Cəhənnəm Atəşi Klubu

Cəhənnəm Atəşi Klubu (ing. Hellfire Club) və ya Uikomblu Müqəddəs Frensis Ordeni (ing. Order of the Friars of St. Francis of Wycombe) – XVII əsrdə Böyük Britaniyada yaradılmış gizli cəmiyyət. Cəmiyyət özündə yüksək mənsəb sahiblərini, varlı əyanları, iş adamlarını birləşdirirdi. Klub toplantılarında pis hərəkətlər qəti olaraq cəzalandırılırdı.[1]

Klubun yaradıcısı Frensis Deşvudun portreti.

Klubun qurucusu Frensis Deşvud idi. O, qəribə şəxsiyyətə sahib bir insan idi. Bir sıra Avropa ölkələrinə səyahət edir və qayıtdıqdan sonra klub qurmaq qərarına gəlir. 1733-cü ildə qurduğu kluba Dilettanti Cəmiyyəti adını verdi və üzvlük üçün 40 nəfərə dəvət göndərir.[1]

Bu uğurlardan cəsarətlənən Deşvud 1744-cü ildə yeni bir klub yaradır, lakin bu klub sadəcə iki il mövcud olur. Bu klub Osmanlı imperiyasına maraq duyanlar və oranı ziyarət edənlər üçün idi. Adını Divan Klubu qoyur.[1]

Vorton hersoqundan ilhamlanan Deşvud Sendviç hersoqu ilə birlikdə çalışmağa başlayır. 1730-cu illər boyunca klub Uikomblu Müqəddəs Frensis Ordeni adı ilə George and Vulture Inn adlı yerdə toplaşır. Günlər keçdikcə, klubun üzvlərinin sayı artmağa başlayır və Deşvud bu məkanın klub toplantıları üçün dar olduğunu anlayır və yeni bir məkan axtarışlarına çıxır. Bunun üçün mükəmməl məkan, onun evindən altı mil uzaqlıqda Sistersian monastrının qalıqları idi. Bura çox uzaq idi və dağınıq halda idi, bir divar və bir neçə sütun qalmışdı.[1]

Deşvud memar Nikolas Reveltin köməyilə ilə bu məkanı yeniləməyə başladı. Yeni bir otaq və qüllə inşa edildi. Cüzeppe Borqnis ilə freska rəsmləri ilə tavanın bəzədilməsi üçün müqavilə bağladı.[1]

Üzv toplantıları ildə iki dəfə təşkil olunurdu. Dəvətlər öncədən göndərilir və tədbir geyimləri iştirakçıların özləri tərəfindən hazırlanırdı. Toplantılar 1779-cu ildə "Nocturnal Revels" adlı kitabda qeyd edilirdi. Üzvlər toplantılar zamanı yaxşı yeyə, şənlənə və xanımlarla maraqlı zaman keçirə bilərdilər.[1]

Hər bir üzv istədiyi şəxsi, o şəxsin istəyi vardısa, kluba dəvət edə bilərdi. Toplantılarda içki sərhədsiz idi. Yeganə tələb yumor və əyləncə idi. Klubdakı qadınlar üzvləri və qonaqları əyləndirməklə vəzifəli idilər.[1]

Yeməkdən sonra bir düjin üzv (12 nəfər) səsvermə yolu ilə (oktyabr ayında) abbat seçir və onlar yuxarı hissədə dini ayin həyata keçirir. Digər üzvlər isə onları görə bilmirdi.[1]

1760-cı illərdə klubun fəaliyyətində bir durğunluq yaranır. 1766-cı ildə Deşvud, klubun binasında qardaşlığa aid bütün simvolları və aksessuarları sökməyə başlayır. Çünki bura klub üçün artıq maraqsız idi. Lakin klubu tamamilə ləğv etmək fikri yox idi. Klub öz toplantılarını başqa yerdə, mağarada davam etdirməyə başlayır.[1]

Mağarada keçirilən toplantılar barədə yetərli sübutlar yoxdur. Belə ki, burada bəzi satanist ayinlərinin keçirilməsi, qurbangahların mövcud olması barədə şayiələr var. Hətta Deşvudun satanist olması haqda söz-söhbətlər dolaşırdı.[1]

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8 9 10 ""Cəhənnəm Atəşi" Klubu: yaxşı hekayəsi olmayan gizli cəmiyyətin tarixi". Libre.az (az.). 19 avqust 2018. 2018-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2018.

Xarici keçidlər

redaktə
  NODES