Buldoqlar (ing. bul – öküz və dog –it) — qısatüklü it cinsləri qrupu.[1]

Buldoqlar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Əcdadları molos doqları – qədim döyüş itləri hesab olunur.[1]

Növləri

redaktə

İngilis buldoqu

redaktə

Buldoqlar üçün seleksiya yolu ilə möhkəmləndirilmiş sifətin xüsusi quruluşu səciyyəvidir: qısa üst və yuxarı əyilmiş alt çənə, geniş girdə çənəaltı. Buldoqların vətəni Böyük Britaniyadır; burada onlardan it döyüşlərində, ayıöküzlərin təqib edilməsində istifadə edilirdi. 1835-ci ildə bu tamaşalar qadağan edildiyindən, Buldoqları qiymətləndirənlər ekstremal spesifik əlamətlərə (iri bədən quruluşu, enli sifətli böyük baş və s.) malik itlərin yetişdirilməsi ilə məşğul olmuşlar. İngilis buldoqu cinsi belə formalaşmışdır. Standartı 1875-ci ildə qəbul edilmişdir. Ortaölçülü, irisümüklü itdir. Cidov hündürlüyü 38–40 sm, kütləsi 23– 25 kq-dır. Yarımdik kiçik qulaqlara malik başı bədənə nisbətən böyükdür. Cidovu aşağı, beli qabarıqdır. Quyruğu qısa və əyri-üyrüdür. Başında və ətraflarında dəri büküşləri var. Rəngi ağ, kürən, pələng dərisi kimi naxışlı, ləkəlidir. Kiçik addımlarla, yanlarını basa-basa, yanakı, tez-tez hərəkət edir. Soyuğa, istiyə və ağır fiziki işə az dözümlüdür. Ehtiyatlı, sakit, qətiyyətli, cəsarətlidir, sahibinə və onun ailəsinə sadiqdir.[1]

Fransız buldoqu

redaktə

Fransız buldoqu cinsi ingilis buldoqunun kiçik fərdləri əsasında yetişdirilmiş, rəsmi statusunu 1885-ci ildə almış, Böyük Britaniyada isə 1904-cü ildə tanınmışdır. Yığcam, olduqca hərəkətli, atletik quruluşlu, dikduran qulaqları olan itdir. Cidov hündürlüyü 25–34 sm, kütləsi 8–14 kq-dır. Ünsiyyətli, itaətli və cəsarətlidir, sahibini qoruya bilir.[1]

Amerikan buldoqu

redaktə

Amerikan buldoqu xidmət iti cinsi 18-ci əsrin əvvəllərində ABŞ-a köçmüş ingilislər tərəfindən gətirilmiş Buldoqlar əsasında formalaşdırılmışdır. Əsasən, fermer təsərrüfatlarını qorumaq üçün yetişdirilmişdi. Beynəlxalq kinologiya federasiyası tərəfindən tanınmasa da, bəzi ölkələrdə geniş yayılmışdır. Zəhmli xarici görünüşlü, güclü, hərəkətli və çevik itdir. ABNA-nın (American Bulldoq National Alliance) standartına görə, cidov hündürlüyü 51–71 sm, kütləsi 27–54 kq-dır. Başı böyük, enli sifətli, iriçənəli, sallaqdodaqlıdır. Ətrafları düzdür. Rəngi kürən, pələng dərisi kimi naxışlı, ağ, açıq-sarı və ləkəli olur.[1]

Qalereya

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 Buldoqlar// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 67-68. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

redaktə
  NODES
os 1