Eduard (ing. Eadweard, Edward the Martyr 962, Uesseks, İngiltərə - 18 mart 978) — İngiltərə kralı. Sülhsevər Edqarın birinci həyat yoldaşı Etelfledadan olan oğlu. Pravoslav, Katolik və Anqlikan kilsələrində müqəddəs kimi yad edilir. 975-ci ildə Kinqstonda kral elan edilmişdir.

Cəfakeş Eduard
Edward the Martyr
İngiltərə kralı
8 iyul 975 – 18 mart 978
ƏvvəlkiEdqar
SonrakıII Etelred
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Uesseks, İngiltərə
Vəfat tarixi
Vəfat yeri Korf, Dorset, İngiltərə
Vəfat səbəbi qəsdən adamöldürmə[d]
Dəfn yeri
Fəaliyyəti monarx
Atası Edqar
Anası Etelfleda
Dini Xristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ölümü

redaktə

18 mart 978-ci ildə (və ya 979) kral Dorsetşirdə yerləşən Korf qalasına dəvət olunur. Burada onu şahzadə Etelred və anası, Sülhsevər Edqarın ikinci həyat yoldaşı Elfreda gözləyirdilər. Elfredanın qulluqçuları Eduardı dairəyə alaraq əllərini birləşdirdilər və qulluqçuların biri xəncərlə Eduardın sinəsinə zərbə endirdi. Nəticədə Eduard atdan yıxılsa da, ayağı üzəngiyə ilişir. At isə qaçaraq qaladan uzaqlaşır və meşəyə tərəf gedir. Yoldan keçənlər kralın yarımdiri bədəninin atın arxasından sallanaraq yerə çırpılmasını görürlər. Kralın müşayiətçiləri nəhayət atı saxlayırlar, amma Eduard artıq ölmüşdü.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES
dada 1
dada 1