Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.

Cüyür
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər.

Azərbaycan poçt markası, 2013

Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var. Yaz və payız tüləməsi (tükdəyişmə), habelə buynuzların tökülməsi baş verir. Payız tüləməsi və buynuzdəyişmə oktyabr ayına təsadüf edir. Heyvanın gündəlik fəallığı kənar təsirlərdən, habelə həyat tərzindən çox asılıdır. Normal şəraitdə, yayda səhər, axşam və gecə, qışda isə bütün günü fəal olur. Miqrasiya və köçmələr cüyürlər üçün də xarakterikdir. Ən çox da mövsümi xarakter daşıyır. Dincəlmə vaxtı günorta saatlarıdır. Məskunlaşdığı sahəyə həddən artıq bağlı heyvandır cüyür. Məlumdur ki, hər bir heyvanın müəyyən qida və yaşayış sahəsi var. Ələkbərov və Quliyevin tədqiqatlarında qeyd edilir ki, yaşlı erkək cüyürün sahəsində yalnız dişi fərdlərin və həmin ildə doğulmuş balaların yaşamaq ixtiyarı var. Lakin "böyümüş erkəkləri "sahib" öz ərazisindən qovur və hətta öldürür" də. Hər bir canlı yaşayış sahəsini qoruma instinktinə malikdir. Axı onun bütün həyat tərzi məhz burada formalaşır: qidalanma, çoxalma, sürüəmələgətirmə, köçmə, miqrasiya və s. Yay aylarında fərdi yaşayış sahəsinin diametri adətən 2–3 km-dən çox olmur. Qışda isə otlaq azaldığından böyük sahəyə ehtiyac qalmır. Ümumiyyətlə, bütün mövsümlərdə cüyürlərin məskunlaşdığı ərazinin ölçüsü 25–125 hektar olur. Köçmə vaxtı iri qruplar yaratmasına baxmayaraq, cüyürlər özünümüdafiədə daha çox fərdiyyətçi kimi çıxış edirlər, yəni çoxluq halında düşməndən qorunmağı bacarmırlar. Odur ki, yırtıcı heyvandan sürü şəklində olsalar belə, yalqız olduqdakı qədər qorxurlar. Bir cüyür populyasiyasında (eyni növdən olan fərdlərin yığını) 3–100 başa qədər heyvan olur ki, onların da tutduğu sahənin ölçüsü 1000 hektara yaxındır. Adətən belə sahələrdə cüyürlər 25–40 baş təşkil edirlər.

Köç və miqrasiyalar dövründə cüyürlər qruplar şəklində hərəkət edirlər. Yaxşı üzə bilmələri qarşılarına çıxan çaylardan asanlıqla keçmələrinə kömək edir. Yayda dişi fərdlər cavan cüyürlərlə, erkəklər isə tək-tək, nadir halda 2–3 baş olmaqla kiçik qruplar əmələ gətirirlər. Yazda, yeni körpələr doğulmazdan əvvəl qruplar dağılmağa başlayır. Cüyürlərin çoxalma dövrü çox maraqlı keçir. Avropa cüyürlərinin hövrəgələn vaxtı iyul-avqust aylarına təsadüf edir.

Növləri

redaktə

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

redaktə
  NODES