Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi

Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi (ing. Congress of South African Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir.

Konqres 1 dekabr 1985-ci ildə bir neçə təşkilat və federasiyanın birləşməsi nəticəsində yaranmışdır.

Tərkibi

redaktə

Yarandığı vaxt qısa zaman ərzində tərkibinə 33 təşkilat və yarım milyon üzv cəmləşmişdir.

Hazırda təşkilatın tabeçiliyində 21 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konqres 1,8 milyon üzvü özündə cəmləşdirir.

Fəaliyyəti

redaktə

Təşkilat yarandığı ilk gündən ona üzv olan işçilərin hüquqlarını qorumaq istiqamətində əlindən gələni əsirgəməyib. Dəfələrlə təşkilatın təşəbbüsü ilə irimiqyaslı nümayiş, tətil, etiraz aksiyaları keçirilib. Etirazlara əsas səbəb isə işçilərin maaşlarının qaldırılmaması, iş şəraitinin yaxşılaşdırılması yönündə heç bir addım atılmaması, iş saatının uzadılması olub. Demək olar ki, əksər hallarda konqresin tələbləri yerinə yetirilib.

Rəhbərləri

redaktə

Təşkilatın ilk prezidenti İlayca Bereyi olub. O, 1991-ci ilədək quruma rəhbərlik edib.

Hazırda təşkilata Sidumo Dlamini rəhbərlik edir.

Mənbə

redaktə

Xarici keçidlər

redaktə
  NODES