Cırtdan zirehli (lat. Zaedyus pichiy[3]) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir.

Cırtdan zirehli
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Cırtdan zirehli
Beynəlxalq elmi adı

Görünüşü

redaktə

Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.

Yayılması

redaktə

Cırtdan zirehli Mərkəzi və Cənubi Argentinada, qərbdə — Çilinin And dağlarındakı alp çəmənliklərin, cənubda — Magellan boğazına qədər olan ərazilərdə yaşayırlar.

Həyat tərzi

redaktə

Gündüz həyat tərzi keçirən tənha heyvandır. Otlaqlarda və qumlu torpaqların quru ərazilərində dayaz dərinlikdə özlərinə dəliklər qazırlar. Bəlkə də qış yuxusuna gedə bilən yeganə zirehlidir. Qışda cırtdan zirehllər yazın başlanğıcına qədər, xüsusilə cənubdakı yaşayış yerlərində yuvalarının içində qışlayırlar.

Qidalanması

redaktə

Əsasən onurğasızlarla qidalanırlar: böcəklər və qurdlar. Kiçik kərtənkələ və ya gəmiricilər kimi kiçik onurğalılarla da qidalana bilərlər. Bəzən bitki və mamır yeyirlər.

Çoxalması

redaktə

Dişi iki aylıq hamiləlik dövründən sonra iki-üç bala doğur. Altıncı həftədən etibarən balalar təkbaşına yemlənə bilir və 9 ilə 12 aylıq olduqda cinsi yetkinliyə çatır. Cırtdan zirehlinin bilinən ən böyük yaşı 9 ildir.

Qoruma statusu

redaktə

Pataqoniyada cırtdan zirehli nisbətən tez-tez ovlanır. Səbəb isə insanların onun ətinə dəyər verməsidir. Pataqoniyada əhali sıxlığı az olsa da, bu növün populyasiyası əhəmiyyətli dərəcədə azalmışdır. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi cırtdan zirehlini sıx ovlanması və təbii mühitindəki dəyişikliklər səbəbiylə həssas növlərə yaxın bir növ olaraq təsnif edir.

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Superina, M.; Abba, A.M. "Zaedyus pichiy". The IUCN Red List of Threatened Species. IUCN. 2014. 2014: e.T23178A47443734. doi:10.2305/IUCN.UK.2014-1.RLTS.T23178A47443734.en.

Xarici keçidlər

redaktə
  NODES