Cüneyd Bağdadi
Əbülqasim əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابو القاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي ), (fars. جنید بغدادی) ( 816-826 (və yaxud 201-210 Hicri tarixi), Bağdad[3] — 909, Bağdad) — fars mənşəli İslam alimi,[4],[5].
Cüneyd Bağdadi | |
---|---|
fars. جنید بغدادی | |
Doğum tarixi | 830[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 aprel 910 və ya 909[2] |
Vəfat yeri | |
Tanınmış yetirmələri | Həllac Mənsur |
Fəlsəfəsi
redaktəİcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı. İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı. Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır. Zadəgan yönümlü sufizm Allahı kamil insan simasında gördüyündən, dünyanı zülmdən. xəstəlikdən, aclıqdan, ədalətsizlikdən xilas etmək, dünyanı gözəlləşdirmək zərurətini məhz kamil insanın missiyasına aid edir.
Ədəbiyyat
redaktə- Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116 s.
İstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Али-заде А. Багдади Джунайд (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 249.
- ↑ Ansari Muhammad. The doctrine of One Actor: Junayd’s View of Tawhid // Islamic Quarterly, 27, no.2 (1983), p.83: "Abu'l-Qasim al-Junayd ibn Muhammad ibn 'l-Junayd al Khazzaz was born at Baghdad in the first decade of the third century of Hijrah".
- ↑ Edward Granville Browne, "A Literary History of Persia", Published by Iranbooks, 1997. Originally published: 1902. excerpt 428:"It is noteworthy that both Bayazid and Junaid were Persians, and may very likely have imported to sufism".
- ↑ Ислам. Энциклопедический словарь. М.: "Наука", Главная редакция восточной литературы, 1991. — 315 с. — ISBN 5-02-016941-2 — с.68.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Параграф о Джунайде Arxivləşdirilib 2013-12-28 at the Wayback Machine