Brizlər (fr. brises) — dəniz, göl və böyük çayların sahillərində gündüz dənizdən, gecə isə qurudan əsən yerli küləklərdir. Brizlər sutkalıq küləklərdir. Brizlərin əmələ gəlməsində quru ilə su üzərindəki hava temperaturunun müxtəlifliyi səbəb olur, gündüz qurunun üstündə hava su üzərindəki havaya nisbətən çox qızır, buna görə də qızmış hava yuxarı qalxır və onun yerini su üzərindən axıb gələn nisbətən soyuq hava tutur. Buna gündüz brizləri deyilir, gecə isə bu hal əksinə olur və gecə brizləri əmələ gəlir.[1]

Brizlərin hərəkəti

Mənbə

redaktə
  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  NODES