Bonkey (盆景?, azərb. podnos mənzərəsi[1])Yaponiya miniatür mənzərə sənəti. Bonkey 3 ölçülü mənzərələrin müvəqqəti və ya daimi miniatür təsviridir. Bu zaman əsasən daş, qum, sement kimi materiallardan istifadə olunur.[2] Bonsaysaykey kimi digər yapon sənət növlərindən fərqli olaraq bonkeydə canlı element istifadə olunur. Bonsay canlı ağaclar, saykey isə canlı ağac və digər tərəvəzləri özündə ehtiva edir.

Utaqava Yoşişiqe tərəfindən çəkilmiş bonkey təsvirləri (1848).

Haqqında

redaktə

Podnos üzərində qumla müstəvi şəkilli mənzərələr yaratmaq sənəti olan bonsekidən fərqli olaraq bonkey mənzərələrin 3 ölçülü təsviridir və bəzən daimi saxlanıla bilər. Bonkeydə çox vaxt quru materiallardan istifadə olunsa da, axan su və dəniz kənarı mənzərələri də təsvir olunur, bunun üçün müxtəlif rəngli çınqıl və qumlardan istifadə olunur. Bəzən bonkeydə insanların, tikililərin, körpüləri və digər elementlərin miniatür fiqurları da öz əksini tapır.

Bonkeyin əsas məqsədi nümayiş üçün estetik görünüşlü miniatür mənzərələr əldə etməkdir. Üç ölçülü mənzərə geniş, kənarları ensiz podnosda təsvir olunur. Çay sahilləri, təpələr, uçurumlar, dağlar, qayalıqlar sement, gil və Yaponiyada keto adlandırılan toz halına salınmış torf kimi materiallardan hazırlanır.[2] Bu heykəllərin daha təbii görünməsi üçün rənglənir. Düz sahələrdən ibarət düzənlikləri və açıq su sahələri rəngli qumla örtülür.

Miniatür insan və heyvan fiqurları, tikili və nəqliyyat modelləri bonkeyin əsas mənzərəsinə yerləşdirilir. Ağaclar və digər bitkilər də təsvir olunsa da, canlı ağac bonkeyin tərkib hissəsi deyil. Tamamlanmış bonkeylər evlərdə nümayiş etdirilir.[3]

Bonkey Yaponiyanın saykey, Çinin penzin, Vyetnamın hon non bo sənəti ilə oxşarlıq təşkil edir.

İstinadlar

redaktə
  1. Buller, Lew. Saikei and Art. Lew Buller. 2005. ISBN 0-9772443-0-X.
  2. 1 2 Hirota, Jozan. Bonkei: Tray Landscapes. Kodansha International Ltd. 1970. ISBN 0-87011-495-6.
  3. Behme, Robert Lee. Bonsai, Saikei and Bonkei: Japanese Dwarf Trees and Tray Landscapes. William Morrow and Co., Inc., New York. 1969. ISBN 978-0-688-05205-8.

Xarici keçidlər

redaktə
  NODES
Intern 1
os 3