəFerdinand Bokkoni tərəfindən yaradılan universitet italyan iqtisadiyyatını irəli çəkə bilən mütəxəssislərin yetişdirilməsi məqsədilə fəaliyyət göstərir.[4] Universitet həmçinin real dünya, innovasiyalar və intellektual azadlıq prinsipləri əsasında təşkil edilmişdir.[4]
Universitetdə iqtisadiyyat, menecment və digər ixtisaslar üzrə bakalavr, magistr və elmlər doktoru (PhD) dərəcəsi almaq mümkündür.[4] MBA diplomuna isə SDA Bokkoni Menecment məktəbində təhsil almaqla əldə edilə bilər.[4] Bundan əlavə, universitet ixtisasın artırılması və biznesin müxtəlif növləri üzrə yüzlərlə proqram təklif edir.[4]
Əcnəbi tələbələr üçün təhsil imkanları
redaktəBokkoni Universitetinin əcnəbi tələbələr üçün əlavə cəlbedici cəhəti tək italyan dilində deyil, ingilis dilində də tədrisin aparılması, həmçinin təqaüdün əlçatan olmasıdır.[4]
Reytinqi
redaktə"Vol Strit" jurnalının (ing. "The Wall Street Journal") apardığı reytinq sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı biznes ali məktəbi sırasına daxil olub.[5]
Bokkoni Universiteti əsasən "İqtisadiyyat" və "Maliyyə" ixtisasları üzrə təqdim etdiyi diplomalara görə yüksək qiymətləndirilir.[4] SDA Bokkoni Menecment məktəbi isə Avropanın ən yaxşı biznes məktəblərinin onluğuna daxildir.[4]
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Mario Monti — İtaliyanın sabiq baş naziri;
- Klarens Zeedorf — Niderlandlı keçmiş futbolçu;
- Alessandro Profumo — banker.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Anagrafe Nazionale Studenti Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (ital.)
- ↑ "tg24.sky.it". 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
- ↑ "Financial Times". 2024-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Bocconi universiteti Arxivləşdirilib 2018-07-27 at the Wayback Machine. banker.az, 11.06.2015 (az.)
- ↑ Bəşarət Məmmədov, Dilrubə Bayramova, Dünya təhsili: İtaliyanın təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 13.01.2012, № 02. (az.)
Xarici keçidlər
redaktə- unibocconi.eu — rəsmi saytı
- SDA Bocconi School of Management Arxivləşdirilib 2007-11-13 at the Wayback Machine (ing.)
- Bocconi Alumni Association New York Website Arxivləşdirilib 2017-10-07 at the Wayback Machine (ing.)
- Campus Bocconi - Official Site Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine (ing.)
- International Students at Bocconi Website Arxivləşdirilib 2021-02-12 at the Wayback Machine Practical information for incoming students (ing.)
- Bocconi Chinese Students Association Website (ing.)